Zelenski Rusiyadakı təyyarə qəzası ilə bağlı başsağlığı verdi
6-05-2019 17:39
Baxış sayı:
6154

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiyanın “Şeremetevo” hava limanında qəza nəticəsində ölən sərnişinlərin ailələrinə başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında yazıb.
Xatırladaq ki, ötən gün Moskva-Murmansk marşrutu üzrə uçan təyyarə, texniki nasazlıq səbəbiylə “Şeremetevo” hava limanında təcili eniş edib. Laynerdə baş verən yanğın səbəbiylə 41 sərnişin həyatını itirib.