Venesuelada dövlət çevrilişi cəhdi! - Çevrilişçi general həbs olundu

Baxış sayı:
17563

Venesuelada özünü dövlət başçısı elan edən Məclis sədri Xuan Guaido Karakasdakı La Carlota Hava Bazası yaxınlığında ətrafında bir qrup hərbçi ilə çəkdiyi videonu Twitter hesabından yayıb. Guaido yayımladığı 3 dəqiqəlik video materialla xalqa və əsgərlərə küçəyə çıxmaq çağırışı edib. Venesuela hökuməti müxalifətlə əlaqəli bir qrup hərbçinin çevriliş cəhdi başlatdığını və təşəbbüsün yatırılmağa çalışıldığını açıqlayıb.
 
Venesuelanın Qurucu Məclis sədri Diosdado Cabello xalqı dövlət başçısı Maduronu müdafiə etmək üçün prezident sarayının qarşısında toplaşmağa çağırıb.
 
MÜDAFİƏ NAZİRİ DANIŞDI
 
 Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez isə, Guaidonu nəzərdə tutaraq "ölkəni zorakılığa sürükləyən hərəkətləri rədd edirik" - deyib. Lopez həmçinin "Xain çevriliş cəhdi qarşısında hazırlıqlıyıq. Hərbi hissələrdə fövqəladə bir vəziyyət yoxdur" deyə bildirib.
 
AMERİKALI SENATORDAN QALMAQAL AÇIQLAMA
 
ABŞ-lı senator Marko Rubio Venesuelada baş verən dövlət çevrilişi cəhdinə açıq dəstək verib və əlavə edib: "Bir daha belə bir fürsət gəlməyə bilər".
 
Venezulada müxalif lider Xuan Guaidonun açıqlaması ilə başlayan çevriliş cəhdinə dair dünyadan ilk reaksiyalar gəlməyə başlayıb.
Guaidonu müvəqqəti dövlət başçısı kimi tanıyan ABŞ-dan da açıqlama verilib.
Ağ Evdən edilən açıqlamada, bu ifadələrə yer verilib: "ABŞ prezidenti Tramp Venesuela haqqında məlumatlandırılıb və vəziyyəti izləyir".
 
İSPANİYA: ÇEVRİLİŞİ DƏSTƏKLƏMİRİK
 
İspaniyanın müvəqqəti hökumət sözçüsü Venesueladakı çevriliş cəhdinə dair bəyanat verib. Sözçü Isabel Celaa ölkədə qırğın baş verməməsini ümid etdiklərini bildirərək "Venesuelada hakimiyyətin seçki ilə dəyişməsi lazım olduğu aşkardır. İspaniya heç bir hərbi çevrilişi dəstəkləmir" deyib.
Kuba və Bolliviya da rəsmi dövlət başçısı Maduronu dəstəklədiklərini bəyan ediblər.
Son dəqiqə məlumatı ilə bildirək ki, çevrilişə cəhd edən əsgərlərin başında duran general Karlos Armas Lopezin Maduroya dəstək verən ordu qüvvələri tərəfindən nəzarətə alındığı bildirilib.

Müxalifət.az