Türkiyədən “Yeni Zelandiya” həmləsi

Yeni Zelandiyada məscidə basqın edərək 50 müsəlmanı şəhid edən terrorçu Brenton Tarrantın Türkiyədə 9 fərqli şəhərdə tarixi dəyəri olan yerləri gəzdiyi ortaya çıxmışdı. Tarrantın Türkiyədən hər hansı bir telefon xəttindən istifadə etmədiyi və öz xəttindən istifadə etdiyini müəyyən edən kəşfiyyat qurumları caninin şəxsi telefonundakı məlumatları öyrənməyə çalışır. Qatilin Lenova markalı telefonuyla Türkiyədə kimlərlə ünsiyyət qurduğunu müəyyən edən təhlükəsizlik qurumları, terrorçunun telefonunda olan məlumatlar üçün də addım atacaq və Yeni Zelandiyanın əlaqədar təşkilatlarından bir sıra tələbləri olacaq.
Terrorçunun Yeni Zelandiyadan xaricdəki əlaqələri, ziyarət etdiyi ölkələr və hər gün burada nə etdiyi ilə bağlı sis pərdəsi getdikcə daha çox aralanmağa başlayır.
Tarrantın Türkiyədə nələr etdiyinə dair olduqca geniş əhatəli bir araşdırma aparan Türk kəşfiyyatı, qatilin Türkiyədə yeni bir telefon xətt almaq yerinə öz xəttini istifadə etdiyini, Türkiyədən hər hansı bir qrupla telefon üzərindən ünsiyyət qurmadığını müəyyən edib.
Təhlükəsizlik güclərindən əldə edilən məlumata görə, terrorçu Tarrant Türkiyədə Lenova marka telefonunu aktiv olaraq istifadə edib. Qatilin ünsiyyət qurub qurmadığı, qurubsa da bunu kimlərlə etdiyi Türk kəşfiyyatı tərəfindən ciddi şəkildə araşdırılır.
Müxalifət.az