ABŞ-ın dərin xaos planının "A" variantı

31 Mart bələdiyyə seçkilərində saxtakarlığın sənədlərlə sübut edilməsindən sonra ədalətin yerini tapması üçün hüquqi çərçivədə müraciətlər edilib. Proses davam edərkən, CHP namizədi Əkrəm İmamoğlunun hüquqi proseduru heçə sayaraq tez-tələsik özünü bələdiyyə sədri elan etmə səyləri imperialist qüvvələrdən də dəstək görür.
“Star” qəzetinin yazarı Ardan Zentürk köşəsində, “Səslərin ictimaiyyətə açıq bir şəkildə sayıla biləcəyini bildirən bu şəffaflıq təklifini qəbul etməyən, bundan qaçan, yalnız quru səs-küyə səbəb olmağa çalışan bilin ki, oğrudur” deyə yazıb.
Türkiyədəki seçki saxtakarlığında imperialistlərin barmağının olduğunu bildirən Zentürk, “Sionist lobbisinin muzdlu qatili Maykl Rubinin seçki nəticəsinə etiraz edildiyi an xalqı küçəyə çağırması heç də təsadüf deyil, imperializmin İstanbul üzərindən Türkiyədə dərin xaos yaratmağa yönəlmiş “A” planının işarəsidir” deyə qeyd edib.
Zentürkün, "Diktatorun səsini oğurlamışlar” başlıqlı yazısından bəzi sətirlər:
“Yüksək ehtimaldır ki, səsləri oğurlayarkən də diktator dedikləri şəxsin partiyasının içinə sızmaq, o partiyanın həlledici vəzifələrinə işi görməyəcək, bəlkə də edə bilməyəcək şəxsləri yerləşdirməyə də nail olublar.
AK Partiyalı Əli İhsan Yavuz İstanbul seçkisi üçün "Türkiyə tarixinin ən müəmmalı seçkisi" - deyib. Ölkənin ən ali siyasi təcrübəsinə malik partiyasının səsləri bu ölçüdə necə əl dəyişə bilər?
Bunun cavabı birdir: Oğru içəridəysə, qapı açar tutmaz”.
Müxalifət.az