Trampdan “İran” açıqlaması: Özündən çox arxayındır
16-05-2019 10:00
Baxış sayı:
7555

ABŞ-İran gərginliyi artarkən, ABŞ prezidenti Tramp Amerikan mətbuatında İranla bağlı dərc olunan yazılara Twitter hesabından təpki göstərib. “Washington Post” (WP) və “New York Times” (NYT) qəzetlərində dərc olunan İranla bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edən Tramp, “"Washington Post" və “New York Times” qəzetləri Yaxın Şərqdəki güclü siyasətim haqqında yalan xəbərlər yazaraq guya hakimiyyət daxilindəc bir mübarizə olduğunu iddia edirlər. Daxildən heç bir mübarizə yoxdur, müxtəlif fikirlər irəli sürülür və mən son qərarı qəbul edirəm, çox sadə prosesdir, bütün tərəflər, fikirlər və yanaşmalar qiymətləndirilir, əminəm ki, İran yaxın zamanlarda bizimlə danışmağa məcbur olacaq" deyə tvitter hesabında yazıb. Müxalifət.az