Axtarış

The search found 105806 results in 0.073 seconds.

Search results

  1. Skotland-Yard "VAĞZALA BOMBA QOYULUB" deyən şəxsi saxladı

    London polisi Çarinq-Kross vağzalına bomba qoyulması barədə xəbər verən şəxsi saxlayıb. Trend-in məlumatına görə, saxlanılma barədə xəbəri Skotland-Yard təsdiq edib.

    Məlumata görə, həmin şəxs Böyük Britaniya nəqliyyat polisi tərəfindən saxlanılıb. Saxlanılma zamanı xəsarət alan olmayıb.

    Qeyd edək ki, daha öncə Çarinq-Kross vağzalı naməlum şəxs tərəfindən binaya bomba qoyulması xəbəri səbəbindən təxliyə edilmişdi.

    Muxalifet2 - 22-06-2018

  2. Bakıda qəribə oğurluq: malı da, pulu da satıcı verir - VİDEO

    Bakıda mağazalardan silsilə oğurluq edən qadın ortaya çıxıb.

    Muxalifet2 - 22-06-2018

  3. Pambıqçıların kütləvi zəhərlənməsilə əlaqədar beş nəfər həbs olunub

    Pambıq tarlalarında işçilərin kütləvi zəhərlənməsi ilə əlaqədar beş vəzifəli şəxs məsuliyyətə cəlb edilib.
     
     Bu barədə Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında deyilir.
    Əsasən "MKT İK" MMC Saatlı filialının direktoru Çingiz Gözəlov, həmin müəssisənin baş aqronomu Gülməmməd Küçiyev, sözügedən MC-nin direktoru Maarif Quliyev və baş aqronomu Surxaq Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkilərin Mühafizəsi üzrə İmişli Rayon Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov həbs edilib.

    Muxalifet3 - 22-06-2018

  4. İyunun 25-nə MANATIN MƏZƏNNƏSİ

    İyunun 25-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 25.06.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2018-ci il iyunun 22-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet2 - 22-06-2018

  5. 32 yaşlı kişi intihar etdi - GORANBOYDA

    Goranboyda intihar hadisəsi baş verib.

    Muxalifət.az xəbər verir ki, rayonun Todan kəndində yaşayan, Xocalıdan olan məcburi köçkün, 1986-cı il təvəllüdlü Verdiyev Ruslan Aqil oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır./apa/

    Muxalifet2 - 22-06-2018

  6. "Quş qrip"i qonşumuzda - Azərbaycan məhdudiyyət QOYDU

    Rusiyanın Penza vilayətində quşçuluq fermalarında "quş qripi" virusu aşkarlanıb. Virusun həm bəzi quşçuluq müəssisələrində, həm də fərdi həyətlərdə aşkar edildiyi bildirilir. Artıq ərazidə karantin elan edilib.

    Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumata görə, bu barədə Beynəlxalq Epizodik Bürodan rəsmi məlumat daxil olmasa da, vilayətdəki "quş qripi" virusundan xəbərdardırlar:

    Muxalifet2 - 22-06-2018

  7. GÖRƏNLƏR ŞİKAYƏT ETSİN! - Ağackəsməyə görə cəzalar sərtləşdiriləcək - VİDEO

    Hasara alınmış yaşıllıq ərazi görəndə dərhal şikayət edin!

    Bu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların kəsilməsinin və ya qurudulmasının qarşısını zamanında ala bilər.

    Muxalifet2 - 22-06-2018

  8. Jurnalistlər üçün yeni MÜSABİQƏ ELAN OLUNDU

    Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birlikdə müsabiqə elan edib.

    Şuradan verilən məlumata görə, hər iki qurum gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

    Muxalifet2 - 22-06-2018

  9. Tramp və Putin arasında görüş hazırlıqları davam edir – SAMMİT NƏ VAXT KEÇİRİLƏCƏK?

    Ağ Ev rəsmisinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında zirvə toplantısının planlaşdırılması işləri davam edir.

    Mətbuat özünü təqdim etməyən mənbəyə əsasən bildirib ki, görüşün Trampın növbəti ay Avropaya səfəri zamanı keçiriləcəyi ehtimal edilir.

    Bu ayın əvvəli Putin görüşün keçirilməsi fikrini dəstəklədiyini bildirmişdi.

    Muxalifet2 - 22-06-2018

  10. Qış yuxusundan ayılan ayılar kəndə hücum etdi

    Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.
     
    Bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundn qorumaqda çətinlik çəkirlər: "Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.

    Muxalifet3 - 22-06-2018

  11. Braziliya, 90+1-də Kosta Rikanı məğlub etməyi bacardı

    Dünya Kubokunda Braziliya, matç ərzində bir çox qol fürsəti əldə etsə də, Kosta Rikanı yalnız 90+1- dəqiqədə Coutinhonun atdığı qolla 1-0 məğlub edə bildi.
    Müxalifət.az

    Muxalifet3 - 22-06-2018

  12. YPG Menbiçdən çıxır – ABŞ rəsmisindən İKİBAŞLI BƏYANAT

    ABŞ Dövlət Departamentinin mətbuat katibi Hiter Naert Menbiçlə bağlı açıqlama verib.

    Muxalifət.az xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-ın YPG terror təşkilatının Suriyanın Menbiç bölgəsindən çıxarılmasına razı olduğunu bildirib.

    Naert bununla bağlı Türkiyə və ABŞ arasında anlaşmanın əldə edildiyini də açıqlayıb:

    “YPG-nin Menbiçdən çıxmasına razıyıq, amma onun hazırda harada olduğunu deyə bilmərəm”.

    Lakin amerikalı rəsmi YPG-nin hansı tarixdə Menbiçdən çıxarılacağı ilə bağlı suala cavab verməyib.

    Muxalifet2 - 22-06-2018

  13. Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək – HƏMSƏDRLƏRLƏ BİR ARAYA GƏLƏCƏKLƏR

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər. 

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

    Muxalifet2 - 22-06-2018

  14. Jirinovski: “Ukraynanın çox hissəsi Rusiyaya keçəcək”

    “Avropa Ukraynaya dözməkdə bezib. O, Kiyevi qulpsuz çamadan kimi atacaq”.

    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

    “Biz, Liberal Demokrat Partiyası Ukraynada nə hakimiyyət çevrilişini, nə də onun ardınca keçirilən seçkiləri tanıdıq. Çünki sabiq prezident Viktor Yanukoviçin devirilməsini qanunsuz hesab edirik. Ona görə də indiki Ukrayna hakimiyyəti və onun bütün qərarları bizim üçün sadəcə qeyri-legitimdir”, - Jirinovskisi deyib.

    Muxalifet2 - 22-06-2018

  15. “Bu, iş yerləri və maaşların artmasına səbəb olacaq” – ŞƏRH

    Dövlət büdcəsinə xərclərin artırlıması üçün nəzərdə tutulmuş vəsaitin müəyyən hissəsi sahibkarların dollar krediti probleminin həllinə yönəldilsə, ölkədə iqtisadi inkişaf baş verəcək. Qeyri-neft sektoru inkişaf edəcək, vətəndaşlar həmin sahələrdə işləyəcək. Bu iş yerlərinin və maaşların artmasına kömək edəcək.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.

    Muxalifet2 - 22-06-2018

  16. “Muharrem”-“Recep” qovğası – TÜRK SEÇİCİSİ İKİ SEÇİM ARASINDA

    Adam 52 faiz alıb, niyə 55 almamış deyə müzakirə aparır, sən rəzil olmusan, bunu müzakirə etsək, AKP-nin üstünü örtərik deyirsən... Bu düşüncə iqtidar ola bilməz, sən 14 partiya ilə bir araya gəlmisən.. çıxıbsan, yenib... yenmiş də yenmiş, yenmiş də yenmiş...”.

    Muxalifet2 - 22-06-2018

  17. ABŞ Türkiyəni belə aldatdı - RUS KOMANDAN AÇIQLADI

    Türkiyəyə təhvil verilən F-35 təyyarələri ABŞ tərəfindən idarə edilə bilər.

    Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Hava Qüvvələrinin raketdən müdafiə batalyonunun keçmiş komandanı Sergey Hatılev deyib.

    O bildirib ki, hətta təyyarələrin alınması durumunda belə onların Türkiyə HHQ tərəfindən istifadə edilə bilməməsi gündəmdədir:

    Muxalifet2 - 22-06-2018

  18. Əli Məsimli:“Dövlət qulluqçularının MAAŞLARI ARTIRILSIN”

    “Büdcədə tikinti məsələləri ilə bağlı vəsaitin həcminin az qala 22 faiz təşkil etməsi düzgün deyil. Bu, haradasa 5 milyard manat təşkil edir ki, onun da xərclənməsinə nəzarət çətinləşir. Çünki bu, nəticə etibarı ilə korrupsiyanın baş verməsinə şərait yaradır”.

    bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

    Muxalifet2 - 22-06-2018

  19. “Fənərbaxça”nı o çalışdıracaq - 3 İLLİK MÜQAVİLƏ

    Türkiyənin “Fənərbaxça” klubunun yenin baş məşqçisi məlum olub.

    İstanbul təmsilçisinə hollandiyalı Filip Koku rəhbərlik edəcək.

    Yeni baş məşqçi ilə 3 illik müqavilə bağlanıb.

    Qeyd edək ki, F. Koku daha əvvəl PSV klubuna rəhbərlik edib. O, 4 il ərzində PSV-ni 3 dəfə çempion edib./teleqraf/ 

    Muxalifet2 - 22-06-2018

  20. Baş nazirin yanında pambıqçılıqla bağlı MÜŞAVİRƏ KEÇİRİLDİ

    Bu gün Baş naziri Novruz Məmmədovun yanında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə tapşırıqlarından irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Muxalifet2 - 22-06-2018

Pages