Üzgüçülükdə dünya rekordu yeniləndi
22-08-2018 16:10
Baxış sayı:
2242

İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb.
Muxalifet.az Trend-ə istinadən məlumatına görə, o, 26,98 saniyəyə bu məsafəni qət edib.
Bundan əvvəlki rekord digər çinli idmançı Çjao Tszinə məxsus olub. O, 2009-cu ildə 50 metr məsafəni 27,06 saniyəyə dəf etmişdi.
Qeyd edək ki, Asiya Oyunları Cakartada davam edir.