​Türkiyə və Rusiya ilk birgə patrul həyata keçirdilər

Baxış sayı:
6271

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-qərbindəki Təl-Rıfat bögəsində ilk dəfə olaraq birgə patrul həyata keçiriblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. 
“Daha əvvəl əldə olunan razılıq çərçivəsində Təl-Rıfat bölgəsində atəşkəsi qorumaq, sabitliyi təmin etmək və ünsürlərimizə edilən hücumların qarşısını almaq məqsədilə, Türkiyə Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri ilk müstəqil koordinasiyalı patrul fəaliyyətini icra ediblər” – məlumatda qeyd olunub./Azvision