Ukraynadakı seçkilərdə pozuntu halları qeydə alınıb

Baxış sayı:
2710

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, səhər saatlarından etibarən prezident seçkilərində 25 pozuntu halı barədə məlumat daxil olub.

Göstərilən faktlar əsasən qanunsuz təbliğat işləri ilə bağlıdır. Bununla əlaqədar yeddi müraciət daxil olub.

Bir müraciət seçicinin ələ alınması, iki müraciət bülletenlərin şəklinin çəkilməsi, daha bir müraciət isə səsvermə bülleteninin seçki məntəqəsindən kənara çıxarılması ilə bağlıdır.