ABŞ-da 'Türkiyə' həyəcanı! Bütün kəşfiyyat bu hesabat üçün hərəkətə keçdi

Baxış sayı:
9079

“Habertürk”-ün yazarı Serdar Turqut bu günkü köşəsində İranın Xarici İşlər naziri Zərifin Türkiyəyə etdiyi ziyarət ilə əlaqədar çox əhəmiyyətli detallara yer verib. Turqut yazısında ABŞ kəşfiyyatının Türkiyə səfəri zamanı nazir Zərifin Türkiyə prezidenti Ərdoğana verdiyi bildirilən hesabat haqda dəqiq məlumat almaq üçün hərəkətə keçdiyini qeyd edib.
 
Amerikanın böyük kəşfiyyat camiası 48 saatdır ki, Ankaraya köklənib.
Bütün casus camiası İranın Xarici İşlər naziri Zərifin Ankaranı ziyarətində prezident Ərdoğana verdiyi deyilən hesabatın mahiyyətini öyrənmək üçün hərəkətə keçib.
Bilindiyi kimi, Zərif Dəməşqdə Bəşər Əsəd ilə etdiyi uzun görüşdən sonra Ankaraya gəlmiş və Xarici İşlər naziri Mevlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında, Əsəd ilə uzun görüşü haqqında prezident Ərdoğana bir hesabat təqdim edəcəyini söyləmişdi.
 
ABŞ KƏŞFİYYƏT STRULTURLARINDA YÜKSƏK SƏVİYYƏLİ HƏYƏCAN
 
“Vaşinqtona gəldikdən sonra mən bütün kəşfiyyat camiasının söz mövzusu olan hesabatın öyrənilməsi üçün yüksək səviyyədə bu məsələyə kökləndiyini söyləyə bilərəm.
Bütün rəhbər strukturlar Astana prosesində ortaq çalışmaqda olan İran ilə Türkiyənin Suriya mövzusunda nələri danışdıqlarını və Əsəd ilə edilən danışığın məzmunu ilə maraqlanırlar.
Məsələ Suriya ilə bağlıdır və ABŞ tərəfi Rusiyanın bu hesabatı onlardan əvvəl öyrənəcəyini bildiyindən Vaşinqtonda bununla bağlı böyük narahatlıq var.
 
FƏRATIN ŞƏRQİNDƏ NƏLƏR OLACAQ?
 
ABŞ-dakı səlahiyyətlilər xüsusilə Fəratın şərqi ilə əlaqədar yeni bir qərarın alınıb alınmadığını və alındısa da bunun əməkdaşlıq etməkdə olduqları YPG / PYD terror qruplaşmasına necə təsir edəcəyini maraqlanırlar.
Anlaşılan odur ki, Suriyada yeni gəlişmənin olmasının tam astanasında Ankaranın etdiyi bu manevr Amerikanı tamamilə narahat etdi və hazırlıqsız yaxaladı.
 
MOSSAD-IN YARDIMI EHTİMALI
 
Mənim qaynaqlarımdan bəziləri qeyd edir ki, ABŞ hesabat haqda məlumat almaq üçün Mossad-ın İrandakı casus şəbəkəsindən istifadə edə bilər.
Eyni qaynaqlar edilən təmasların yüksək səviyyədə qoruma altında olduğundan kəşfiyyat strukturlarının əlində mövzuyla əlaqədar kifayət qədər məlumat ola bilməyəcəyini də söylədilər.
NSA Amerikanın elektronikasını dinləyən Milli Təhlükəsizlik Agentliyidir.
Anladığıma görə, Amerika bu anda məlumat toplama fəaliyyətini davam etdirirkən, bir tərəfdən da Ankaradan gələ biləcək sürpriz bir addım üçün hazırlıqlarını da davam etdirir.
Müxalifət.az