ABŞ qalmaqal gəlişməni etiraf etdi - "Öldürdük!"

Baxış sayı:
9571

 ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) Somalidə keçən il təşkil etdiyi hava hücumunda 2 mülki vətəndaşın öldüyünü açıqlayıb.
 
AFRICOM-dan edilən yazılı açıqlamada, 2018-in aprelində ölkənin el-Burr bölgəsində Eş-Şebab terrorçularını hədəf alan hava hücumunda 2 mülki vətəndaşın həyatını itirdiyinin təsbit edildiyi bildirilib.
Hücumdan sonra keçirilən daxili yoxlama hesabatlarının ötən həftə açıqlanması sayəsində hadisənin üzə çıxdığına diqqət çəkən açıqlamada, "Təəssüf ki, məlumatlar daha əvvəl AFRICOM mərkəzinə uyğun şəkildə bildirilmədi" deyə bildirilib.
Açıqlamada, sözügedən mülki itkilərinin Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty) keçən ay dərc etdiyi "Somalidə gizli ABŞ döyüşü" adlı hesabatda yer almadığına da işarə edilib.
Qeyd edək ki, Amnesty hesabatında, 2017-nin oktyabr və 2018-in dekabr dövrü arasında ABŞ-ın Somalidə keçirdiyi 5 hava hücumunda 14 mülki vətəndaşı öldürdüyünü irəli sürmüş, ABŞ ordusu iddiaları rədd etmişdi.
AFRICOM, ölkədə 2019-da 28, 2018-də 47, 2017-də isə 35 hava hücumu təşkil edib.
Müxalifət.az