Xalq küçələrə töküldü! ABŞ və PKK-ya qarşı üsyan

Baxış sayı:
6424

Suriyada ABŞ-PKK ittifaqının işğal etdiyi Deyrizorda xalq üsyan başlayıb. Başda sahil bölgəsi olmaqla, şərq və şimalda yerləşən bir çox mahalda insanlar küçələrə tökülüb.
 
 Aksiyalarda PKK-ya aid bir çox qərargah və nəzarət nöqtəsi yandırılıb. PKK-nın vergi adı altında zorla əhalidən aldığı pulların artırılması, gənclərin terror təşkilatı tərəfindən zorla qaçırılması, bölgə xalqı üçün göndərilən yardım ləvazimatlarına PKK-lı terrorçuların əl qoyması, yaşayış məntəqələrində heç bir xidmətin olunmaması etirazların əsas səbəbləri arasında yerləşir. Təhsil dilinin kürd dilinə dəyişdirilməsi və bölgədən çıxan neft məhsullarının ABŞ və PKK tərəfindən qəsb edilərək Hasəkə və İraqa aparılması, buna görə də bölgədə baş verən yanacaq qıtlığı və astronomik qiymətlər Deyrizorda 4-ci gününə girən üsyanın digər səbəblərindəndir.
 
ƏRƏBLƏR ALÇALDILIR
 
 PKK-lı terrorçular 24 saat davam edən nümayişləri dağıtmaq məqsədilə bəzi regionlara müdaxilə edib. Deyrizorlular terrorçulara böyük təpki göstərir. Ağır silahları olmalarına rəğmən terror dəstələri çarəni qaçmaqda tapır. Bir çox yaşayış yerində böyüyərək davam edən üsyanlar zamanı səsləndirilən şüarlarda ərəblərin alçaldıldığı, hüquqlarının oğurlandığı və uşaqlarının ölümə göndərildiyi vurgusu edilir.
 
TAYFALAR DA ÜSYANDA YER ALIR
 
 ABŞ-PKK ittifaqına qarşı edilən üsyanlara bölgənin bir çox mühüm tayfa mənsubları da fəal dəstək verir. Deyrizor və qərb bölgələrdə yerləşən Habur bölgəsindəki Hasın, Muveylih, Garibe mahalları və şimal şərqdə yer alan Hisan, Kuhaymide, Səfirə, Taxtanı, Busayr tədris korpuslarında yaşayan Suriyalılar küçələrdə PKK-ya qarşı etiraz səslərini ucaldıblar. Aksiyalara qoşulan şəxslər "PKK getmədən əmin-amanlıq gəlməz" və "Şərəfimiz yox sayılır" şüarları səsləndirilir.
Müxalifət.az