Axtarış

The search found 105806 results in 0.115 seconds.

Search results

  1. ​İraq Suriyanı vurdu: 45 İŞİD-çi məhv edildi

    İraq Hərbi-Hava Qüvvələrinin Suriyada həyata keçirdiyi hava hücumları nəticəsində 45 İŞİD terrorçusu məhv edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri məlumat yayıb. Ordudan bildirilib ki, F-16 hərbi təyyarələri Hajin qəsəbəsində İŞİD-çilərin yerləşdiyi 3 binaya aviazərbələr endirib.
    Ölən il terrorçular arasında İŞİD-in qrup lideri Əbubəkr Bağdadinin şəxsi kuryerinin, müharibə nazirinin köməkçisinin və polis şefinin olduğu bildirilir.
     

    Muxalifet3 - 23-06-2018

  2. Prezidentdən çoxdandır gözlənilən QƏRAR - SİYAHI

    Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 
    Muxalifet.az xəbər verir ki, Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:
    "Əməkdar həkim”
    Cəlilova Şölə Lətif qızı
    Əliyeva Nailə Ənvər qızı
    Əsgərov Şəmsi Məmmədəli oğlu
    Əsgərzadə Əfqan Ələsgər oğlu
    Həsənova Sara İman qızı
    Hüseynova Zəhra Məmmədəli qızı
    İsayev Cəlal Paşa oğlu
    İsgəndərova Tərifə Cəbrayıl qızı
    İsmayılova Mahirə Kamil qızı

    Muxalifet3 - 23-06-2018

  3. ​"Qarabağ" Bolqarıstan nəhəngi ilə qarşılaşdı

    Avstriyada Çempionlar Liqasına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçı keçirib.
    Muxalifet.az.az-ın xəbərinə görə, Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
    "Ludoqorets" - "Qarabağ" - 1:1
    Qollar: Svierczok, 33 (1:0), Dani Kintana, 52 (1:1)
    Qeyd edək ki, "Qarabağ" iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə də yoxlama oyunları keçirəcək.
     

    Muxalifet3 - 23-06-2018

  4. ​Ağ Evin sözçüsü Trampa görə restorandan qovuldu

    Ağ Evin sözçüsü Sara Sanders Virciniyadakı restoranlardan birindən qovulub.
    Muxalifet.az xəbər verir ki, sözçü bu barədə şəxsi Tvitter səhifəsində yazıb:
    “Dünən axşam getdiyim Red Hen restoranının sahibi ABŞ Prezidenti Donald Tramp üçün çalışdığımı əsas gətirərək restorandan çıxmağımı tələb etdi. Onun bu hərəkəti məndən çox özünü ifadə edir. Həmfikir olmadıqlarım da daxil olmaqla, bütün insanlara bacardığım qədər yaxşı davranmağa çalışıram. Belə etməyə davam edəcəyəm”,- deyə o qeyd edib.
     

    Muxalifet3 - 23-06-2018

  5. ​Tramp Kim Çendən danışdı — “O, özü və ailəsi üçün yaxşı işlər görmək istəyir”

    ABŞ prezidenti Donald Tramp Şimali Koreya lider Kim Çen İnə etibar etdiyini bildirib.
    Muxalifet.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə o, TBN kanalına müsahibəsində söyləyib.
    "Mən güman edirəm ki, o, ölkəsi, özü və ailəsi üçün yaxşı işlər görmək istəyir.  O, düzgün şeyi etmək istəyir".
     
    Qeyd edək ki, iyunun 12-də Sinqapurda Tramp və Kim Çen İn arasında tarixi sammit baş tutub. Tramp görüşün yekunlarına əsasən, Koreya ilə "ətraflı" sənəd imzalayıb və Koreya yarımadasının denuklearizasiyası prosesinin "çox tez" başlayacağını vurğulayıb. 

    Muxalifet3 - 23-06-2018

  6. Bu gün Əbülfəz Elçibəyin 80 YAŞI TAMAM OLUR

    Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günündür.
     
    Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.
     

    Muxalifet4 - 24-06-2018

  7. Elçibəy haqda ƏN GÖZƏL ŞEİR

    Sənə bir daş atar yerindən duran,
    Səni sevdiklərin daş-qalaq eylər.
    Bir əlində daş var, birində Quran,
    Daş atan bilirmi nə günah eylər?
     
    Silərsən gözündən axan yaşları
    Öpüb əzizlərsən sən o daşları.
    Deyərsən: "Sağ olun, qan qardaşlarım,
    Məni təzə daşa kim qonaq eylər?!”
     
    Hər daş özü boyda köz olub yanar,
    Cana damğa kimi basılıb yanar,
    Qanlı yaraların qızarıb yanar,
    Səni başdan-başa çılçıraq eylər.
     
    Bircə tilsimin var, sevgi tilsimi,
    Kim qırar Tanrıya bağlı bir simi?

    Muxalifet4 - 24-06-2018

  8. DÇ-2018: Almaniya – İsveç - 2:1

    Rusiyada keçirilən dünya çempionatı davam edir. APA-nın məlumatına görə, qrup mərhələsində günün son qarşılaşmasında Almaniya İsveç önünə çıxıb. Gərgin oyunda hesabı isveçlilər açıb. İlk hissə bu hesabla başa çatsa da, "bundestim" ikinci yarıya qolla başlayıb. Roys hesabı bərabərləşdirib.

    Oyuna əlavə olunmuş 5-ci dəqiqə isə Toni Kroos cərimə zərbəsindən fərqlənərək komandasına qələbə qazandırıb.

    Dünya çempionatı

    Muxalifet4 - 24-06-2018

  9. “QHT-lərin 99%-i hakimiyyətə işlədiyinə görə xoşbəxtdir” – ƏLİ HƏSƏNOV

    Azərbaycan hakimiyyəti hesab edir ki, qeyri-hökumət təşkilatları onlara işləməlidir. Onlar QHT-lərin 99%-də bu məqsədə nail ola bilməkdən çox məmnundurlar.
     
    Hakimiyyətin əsas ideoloqu Əli Həsənovun QHT-lərə Dəstək Şurasının 10 illiyinə həsr olunmuş tədbirdə çıxışından belə bir nəticə çıxır.
     
    Nağıl danışmaq ənənəsinə sadiq olan Həsənov bildirib ki, 1995-ci ildən etibarən ölkədə bütün seçkilər azad və şəffaf keçirilib, ölkədə müstəqil media yaradılıb, QHT-lərin fəaliyyəti azad və şəffafdır.
     

    Muxalifet4 - 24-06-2018

  10. Türkiyədə TARİXİ GÜN – Qutudan kim çıxacaq?

    Türkiyədə erkən Prezident və parlament seçkiləri öncəsi çoxlu fərqli təxminlər, versiyalar dilə gətirilir.Mən də Türkiyəni az-çox tanıyan və seçki öncəsi prosesləri müşahidə edən biri olaraq seçkilərə 1 gün qala öz düşüncələrimi və təxminlərimi paylaşmaq istəyirəm.
     

    Muxalifet4 - 24-06-2018

  11. Seçkilərdə təxribatlar planlaşdıran 11 PKK üzvü saxlanıldı

    Türkiyənin paytaxtı Ankarada iyunun 24-də keçiriləcək seçkilədrdə təxribatlar törətməyi planlaşdıran 11 PKK üzvü saxlanılıb. 
     
    APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, iyunun 23-də Ankarada keçirilmiş əməliyyat zamanı saxlanılanlar qrup şəklində müxtəlif təxribatların hazırlanmasını müzakirə ediblər.  Planlaşdırılan terror aktları ilə əlaqədar detallar açıqlanmır. 
     
    Saxlanılanlar barəsində hələ ki heç bir qərar verilməyib. 
     
    Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

    Muxalifet4 - 24-06-2018

  12. HACIQABULDA DƏHŞƏT: Xalası qızının boğazını kəsdi, daha sonra…

    Hacıqabulda dəhşətli qətl hadisəsi törədilib.
     
    Hadisə gecə saatlarında Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınınb. Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İsmayılzadə Ayəddin Elman oğlu  xalası qızı - Hacıqabul sakini 1994-cü il təvəllüdlü Məlikli Rəvanə Məlikağa qızının boğazının kəsərək qətlə yetirib.
     
    Məlumata görə, R.Məlikli Muğan qəsəbəsində nənəsi ilə yaşayıb. Evə daxil olan A.İsmayılzadə xalası qızının boğazının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb.
     

    Muxalifet4 - 24-06-2018

  13. Bakının üzərində TÜRK ŞAHİNLƏRİ...

    Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
     
    Muxalifet.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq.

    Muxalifet4 - 24-06-2018

  14. QADAĞA ARADAN QALXDI, qadınlara bu hüquq da verildi

    Bu gündən Səudiyyə Ərəbistanında qadınlar avtomobil idarə etmək hüququ alıb.
     
    "Reuters" agentliyinin verdiyi məlumata görə, kral Salmanın qadınların avtomobil idarə etməsinə qoyulan qadağanın ləğvi barədə fərmanı iyunun 24-dən qüvvəyə minib.
     
    Bu, şahzadə Məhəmməd ben Salmanın təşəbbüsü ilə 2016-cı ildə qəbul edilən "Vision 2030" proqramı çərçivəsində nəzərdə tutulan əsas addımlardan biridir. Proqramda əsas məqsəd Səudiyyə Ərəbistanının neftdən asılılığını aradan qaldırmaq, dünyanın ən müasir iqtisadiyyatlarından birinə çevrilməkdir.

    Muxalifet4 - 24-06-2018

  15. Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

    Muxalifet4 - 24-06-2018

  16. XƏRÇƏNGDƏN XİLAS YOLU: İmmunoterapiya

    “Dərk etməyə başladım ki, öləcəyəm və bu düşüncə bütün varlığıma hakim kəsildi,” o deyir. “Ailəmə yazığım gəldi, ancaq indiyədək yaşadığım həyat üçün şükran idim”.
     
    Danışan 52 yaşlı Cudi Perkinsdir.
     

    Muxalifet4 - 24-06-2018

  17. “Taxt oyunları”nın məşhur cütlüyü evləndi - FOTOLAR

    Dünyada izlənilmə rekordu qıran "Taxt oyunları" ("Game of Thornes") serialının ulduzları Kit Harinqton və Rouz Lesli ailə qurublar.
     
    "Qafqazinfo" xarici KİV-ə isinadən xəbər verir ki, "Con Snou" obrazını canlandıran Kitlə "İqritte" rolunu ifa edən Rouz Şotlandiyada nikaha girib. Cütlüyün nikahı Reyn kilsəsində baş tutub.
     
    Qeyd edək ki, Harinqtonla Lesli 2012-ci ildə çəkiliş meydançasında tanış olublar.

    Muxalifet4 - 24-06-2018

  18. LUKAŞENKO HƏYƏCAN TƏBİLİ ÇALIR: “Belarus müstəqilliyini itirə bilər”

    Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib.
     
    APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.
     

    Muxalifet4 - 24-06-2018

  19. Türkiyədə son onilliklərin ən kritik seçkisi: ƏRDOĞAN HAKİMİYYƏTDƏ QALA BİLƏCƏKMİ? – Yenilənib

    Türkiyənin Yüksək Seçim Kurulunun rəhbəri Sadi Güvən vətəndaşları səsvermə günü “sükunətə dəvət etdiyini” deyib.
    Virtualaz.org xəbər verir ki, YSK rəhbəri seçkilərin keçirilməsi üçün bütün hazırlıqların görüldüyünü, seçki məntəqələrində elektrikin kəsilməsi hallarına qarşı hazırlıqlı olduqlarını bildirib.
    Sadi Güvən bildirib ki, prezident və parlament seçkilərinin nəticələrini yerli vaxtla saat 24.00-dən tez elan etməyə çalışacaqlar.

    Muxalifet4 - 24-06-2018

  20. Milli Ordunun 100 illiyi münasibəti ilə VİDEOSÜJET

    Azərbaycan Müdafiə Nazirliyi Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq yeni videosüjet hazırlayıb.
    Muxalifet.az nazirliyin saytına istinadən həmin vidosüjeti təqdim edir:

    Muxalifet4 - 24-06-2018

Pages