Axtarış

The search found 105806 results in 0.119 seconds.

Search results

  1. AXCP-çi təcridxanada aclıq aksiyası keçirir

    F.Hüseynov vəkilinə deyib ki, həbs olunandan aclığa başladığından, 5 gün sonra sağlıq durumu kəskin pisləşib
     
    Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, təkbaşına keçirdiyi aksiyalara görəhəbs edilən AXCP üzvü Füzuli Hüseynov həbsdə aclıq edir.
    Bu barədə onun vəkili Cavad Cavadov bildirib.
    İyunun 14-də ReAl partiyasının həbsdə olan sədri İlqar Məmmədovun doğum günü münasibətilə əlində onun şəkli olan plakatla ona azadlıq tələb edən Hüseynov həmin gün həbs olunub. Ona Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası verilib.

    Muxalifet3 - 22-06-2018

  2. Azərbaycan XİN-dən Lavrova düzəliş

    BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələri yerinə yetirilməyib və onların icrası öz aktuallığını saxlayır.
     
    Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin iyunun 21-də Moskvada mətbuat konfransında RF İN rəhbəri Sergey Lavrova cavabında deyilir.

    Muxalifet3 - 22-06-2018

  3. İrandan ABŞ-a İSRAİL ŞƏRTİ: MƏCBUR EDİN

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, bir İran qəzetində yer alan məqaləsində Tehranın Vaşinqton ilə əlaqələrinin düzəldilməsi üçün irəli sürdüyü 15 şərtdən birinin İsraili nüvə silahlardan təmizləməyə məcbur etməsi olduğunu deyib.
     
    Zərif, ABŞ rəhbərliyinin İsrailə göstərdiyi yardımı dayandırmasını da istəyib. Zərifin Tehran ilə Vaşinqton arasındakı münasibətlərin düzəlməsi üçün irəli sürdüyü 15 şərtin ABŞ dövlət katibi Mayk Pompeonun ötən günlərdə İran ilə müqavilə olması üçün irəli sürdüyü 12 şərtə cavab olduğu bildirilib.

    Muxalifet3 - 22-06-2018

  4. Nikola pul ayrıldı: PUTİNƏ QARŞI QƏRBİN İRƏVAN PLANI

    Qərb Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışır.

    Bu sözləri Avropa Birliyinin Ermənistana 160 milyon avro maliyyə yardımı ayırmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qərbin demokratiya adı altında Ermənistana yardım siyasəti əslində Cənubi Qafqazda möhkəmlənmək məqsədi daşıyır:

    Muxalifet2 - 22-06-2018

  5. Azərbaycanda ali məktəbə daxil olmaq istəyənlərin sayı sürətlə azalır –RƏQƏMLƏR

    Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb.

    Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

    Muxalifet2 - 22-06-2018

  6. Dünya Çempionatında iştirak edən komandalar sərvət qazanacaq - İNANILMAZ RƏQƏMLƏR

    2018 Dünya Çempionatında iştirak edən 32 komanda xəzinəsinə sərvət aparacaq.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, FİFA tərəfindən veriləcək vəsaitlər yayım, reklam, qalibiyyət və mübarizədən əldə edilən gəlirlərdən toplanacaq.

    Toplamda 400 milyon dollarlıq bir rəqəm nəzərdə tutulub. Ən böyük hədiyyəni 9,5 %-lə çempion olan ölkə alacaq və 38 milyon dollar gəlir əldə edəcək. Finala qalan digər bir milli isə 7%, yəni 28 milyon dollar alacaq.

    Muxalifet2 - 22-06-2018

  7. Burunluda ağır qəza: ÖLƏN VAR

    Zərdab rayonunun Burunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, iyunun 21-də saat 10 radələrində rayon sakini Nurlan Məhərrəmovun idarə etdiyi VAZ-2107 və Mingəçevir şəhər sakini Rakif Yunusovun idarə etdiyi “Daevoo” markalı avtomobillər toqquşub.

    Nəticədə R.Yunusov hadisə yerində ölüb, xəsarət almış 2 sərnişini, habelə N.Məhərrəmov xəstəxanaya yerləşdiriliblər.

    Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 22-06-2018

  8. Avropa Məhkəməsi 77 nəfərin qatilinə CAVAB VERDİ

    Avropa İnsan Haqları Məhkəməsi 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən müsəlman düşməni, aşırı sağçı Anders Behring Brevikin iddiasını rədd edib.

    Muxalifət.az xəbər verir ki, cani həbsdə saxlanma şəraitinin insan haqlarına uyğun olmadığı iddiası ilə Avropa Məhkəməsinə müraciət edib.

    Avropa Məhkəməsi həbsxana şəraitinin 1950-ci ildə imzalanmış Avropa İnsan Haqları Sazişinin hər hansı bir maddəsinə zidd olmadığını bildirib.

    Qeyd edək ki, Anders Behring Brevikin 2011-ci ilin avqustunda Osloda həyata keçirdiyi terror aktı nəticəsində 77 nəfər ölüb.

    Muxalifet2 - 22-06-2018

  9. Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTO

    Azərbaycan əsilli iş adamı, türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab, Nyu-Yorkdakı Hakan Atilla məhkəməsində şahidlik edəndən sonra ilk dəfə, üstəlik, Nyu-York küçələrində görüntülənib.

    Muxalifet2 - 22-06-2018

  10. Ordumuzun parada çıxaracağı texnika: İRƏVAN TƏŞVİŞDƏ

    Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbər Ermənistanda şok effekti yaratdı. Ermənistanda hesab edirlər ki, İrəvan sözügedən helikopterlərin hansı yolla Azərbaycanın əlinə keçməsini araşdırmalıdır.

    Muxalifet2 - 22-06-2018

  11. Əlcəzairli bloggerə 7 il həbs – İSRAİL CASUSU

    Əlcəzairli blogger İsrailin xeyrinə casusluq etdiyi üçün 7 il həbsə məhkum edilib.

    Bu məlumatı Əlcəzair İnsan Haqlarının Müdafiəsi Birliyinin rəhbəri Səid Salihi yayıb.

    Onun sözlərinə görə, Tevati Merzuq adlı blogger İsrail xeyrinə casusluq etdiyi ittihamı əsasında 7 il cəza alıb.

    Blogger Yutub kanalı vasitəsi ilə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Kuaybiye ilə təmas qurub. XİN nümayəndəsi ilə söhbət əsnasında o, ölkəsinin Əlcəzairdəki etirazlarda əli olduğu iddialarını yalanlayıb.

    Muxalifet2 - 22-06-2018

  12. Almanlar Türkiyə seçkisi ilə bağlı keçirdikləri SORĞU ANKETİNİ AÇIQLADI

    Hər fürsətdə 24 iyundakı seçkilərdə Ərdoğanı qaralamağa çalışan Almaniya, təəccübləndirən sorğu nəticəsi açıqlayıb. Alman dövlət televiziyasında açıqlanan sorğuya görə, prezident Ərdoğan ilk turda seçkidə qalib gələcək.
     
    Türkiyənin taleyini müəyyənləşdirəcək 24 iyun seçkiləri, Avropa tərəfindən də yaxından izlənilir. Alman dövlət televiziyası “ARD”-da, Türkiyədə keçiriləcək seçkilərə dair sorğu nəticələri açıqlanıb.
     
    SEÇKİ İLK TURDA BİTƏCƏK
     

    Muxalifet3 - 22-06-2018

  13. “İsraili buna məcbur edin!” - İrandan ABŞ-a 15 ŞƏRT

    İran xarici işlər naziri Məhəmməd Cavad Zərif yerli qəzetlərdən birində dərc etdirdiyi məqaləsində Tehran və Vaşinqton arasında əlaqələrin düzəldilməsi üçün 15 şərt irəli sürüb.

    Muxalifət.az xəbər verir ki, bu şərtlərdən biri ABŞ-ın İsraili nüvə silahlarını məhv etməyə məcbur etməsidir.

    Məhəmməd Cavad Zərif qeyd edib ki, ABŞ İsraili bölgə, həmçinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan nüvə silahlarını məhv etməyə məcbur etməldir.

    Muxalifet2 - 22-06-2018

  14. Milli Məclisin son iclasının gündəliyi müəyyənləşib – 35 MƏSƏLƏYƏ BAXILACAQ

    Milli Məclisin növbədənkənar sessiyada iyunun 29-da keçiriləcək son plenar iclasının gündəliyi məlum olub.

    İclasın gündəliyinə 35 məsələ daxildir.

    Muxalifet2 - 22-06-2018

  15. Şəkidə qış yuxusundan ayılan ayılar kəndə hücum edib - FOTO

    Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.

    Muxalifet2 - 22-06-2018

  16. Qanunsuz balıq ovlayanlar SAXLANILDI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

    Muxalifet2 - 22-06-2018

  17. Vətəndaşlara kimliklərin verilməsi ilə bağlı – DƏYİŞİKLİK

    Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt dəyişdirilib.

    Report-un xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə bu il sentyabrın 1-də başlanılacaq.

    Bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir.

    Bundan əvvəl yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi verilməsi planlaşdırılırdı.

    Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Muxalifet2 - 22-06-2018

  18. AĞSTAFADA TAXIL SAHƏSİ YANIR

    Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

    Yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

    İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub.

    Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır./report/  

    Muxalifet2 - 22-06-2018

  19. SURİYADA RUSİYA-İSRAİL KOORDİNASİYASI:İranı sərhəddən tam uzaqlaşdırmaq mümkün olacaqmı? - TƏHLİL

    Suriyanın cənub cəbhəsindəki dinamika həlledici məqama çatıb. ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin keçən il G20 zirvəsi çərçivəsində əldə etdiyi atəşkəs razılaşmasında Rusiya-İsrail koordinasiyası prioritet təşkil edir.

    Suriya rejimi və silahlı müxalifət cənub-qərb sərhəd bölgəsində potensial qarşıdurma içində olduğu dövrdə, İran və ABŞ da bu zonada artan təzyiqlə üzləşir.

     

    ABŞ-ın cənub cəbhəsindəki rolu

     

    Muxalifet2 - 22-06-2018

  20. TÜRKİYƏDƏ 40-A YAXIN MİQRANT SAXLANILDI

    Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb.

    Trend-in məlumatına görə, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub.

    Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb.

    Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir.

    Muxalifet2 - 22-06-2018

Pages