ABŞ-ın Türkiyə üçün qurduğu tələ: Sağ göstərib, sol vuracaq - ARAŞDIRMA

Baxış sayı:
5443

“Türkiyənin S-400 almasıyla bağlı gündəmin fprmalaşdırılması ABŞ-ın Suriyadakı terror dövləti qurmaq cəhdlərini gözdən yayındırmaq məqsədi daşıyır”.
 
Bu fikri Türkiyənin Təhlükəsizlik Strategiyaları eksperti Abdulla Ağar söyləyib. Abdullah Ağar "Qarşıdakı ən böyük təhdid ABŞ himayəsində Fəratın şərqində yaradılmaq istənən terror dövlətidir. S-400-lərə başımız qarışmışkən əsas məsələni diqqətdən qaçırmayaq" deyə xəbərdarlıq edib.
 
Türkiyəyə qurulan tələ
 
 Türkiyənin S-400 alma məsələsinin ABŞ tərəfindən sərt, NATO tərəfindən isə yumşaq və güzəştli şəkildə müzakirə edildiyini qeyd edən Ağar, bu məsələyə diqqət çəkib: "NATO bir tərəfdən müsbət mesajlar verərkən, ABŞ tərəfi sərt mesajlar verir. NATO-dan da sərt mesajlar gələrsə, gərginlik və ya ayrılmanın belə baş verə biləcəyi üçün bu metoda üstünlük verilir. Türkiyənin müqavimətinin test edildiyi bir prosesdir bu. Mənə görə, S-400-lər üzərindən böyük bir problem yaradılarkən, Suriyadakı əsas məsələdən diqqəti yayındırmağa çalışırlar. Bu bir tələdird. Bu tələyə düşməməliyik. Bizim əsas məsələmizə diqqət yetirməmiz, konsentrasiya olmağımız lazımdır. S-400 üzərindən hay-küy çıxardaraq Suriyadakı planlarını pərdələyirlər. ABŞ Suriyanın şimalında bir terror dövləti qurmaq istəyir və bunun üçün lazım olan addımları atır. Geostrateji də edilən həmlənin hansı hədəf üçün edildiyini çox yaxşı oxumaq lazımdır. Diqqət yetirməyimiz lazım olan məsələ Fəratın şərqində qurulmaqda olan terror dövlətidir".
 
ABŞ istədiyini aldı, indi qanuniləşdirmək istəyir
 
 ABŞ-ın Suriyada yerləşən S-300-lər varkən, Türkiyəyə "S-400 alma” təzyiqinin altında yatan səbəbləri düzgün oxumaq lazım olduğunu qeyd edən Ağar, belə davam edib: "Hazırda "təhlükəsiz bölgə” adı altında ABŞ ilə bir proses gedir. PKK-nın əlindəki adi silah gücünün qorunmağa başladığı bir soyuma prosesidir bu. Bu prosesi poza biləcək yeganə ölkə Türkiyədir. ABŞ vaxt qazanmaq mərhələlərini keçib. Yəni alacağını aldı. İndi ABŞ aldığını qoruma və qanuniləşdirmə mərhələsindədir. Sahənin nəzarəti, YPG-nin silahlanması yaxşıdır, döyüşəcək ordu da tamamdır. Bu mərhələdən sonra artıq bunları qanuniləşdirməsi lazımdır. “Təhlükəsiz bölgə”ni qəbul etdiyin zaman, "PKK-nı da qəbul et” deyəcək. Bəlkə də artıq bu proseslərlə üz-üzə qalınır".
 
 Golan Təpələri qərarı ABŞ-ın niyyətini sübut edir
 
"Təhlükəsiz bölgə fikrinin də bir yem olaraq düşünülməsi lazım olduğunu dəyərləndirən Ağar, "Burada Türkiyə təşəbbüs almaq məcburiyyətindədir. Türkiyəsiz olacaq bir formalaşmanın ABŞ-a nə qədər çox itkiyə səbəb olacağı göstərilməlidir. ABŞ "sən necə istəyirsən, elə olsun” deməz. Ancaq siz təşəbbüs alaraq ABŞ-ı buna məcbur etməlisiniz. Hazırda onsuz da terror dövləti qurulmuş vəziyyətdədir. ABŞ-ın Golan Təpələri ilə bağlı verdiyi qərar ABŞ-ın pis niyyətini sübut edir. Suriyanın cənubundan bir parça kəsildisə, şimalından də bir parça qoparmaq istəyəcək" deyə söyləyib.
 
Lazım gələrsə, hərbi bir hərəkatla ABŞ Türkiyənin tezislərinə razı salınmalıdır
 
 Türkiyənin üzləşdiyi dilemma arasında Fəratın şərqinə keçiriləcək bir hərəkatın xeyir, yoxsa zərər verəcəyinə dair suala da Ağar belə cavab verib: "Bu çətin bir sualdır. Türkiyə hərəkata başladığı zaman risk alacaq. Hərəkata başlamasa da digər təhdidlərlə üzləşəcək. Hərəkata başlamaması təkcə bu günü xilas edə bilər, orta və uzun perspektivdə Türkiyə çox daha böyük risklərlə qarşı-qarşıya qalacaq. Hərəkata başladığı təqdirdə qısa perspektivdə problemlərlə qarşılaşa bilər, amma orta və uzun perspektivdə risklərini azaltmış olur. Lazım gəlsə, bir hərbi hərəkatla ABŞ Türkiyənin tezisinə razı edilməlidir. Məsələ təkcə YPG və PKK-nın fiziki varlığı deyil. Bundan sonrakı prosesdə ən böyük təhdid qurulacaq terror dövlətinin ABŞ tərəfindən himayə edilməsi olacaqdır. ABŞ orada toxunulmaz bir quruluş yaradacaq. Məhz bu təhdid ortadan qaldırılmalıdır".
Müxalifət.az