Axtarış
The search found 105806 results in 0.108 seconds.
Search results
Leysan yağacaq, dolu düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb.
Muxalifet2 - 23-06-2018
Tiflis-Bakı təyyarə reysi gecikir: PROBLEM... - AÇIQLAMA
Bu gün Tiflisdən Bakıya gəlməli olan təyyarə reysi gecikir.
Report-un məlumatına görə, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Eirveys”in J2-9224 reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb.
Amma hava limanında gözləyən sərnişinlərə bunun səbəbi barədə heç bir məlumat verilməyib.
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır:
Muxalifet2 - 23-06-2018
Tonoyan səngərdən döyüş əmri verdi - Növbəti hücum bu İSTİQAMƏTDƏ OLACAQ
Ermənistanın müdafiə naziri David Tonoyan iyunun 22-də Ermənistanın şimal-şərq sərhədinə (Azərbaycanın şimali-qərb sərhədinə -red.) baş çəkib.
Muxalifət.az “Armenpress”ə istinadən xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, nazir döyüş mövqelərində qoşun bölmələrinin komandanlığı ilə görüşüb və operativ vəziyyətlə tanış olaraq müəyyən təlimatlar verib.
Muxalifet2 - 23-06-2018
Şirvanda qətl- 40 yaşlı kişi mehmanxananın qarşısında ÖLDÜRÜLDÜ
Şirvan şəhərində qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki “Təbəssüm” mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.
Muxalifet2 - 23-06-2018
Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi
Bu gün Sabirabad rayonunda pambıq tarlasında işləyən kəndlilər arasında zəhərlənmə hadisəsi baş verib.
Virtualaz.org-a daxil olan məlumata görə, pambıq tarlasında işləyərkən halı pisləşmiş 6 nəfər xəstəxanaya müraciət edib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini olan qadın Sabirabad Rayon Mərkəzi Xəstəxanasına , daha 4 nəfər qadın isə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəstələrin vəziyyətinin stabil olduğu deyilir.
Muxalifet2 - 23-06-2018
17 tona yaxın xaş-xaş məhv edildi – DİN-dən AÇIQLAMA
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Muxalifet2 - 23-06-2018
Gömrükdən yalnız bu qədər qızıl və PUL KEÇİRMƏK OLAR
Bəzən qadınlar qızıl-zinət əşyalarını boyunlarına-qollarına taxaraq, öz əşyası kimi gömrükdən keçirməyə çalışırlar. Amma bununla bağlı da müddəa var. Hər bir vətəndaş maksimum 20 qram qızıl, 0.5 karat almaz keçirə bilər.
Muxalifət.az xəbər verir ki, bu sözləri DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin böyük inspektoru Rövşən Rzayev deyib. O bildirib ki, göstərilən miqdardan artıq zinət əşyası keçirilərsə, qanun çərçivəsində tədbirlər görülür:
Muxalifet2 - 23-06-2018
ABŞ NATO sammiti astanasında xəbərdarlıq etdi! - BÖHRAN DƏRİNLƏŞİR
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Tryudoya məktub göndərərək, NATO-nun müdafiə xərclərində Kanadanın töfhəsini artırmaq çağırışı edib.
Kanadanın “Kanada Press” rəsmi informasiya agentliyinin xəbərinə görə, uyunun 19-u tarixdə göndərdiyi məktubda Tramp NATO-da müdafiə xərclərini artırmaq vədlərini yerinə yetirməyən müttəfiqlərin ABŞ-da məyusluq doğurduqlarını bildirib.
Muxalifet2 - 23-06-2018
Rusiya-Azərbaycan komissiyasına yeni həmsədr - FOTO
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri Oreşkin təyin edilib.
Bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Dmitri Medvedev imzalayıb.
Sərəncama əsasən, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri təyin edilib.
Qeyd edək ki, o, bu vəzifədə Dmitri Roqozini əvəz edib. D. Roqozin bir müddət əvvəl "ROSKOSMOS"-un rəhbəri təyin edilib.
Muxalifet2 - 23-06-2018
Bankda saxta dollar dəyişmək istədi- TUTULDU
Bakıda saxta dollar dəyişən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iyunun 22-də Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olan həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gediblər.
Müəyyən edilib ki, banka gələn naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.
Muxalifet2 - 23-06-2018
Seçkidə təxribat TÖRƏDƏCƏKLƏRDİ: HAMISI YAXALANDI
Ankarada keçirilən əməliyyatda, sabahkı seçkilər zamanı təxribat törətmək hazırlığında olduğu müəyyən edilən 11 PKK terror təşkilatı mənsubu yaxalanıb.
Anadolu Agentliyinin verdiyi məlumata görə, Ankara Prokurorluğunda 24 iyundakı seçkilərdə təxribat törətmək hazırlığında olduğu müəyyən olunan 19 nəfər haqqında nəzarətə alınma qərarı verilib.
Şübhəlilərdən 11-i Ankara Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyatda saxlanılıb.Muxalifet3 - 23-06-2018
Günəş şüalarının altında satılan qazlı su, yoxsa zəhər... - REPORTAJ-FOTOLAR
Hər il mütəxəssislər və həkimlər bildirirlər ki, isti havalarda plastik qablardakı qazlı suları Günəş altında saxlamaq, satmaq olmaz.
Mütəxəssislərin sözlərinə görə, açıq Günəş şüaları altında saxlanılan su, insan sağlamlığına mənfi təsir göstərir. Günəş şüalarının təsirindən plastik qablardakı kimyəvi birləşmələrlə suyun tərkibi birləşə bilər.
Son günlərdə havaların isinməsi ərzaq məhsullarının saxlanması məsələsini də gündəmə gətirib.
Muxalifet2 - 23-06-2018
Benzin Putinin NÜFUZUNU AŞAĞI SALDI
Rusiya Prezidenti Vladimir Putinin ruslar arasında reytinqi 62%-dən 54%-ə enib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya İctimai Fikir Fondu yayıb. Fond bu rəqəmin 2013-cü ildən bu yana ən aşağı göstərici olduğunu bildirib.
Ölkə başçısının reytinqinin bu qədər geriləməsinə səbəb benzin qiymətlərinin artması və təqaüd reformlarının aparılması olub.
Qeyd edək ki, Rusiya bundan öncə təqaüd yaşını artıracağını bildirib. Hökumətin bu qərarı xalq arasında kəskin narazılıq yaradıb.
Muxalifet2 - 23-06-2018
İran prezidenti CASUSLUQDA İTTİHAM EDƏN KİTAB YAYIMLANDI
İranda prezident Həsən Ruhani əleyhinə maraqlı iddialarda olan bir kitab internet vasitəsilə dərc olunub.
İfrat mühafizəkar kimi tanınan Kamran Gəzənfər-i adlı tədqiqatçı yazar tərəfindən qələmə alınan "Bir baxışda Həsən Ruhani" adlı kitabın nəşrinə İrşad və Mədəniyyət Nazirliyi tərəfindən icazə verilməyib.
İnternet mühitində e-kitab şəklində çap olunan kitabda Ruhani, "Şah dövründəki kəşfiyyat təşkilatı SAVAK-la əməkdaşlıq etmək və İslam Dövlətini ortadan qaldırmağa yönəli ABŞ-a casusluqda ittiham olunur.Muxalifet3 - 23-06-2018
Akif Əlizadə AMEA prezidenti vəzifəsinə TƏSDİQ EDİLDİ
Azərbaycan Prezidenti İlham Əliyev Akif Əlizadənin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Azərtac" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Akif Ağa Mehdi oğlu Əlizadə bu vəzifəyə təsdiq edilib.
Muxalifet2 - 23-06-2018
ABŞ-da hərbi təyyarə qəzaya uğradı – YARALILAR VAR
ABŞ-ın Nyu Meksika ştatında hərbi təyyarə qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Hollman aviabazasının nümayəndəsi məlumat yayıb.
İnsident cümə günü “Red Rio” poliqonunda baş verib. A-29 Super Tucano təlim qırıcısının qəzaya uğraması nəticəsində 2 pilot xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Martda C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 9 hərbçinin hamısı həlak olmuşdu.
Muxalifet2 - 23-06-2018
Bakıda avtobusda dəhşət - Polis sürücü ilə əlbəyaxa oldu - ŞOK VİDEO
İyunun 21-də saat 23:15 radələrində 18 saylı marşrut xəttində insident baş verib.
Muxalifet2 - 23-06-2018
Ərdoğan seçiləcək, AKP isə... – EKSPERTDƏN SENSASİYALI ŞƏRH
Əvvəla onu qeyd edim ki, bu seçki həm tezisləri, həm aktyorları, həm də seçki prosesi etibarı ilə 16 aprel 2017-ci ildə keçirilən referendumun davamıdır.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, yayılan məlumatları rasional analiz edəndə 24 iyun seçkilərinin ikinci tura qalması və parlamentdə iqtidar partiyasının səs çoxluğunu itirməsi ehtimalı daha yüksək görünür:
Muxalifet2 - 23-06-2018
Yerə yaxınlaşan kosmik təhlükə... - NASA PLAN HAZIRLAYIB
NASA Yer üçün təhlükə yaradan biləcək göy cisimlərinə qarşı hazırladığı planı açıqlayıb.
Muxalifət.az xəbər verir ki, NASA bununla bağlı 20 səhifəlik hesabat hazırlayıb.
Hesabatda qarşıdakı 10 il ərzində baş verə biləcək təbii fəlakət zamanı hansı tədbirlərin görüləcəyi, göy cisimlərinin aşkar edilməsi , nəzarət götürülməsi və vurulması ilə bağlı məlumatlar yer alıb.
Muxalifet2 - 23-06-2018
Bakıda daha bir yanğın - OD YENƏ DƏ TƏKƏRƏ DÜŞÜB
Babək prospektində "Nömrə 1" avtosalonunun arxasında yanğın baş verib. Musavat.com əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın avtosalonun arxasındakı zibil tullantılarının atıldığı məkanda başlayıb. Burada işlənmiş və yararsız təkər tullantıları da olduğundan yanğın tezliklə şiddətlənib, ətrafı qatı tüstü bürüyüb. Əməkdaşımızın verdiyi məlumata görə, tezliklə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğısöndürənləri gəliblər və yanğını lokallaşdıra biliblər. Qeyd edək ki, iyun ayı ərzində paytaxtda yanğın hadisələri xeyli intensivləşib.
Muxalifet2 - 23-06-2018