Axtarış
The search found 105806 results in 0.163 seconds.
Search results
Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı
Türkiyədə seçicilərin səslərinin artıq 97 faizinin səsi sayılıb.
Muxalifet.az xəbər verir ki, hazırkı nəticələrə görə 600 yerlik Böyük Millət Məclisində təmsil olunacaq partiyaların qazandıqları millət vəkillərinin sayı bu cürdür:
1. AKP - 293 yer
2. MHP - 49 yer
3. CHP - 146 yer
4. İYİ Partiyası - 46 yer
5. HDP - 66 yer
Bu nəticələrə görə AKP-MHP-nin yaratdığı Cümhur Birliyi parlamentdə səs çoxluğunu əldə edir.
Muxalifet3 - 24-06-2018
Sərdar Cəlaloğlu onu ittiham edən ruspərəstlərə SƏRT CAVAB VERDİ - Video
BAO TV-nin "Aktual söhbət" verilişinin qonağı ADP-nın sədri Sərdar Cəlaloğlu olub. Sərdar bəy son günlər Türkiyə-Azərbaycan konfederasiyası mövzusunda ona qarşı səsləndirilən ittihamlara münasibət bildirib:
Muxalifet4 - 25-06-2018
Antalyada türklər Putinə səs verdi - FOTO
Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində maraqlı hadisə qeydə alınıb.
Belə ki, Antalyanın Manavqat rayonunda litseylərdən birində baş tutan səsvermə zamanı seçicilərdən biri seçki bülleteninə Rusiya prezidenti Vladimir Putinin adını yazaraq üzərinə “bəli” möhürünü vurub.
Sözügedən bülleten səlahiyyətli şəxslər tərəfindən etibarsız hesab edilib.
Muxalifet4 - 25-06-2018
32 yaşlı aparıcı efirdə soyunacağını deyir... - FOTOLAR
İngiltərə futbolu ilə yaxından maraqlananların televeziyadan yaxşı tanıdıqları Reyçel Raili Rusiyada keçirilən dünya çempionatının gedişində hər kəsi həyəcanlandıran vəd verib.
“Qafqazinfo” xəbər verir ki, “Sky Sports”un 32 yaşlı xanım aparıcısı İngiltərə millisinin mundialda çempion olacağı təqdirdə, efirdə soyunacağını bəyan edib.
Reyçel bu barədə “Twitter” hesabında paylaşım edərək məlumat yayıb. Bu açıqlamanın ardından isə hər kəs cuşa gələrək “Come on England” şərhlərini yazıb.
Muxalifet4 - 25-06-2018
Türkiyəli aktyor millət vəkili seçildi - FOTO
İyunun 24-də Türkiyədə keçirilən parlament seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə (TBMM) 600 millət vəkili seçilib.
Muxalifet.az-ın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, məşhurlar arasında deputat seçilən isə aktyor Barış Atay olub.
O, Xalqların Demokratik Partiyasından (HDP) Hatay rayonuna millət vəkili seçilib.Muxalifet4 - 25-06-2018
Nigeriya - Argentina matçı Cüneyt Çakıra tapşırıldı
Türkiyəli referi Cüneyt Çakır DÇ-2018-in qrup mərhələsində növbəti oyuna təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, Çakır D qrupunda 3-cü tur çərçivəsində keçiriləcək Nigeriya - Argentina matçını idarə edəcək. Ona Bahattın Duran və Tarık Ongun yardım edəcək. 4-cü hakim isə hollandiyalı Byörn Kyupers olacaq.
Çakır DÇ-2018-də Mərakeş - İran matçının əsas, Rusiya - Misir görüşündə 4-cü hakim olub.
Qeyd edək ki, D qrupunda Xorvatiya 6 xalla qrup lideridir. Nigeriya 3 xalla 2-cidir. İslandiya və Argentinanın isə 1 xalı var.Muxalifet4 - 25-06-2018
Təməl Paşanın kəndindən İNCƏYƏ SİLLƏ KİMİ CAVAB
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncəyə, "Bütün ordenlərini sökəcəyəm” dediyi Afrin əməliyyatının komandanı, 2-ci Ordu Komandanı general-polkovnik İsmayıl Mətin Təməlin məmləkəti Bayburtun Taxt kəndində cəmi 1 səs verilib. 153 seçicinin səs verdiyi seçkidə, 1 səs də CHP-nin xeyrinə verilib.
Muxalifet3 - 25-06-2018
Türkiyə qərarını verdi! SEÇKİ NƏTİCƏLƏRİ
Qəti olmayan 24 iyun Prezident seçkisinin nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan birinci turda seçkidə qalib gəlib.
Türkiyə daxilində, prezident və 27-ci dövr millət vəkili ümumi seçimi üçün saat 08.00-də başlanan səsvermə proseduru, saat 17.00 etibarilə seçki qutularının bağlanması ilə başa çatıb.
PREZİDENT SEÇKİSİNİN NƏTİCƏLƏRİ
RƏCƏB TAYYİB ƏRDOĞAN: 52.5
MƏHƏRRƏM İNCƏ: 30.8
MARAL AKŞƏNƏR: 7.5
Muxalifet3 - 25-06-2018
CHP qarışdı! KAMAL KILIÇDAROĞLUNA İSTEFA ŞÜARLARI
Türkiyənin prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsindən sonra partiya üzvləri CHP-nin baş ofisinə axına edərək etiraz ediblər. CHP-lilər, sədr Kamal Kılıçdaroğlunun istefasını, sədrin isə İncənin olmasını tələb ediblər.
Seçki nəticələrinin bəlli olmağa başlaması ilə birlikdə CHP üzvləri istefa şüarları səsləndirməyə başlayıblar.
CHP MƏRKƏZİNDƏ PARTİYALILAR "PREZİDENT İNCƏ" ŞÜARLARI SƏSLƏNDİRİB
Muxalifet3 - 25-06-2018
Ər-Riyadda güclü PARTLAYIŞ
Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda güclü partlayış olub.
Muxalifət.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Hadisənin təfərrüatı açıqlanmır.
Muxalifet2 - 25-06-2018
Seçkidən sonra Ərdoğan elə bir tveet atdı ki…
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçki zəfərindən sonra atdığı ilk tweet sosial mediada böyük rezonansa səbəb oldu. Ərdoğanın bu tweeti rekord sayda rəğbət qazandı.
AK Partiya və MHP-nin yaratdığı “Cümhur İttifaqı”, “Millət İttifaqı”nı məğlub edərək seçkidə qələbə qazanıb.
Prezident Ərdoğan da səslərin çoxunu alaraq yeni sistemdə ilk Prezident olub.Muxalifet3 - 25-06-2018
ABŞ bu silahları kosmosda yerləşdirəcək - RUSİYADAN ŞOK
ABŞ Prezidenti Donald Trampın Hərbi-Kosmik Qüvvələrin yaradılması ilə bağlı qərarı ABŞ-ın kainatı fəth etmək üçün ilk cəhdi deyil.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Biz Ronald Reyqanın ABŞ-ın kosmosda mütləq hökmranlığı barədə “Ulduz müharibələri” doktrinasını xatırlamalıyıq”, - Korotçenko bildirib.
Muxalifet2 - 25-06-2018
“Elçibəy barədə yazılan yazı pulla ölçülməməlidir” – Novella Cəfəroğlu ilə MÜSAHİBƏ
Muxalifet.az xəbər verir ki, teleqraf.com-un suallarını Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb:
Muxalifet2 - 25-06-2018
Əsrin güc nümayişi: Azərbaycan və Türkiyədən möhtəşəm “PERFORMANS”
Sabah Bakıda müstəqillik dönəminin ən böyük paradı keçiriləcək; “Türk şahinləri” paytaxt səmasında süzəcək, 100 ildə ilk dəfə Türkiyə hərbçiləri Azadlıq meydanında keçid edəcək; dünya Bakıdan son Qarabağ mesajını alacaq; nəzərlər Azərbaycanda...
Muxalifet2 - 25-06-2018
Məhərrəm İncə: "ƏRDOĞANIN QƏLƏBƏ QAZANDIĞINI QƏBUL EDİRƏM”
Qəti olmayan seçki nəticələrinə görə, açıqlama verən CHP-nin prezidentliyə namizədi Məhərrəm İnçə, "Ərdoğanın qazandığını qəbul edirəm" - deyib. İncənin, sabah saat 12.00-da açıqlama verəcəyi bildirilib.
Müxalifət.az
Muxalifet3 - 25-06-2018
Əsəddən qəribə açıqlama:ÖLKƏDƏ MÜHARİBƏ GETMİR
Suriyada vətəndaş müharibəsi yoxdur.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı amerikalılar daim yalan söyləyir:
“Beynəlxalq normalara hörmət olmadıqca, BMT təsirli olmadıqca, provokasiyaların da qarşısının alınacağını düşünə bilmərik. Ölkəmizdə daxili savaş yoxdur. Daxili savaş etnik, dini və milli zəmində baş verir. Bunların heç biri isə Suriyada yoxdur”.
Muxalifet2 - 25-06-2018
AŞPA-nın yay sessiyası: AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ STRASBURQDA
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.
Məlumata görə, 25-29 iyun tarixlərində davam edəcək sessiya çərçivəsində Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.
Muxalifet2 - 25-06-2018
Bakıda vəkil BIÇAQLANDI
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Report-un xəbərinə görə, 1961-ci il təvəllüdlü Quliyev Camal Aydın oğlu hadisə metronun Memar Əcəmi stansiyası yaxınlığından keçən Cavadxan küçəsində mübahisə zamanı bıçaqlanıb.
Onun döş qəfəsinin sol yarısından ürəyinə yaxın hissəsinə iki bıçaq zərbəsi vurulub.
Yaralı taksi sürücülərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları istintaq araşdırmaları aparır.
C.Quliyev vəkil kimi fəaliyyət göstərir.
Muxalifet2 - 25-06-2018
Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILIR
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə, həmçinin Ziya Bünyadov prospetinin Böyük Şor yol qovşağı ilə kəsişən hissəsində üfüqi nişanmanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Muxalifet2 - 25-06-2018
DaşkəsəndəTƏBİİ FƏLAKƏT: evləri su basdı, avtomobil yolları sıradan çıxdı, xəsarət alanlar var - FOTO
Daşkəsən rayonunda güclü leysan bir sıra fəsadlar törədib.
Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.
Muxalifet2 - 25-06-2018