​UEFA "Qalatasaraya"la bağlı QƏRƏRINI AÇIQLADI

Baxış sayı:
4852

UEFA Türkiyənin “Qalatasaray” klubu ilə bağlı qərarını açıqlayıb. Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, klubun prezidenti Mustafa Çingiz ali qurumdan telefon zəngi gəldiyini bildirib. Prezident UEFA-nın təşkil etdiyi Avropa müsabiqələrinə qatılmaqda heç bir əngəlləri olmadığını deyib. O, bu barədə klubun televiziya kanalına açıqlama verib: “Prezident olduğumdan bəri ilk dəfə “Qalatasaray”ın televiziyasına çıxıram. Hər kəs seçki üçün çalışır, amma mən “Qalatasaray” üçün. Bildiyiniz kimi, yeni studiyalar inşa edirik. Həmin studiyaları gəzdiyim zaman UEFA-dan telefon zəngi gəldi. Sağlam bir xəbər aldım. Növbəti mövsüm və ondan sonrakı mövsümlər Avropa müsabiqələrinə qatılmaq üçün heç bir problemin olmadığını dedilər. UEFA da Türkiyənin futbol ölkəsi, “Qalatasaray”ın isə dünya brendi olduğunu gördü. Növbəti günlərdən birində Ceneverəyə gedib müqavilə imzalayacağıq”.