Axtarış

The search found 105806 results in 0.187 seconds.

Search results

  1. Türkiyədə SEÇKİLƏRDƏN SONRA “XAOS” PLANI

    Aralarında separatçı terror təşkilatı PKK-nı dəstəkləyənlərin də olduğu bəzi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) müşahidəçilərinin, 24 iyun seçkisindən sonra "seçkidə saxtakarlıq" iddiası ilə Türkiyədə xaos planı həyata keçirmək istədikləri bildirilir.
     
    Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyəyə, 24 iyunda keçiriləcək seçkiləri izləmək üçün 400-ə yaxın ATƏT müşahidəçisi gəlib.
    Bunlardan 12-si əsas olan nüvə qrupda yer alır, digərləri isə seçki prosesini yerlərdə müşahidə edəcək.

    Muxalifet3 - 23-06-2018

  2. Tramp ABŞ “dərin dövləti”nin qurduqlarını dağıdır?

    ABŞ özünü artıq dünyada sülhün, əmin-amanlığın, demokratiya və insan hüquqlarının cavabdehi kimi göstərmək istəmir.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu təşkilatları vaxtı ilə ABŞ qurub:

    Muxalifet2 - 23-06-2018

  3. Payızda parlament seçkisi olsa, MÜXALİFƏT QATILARMI...

    Payızda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda yenidən məlumatlar yayılmaqdadır. Hakimiyyətə yaxın mənbələrdən verilən xəbərlərdə deyilir ki, noyabr ayında seçkilərin keçiriləcəyi istisna deyil. Milli Məclisdə hazırda 6 deputat yerinin boş qaldığını da nəzərə alsaq bütövlükdə növbədənkənar seçkilərə gedilməsi mümkün variantlardan biri sayılır.

    Bəs müxalifət partiyaları payızda növbədənkənar parlament seçkilərin keçirilməsinin tərəfdarıdırmı? Seçki keçirilsə, iştirak etməyə hazırdırlarmı?

    Muxalifet2 - 23-06-2018

  4. Ermənilər atəşkəsi 87 DƏFƏ POZDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

    Muxalifet2 - 23-06-2018

  5. SALAH ÇEÇENİSTANIN FƏXRİ VƏTƏNDAŞI OLDU

    Misirin futbol üzrə yığma komandasının yarımmüdafiəçi Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı olub.

    Muxalifət.az xəbər verir ki, bu statusu futbolçuya Çeçenistan lideri Ramzan Kadırov verib.

    "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım" – deyə Kadırov öz Teleqram səhifəsində paylaşım edib.

    Muxalifet2 - 23-06-2018

  6. Türkiyədə zəlzələ olub - 5 BALA YAXIN

    ürkiyənin Van vilayətində 4,7 bal gücündə zəlzələ olub.

    Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla 06:50-də baş verib.

    Məlumata görə, yeraltı təkanların dərinliyi 8,45 km olub.

    Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

    Muxalifet2 - 23-06-2018

  7. Amerika BMT-nin İnsan Haqları Şurasını niyə tərk etdi - SƏRT REAKSİYALAR

    Bu qərar Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndirilir

    Amerikanın BMT-nin İnsan Haqları Şurasından çıxması bütün dünya boyunca müzakirə mövzularından biridir. İnsan haqları şəbəkələri ABŞ-ın bu qərarını sərt şəkildə tənqid edirlər.

    Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

    Muxalifet2 - 23-06-2018

  8. “Biri mən, o birisi də Putin...” – ƏRDOĞAN BAŞQA KİMSƏNİ XATIRLAMADI

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT kanalına müsahibəsində özünü və rusiyalı həmkarı Vladimir Putini tərifləyib.

    Muxalifət.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

    “BMT Baş Assambleyasında 2 təcrübəli siyasətçi var, digərlərini xatırlamıram, bəlkə də var. Biri mən, o biri də Putindir”.

    Ərdoğanın sözlərinə görə, Rusiya və Türkiyə arasında münasibətlər yaxşıdır: “Buna Suriyanın şimalında keçirilən “Zeytun budağı” əməliyyatı, həmçinin Suriya böhranının həlli üçün Astana və Soçi görüşlərini misal göstərmək olar”.

    Muxalifet2 - 23-06-2018

  9. Gəncədə uşaq bağçasında VƏHŞİLİK: Tərbiyəçi 1 yaş 6 aylıq qızın üzünü dağladı - FOTO

    Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.

    Muxalifət.az xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.

    Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.

    Muxalifet2 - 23-06-2018

  10. Yasamal Rayon İcra Hakimiyyətində YENİ TƏYİNAT

    Yasamal Rayon İcra Hakimiyyətinin iki şöbə müdiri və icra başçısının köməkçisi işdən çıxarılıb.

    Report xəbər verir ki, icra başçısı Əziz Əzizovun imzaladığı əmrə əsasən, Rayon təsərrüfatı şöbəsinin müdiri Şahin Məmmədov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nemət Əfəndiyev vəzifədən azad olunublar.

    Digər əmrlə Seyran Həsənov Rayon təsərrüfatı şöbəsinin müdiri, Elnurə Mansurova isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.

    Muxalifet2 - 23-06-2018

  11. Magistral kəmərdə qəza: BU ƏRAZİ SUSUZ QALDI

    Bu gün Sabunçu rayoninin bir hissəsinə suyun verilişində fasilə olacaq.

    Azərsu ASC-nin mətbuat xidmətindən Muxalifət.az-a verilən məlumata görə, fasilə magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.

    Muxalifet2 - 23-06-2018

  12. İran KƏŞFİYYATI PKK-ya YARDIM EDİR

    Terror yuvası Qəndil və ətrafının Türk əsgəri tərəfindən yerlə-yeksan edilməsindən sonra Karog Dağına qaçmağa başlayan PKK-nın bölgədəki köçünü İran xüsusi xidmət orqanlarının təşkil etdiyi bildirilir.
     

    Muxalifet3 - 23-06-2018

  13. Miqrantlar AB-ni parçalayır: ROMADAN MARAQLI MÖVQE

    Avropa Birliyinin gələcəyi yaxın bir ildə müəyyən ediləcək.

    Muxalifət.az xəbər verir ki, bunu “Şpigel” jurnalına müsahibəsində İtaliya Baş nazirinin müavini Matteo Salvini deyib.

    “Bir il ərzində hər kəsə vahid Avropa qalıb-qalmayacağı aydın olacaq. Biz artıq öz ərazimizə miqrantları buraxa bilmərik. Artıq ölkədən bir neçə min nəfəri göndərmək haqqında düşünürük”, – deyə o bildirib.

    Muxalifet2 - 23-06-2018

  14. ABŞ Cənubi Koreya ilə hərbi təlim proqramlarını dayandırıb- PENTAQON

    ABŞ Cənubi Koreya ilə yaxın üç aya planlaşdırılan iki hərbi təlim proqramını dayandırıb.

    Trend-in məlumatına görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

    “Sinqapurda əldə olunan yüksək səviyyəli razılaşmaların icrasına dəstək məqsədi ilə və müttəfiqimiz – Koreya Respublikasıkoordinasiya çərçivəsində müdafiə naziri Ceyms Mettis müəyyən olunmayan müddətə bəzi təlimləri dayandırıb”, – deyə Pentaqonun mətbuat katibi Dana Uaytın bəyanatında bildirilir.

    Muxalifet2 - 23-06-2018

  15. “Ermənistanın Naxçıvana ərazi iddiası...” – Rusiya politoloqundan SENSASİYALI ETİRAF

    “Naxçıvanda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi Dağlıq Qarabağdakı vəziyyətdən daha təhlükəlidir”.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda tanınmış politoloq və münaqişələr üzrə təhlilçi, Rusiya Humanitar Universitetinin dosenti Sergey Markedonov bildirib.

    “Qarabağ münaqişəsi xaricində ərazilər daha təhlükəlidir. Qarabağda heç olmasa Anjey Kasprşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi –red.) kiçik monitorinq missiyası var. Naxçıvana gəlincə, bu beynəlxalq-tanınmış sərhəddir”, - o deyib.

    Muxalifet2 - 23-06-2018

  16. BMT də ABŞ prezidentinə qarşı çıxdı: TRAMP AMERİKANI YOXSULLAŞDIRIR

    ABŞ və BMT arasında vergi tətbiq etməsi ilə bağlı gərginlik getdikcə artır. BMT, yayımladığı bir hesabatda, Trampın ABŞ-ı gücsüzləşdiridiyi ifadə edilib.
     
    Amerika Birləşmiş Ştatlarının iqtisadi durumunun dəyərləndirildiyi bir hesabatı yayımlayan Birləşmiş Millətlər Təşkilatı (BMT) Trampın siyasətlərinin ölkəni gücdən saldığını bildirib.
     
    TRAMP ÖLKƏNİ YOXSULLAŞDIRIR
     

    Muxalifet3 - 23-06-2018

  17. Erməni nazir o ölkəyə şərt qoydu: “Bizə müttəfiqisinizsə…” – QARABAĞ MƏSƏLƏSİ

    Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan belaruslu həmkarı Vladimir Mekeylə görüşüb.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Belarusun paytaxtı Minskdə baş tutan görüşdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

    Mnatsakanyan Makeydən Belarusun Azərbaycana silah satışının dayandırılmasını istəyib.

    Muxalifet2 - 23-06-2018

  18. “Şeyx Həmzət azərbaycanlıdır, bu ölkədə axund köməkçisi olub” - ÇEÇEN KRİMİNALLAR QƏRAR VERDİ

    Özünü Rövşən Lənkaranskinin varisi kimi təqdim edən Şeyx Həmzət çeçen deyil, azərbaycanlıdır.

    Musavat. com xəbər verir ki, bu sensasion məlumatı Rusiyanın “Kriminalnaya Rossiya” portalı yayıb.

    Məlumatda o da deyilir ki, bir qədər əvvəl Qroznıda toplaşan çeçen əsilli qanuni oğrular, Əziz Batukayev, Kor Hüseyn, İslam Edilqiriyev, Əhməd Halinnski və digərləri Şeyx Həmzəti araqarışdıran, oğru aləminə nifaq salan birisi adlandırıblar. Kor Hüseyn isə bir qədər də irəli gedərək onu şoumen adlandırıb və Avropada özünü çeçen kimi təqdim etməsinə qarşı çıxıb.

    Muxalifet2 - 23-06-2018

  19. Sosial şəbəkələrdə DİNİ TƏXRİBAT - Komitə araşdırma aparır

    Azərbaycanda son 2 ildə xarici ölkələrdəki dini qruplaşmalara qoşulma faktı qeydə alınmayıb.

    Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, bəzi təxribatçı qruplar sosial şəbəkələr vasitəsilə Azərbaycanda yad dini ideologiyaları təbliğ etməyə çalışırlar.

    Muxalifet2 - 23-06-2018

  20. Arzusu yerinə yetən baş nazir ilk dəfə bunu etdi - FOTO

    Dünyanın bəlkə də yeganə qalstuk taxmayan kişi baş naziri Aleksis Çipras ilk dəfə bu ənənsini pozub.

    Muxalifət.az xəbər verir ki, Yunanıstanın baş naziri ölkəsinin kreditorlara borcunun yüngülləşəcəyi təqdirdə qalstuk taxacağına söz vermişdi. Afinada millət vəkilləri qarşısında çıxış edərkən Çipras vədinə əməl edərək ilk dəfə qalstuk taxıb.

    Bunu tarixi an adlandıran baş nazir hələlik qalstuka vərdiş etmədiyini dilə gətirib.

    Muxalifet2 - 23-06-2018

Pages