Axtarış
The search found 105806 results in 0.173 seconds.
Search results
SƏSVERMƏ ZAMANI QAN TÖKÜLDÜ: Akşenerin tərəfdaşı və iki vətəndaş öldürüldü - YENİLƏNİB
Türkiyədə bu gün keçirilən seçkilərdə qan tökülüb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Ərzurumda baş verib.
Belə ki, İYİ Partiyanın Ərzurum Karaçoban rayon təşkilatının sədri Mehmet Sıddık Durmaz səsvermə zamanı çıxan davada güllələnib.
Baş verən hadisə ilə bağlı Türkiyə mətbuatına açıqlama verən İYİ Partiyanın Ərzurum şəhər təşkilatının sədri İbrahim Dumlu faktı təsdiq edib. Bildirib ki, öldürülən Durmazın meyiti xəstəxanaya aparılıb.
Muxalifet4 - 24-06-2018
Muharrem İncədən SEÇKİ BƏYANATI - "Bu "nömrə"ni yenə işə salacaqlar...”
CHP-nin prezidentliyı namizədi Muharrem İncə səsvermə bitdikdən dərhal sonra Türkiyə Yüksək Seçim Kurulunun (YSK) qarşısından bəyanat verib. O, tərəfdarlarına YSK qarşısından çağırış edib: "Seçki qutularına sahib çıxın. Bütün müşahidəçilərimizdən, tərəfdarlarımızdan bunu çox xahiş edirəm. Bu seçkini "Anadolu" agentliyi deyil, millət müəyyən edəcək. Nə edirlərsə, etsinlər, biz qazanacağıq, buna şübhəm yoxdur".
Muxalifet4 - 24-06-2018
Trampı bu ölkədə 10 min polis qoruyacaq
ABŞ Prezidenti Donald Trampın Britaniyaya səfəri zamanı təhlükəsizliyini 10 min polis qoruyacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.Muxalifet3 - 24-06-2018
Rusiya səmasında meteorit partladı – VİDEO
Partlamış meteoriti Rusiyanın bütün mərkəzi boyunca görmək mümkün idi, bu barədə Muxalifet.az “Moya planeta”ya istinadla xəbər yayır.
Meteorit atmosferə daxil olaraq partlayır və parçalanır. NASA-nın məlumatına görə, partlayış 2,8 kilotona bərabər olur.
İlkin qiymətləndirmələrə görə, asteroidin diametri dörd metr olub.
Muxalifet3 - 24-06-2018
Argentinalı futbolçular baş məşqçidən imtina edirlər
Argentina yığmasının futbolçuları indiki baş məşqçi Xorxe Sampaolinin dünya çempionatının qrup mərhələsinin sonuncu matçında komandaya rəhbərlik etməsini istəmirlər.
Muxalifet.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, futbolçular yığıncaq keçiriblər və X.Sampaolinin Nigeriya ilə oyunda komandaya rəhbərlikdən azad olunmasının lehinə səs veriblər.
Onun yerinə 1986-cı il dünya çempionu 58 yaşlı Xorxe Burruçaqanın gətirilməsi ehtimal olunur. Əgər X.Sampaoli vəzifəsindən azad olunsa, 17 milyon avro alacaq.Muxalifet3 - 24-06-2018
Türkiyə və ABŞ ordusundan növbəti həmlə
Türkiyə Silahlı Qüvvələri (TSQ) və ABŞ ordusu Fərat qalxanı ərazisi ilə Menbiç arasındakı xətdə koordinasiyalı IV nəzarət fəaliyyətinə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə TSQ Baş Qərargahı məlumat yayıb.
Muxalifet3 - 24-06-2018
Kürd liderdən biabırçı məğlubiyyət: Hələ ki...
Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) və onun namizədi Səlahəddin Dəmirdaş müəyyən edilən səs faizini toplaya bilməyib.
Muxalifet.az xəbər verir ki, prezident seçkiləri ilə bağlı bülletenlərin 50 faizindən çoxunun sayılmasına baxmayaraq, HDP-nin namizədi Səlahəddin Dəmirdaş 6,4 faiz, parlament seçkilərində səslərin 40 faizə yaxını sayıldığı halda HDP 9 faiz səs toplayıb.
Muxalifet3 - 24-06-2018
GÜRCÜSTANDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 100 nəfər xəstəxanalıq oldu
Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.
Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.
Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.
Muxalifet4 - 24-06-2018
İncəyə şok: səs verdiyi sandığın nəticəsi
Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncənin səs verdiyi sandıqda hazırkı prezident Rəcəb Tayyib Ərdoğan üstün olub.
Muxalifet.az xəbər verir ki, sözügedən sandıqdan çıxan bülletenlərin sayılmasından sonra Ərdoğana 167, İncəyə 144 səs verildiyi məlum olub.
Digər namizədlər Maral Akşənər 23, Səlahəddin Dəmirdaş 4, Doğu Perinçək isə 1 səs qazanıb.
Muxalifet3 - 24-06-2018
Azərbaycanda bu müəllimlər 300 manat əmək haqqı alacaq - Nazirlik AÇIQLADI
Azərbaycanda müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər maaş alır. Muxalifet.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatının açıqlanması ilə bağlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev bildirib ki, 2014-2017-ci illər ərzində 134 136 min müəllim diaqnostik qiymətləndirilmədən keçib. Onun sözlərinə görə, Azərbaycanda olan müəllimlərin 23,5 faizi 300 AZN-ə qədər əmək haqqı alır: "Müəllimlərin 35,9 faizi 300-500 manat arası, 27,1 faizi 500-700 manat arası, 10 faizi 700-900 manat arası, 3,5 faizi isə 900 manat və yuxarı əmək haqqı alır".
Muxalifet3 - 24-06-2018
İstanbul və Ankarada lider kimdir? - Seçki
Türkiyədə prezident seçkiləri ilə bağlı bülletenlərin 63, parlament seçkiləri ilə bağlı isə 52 faizinin sayıldığı artıq məlumdur.
Muxalifet.az xəbər verir ki, Prezident R.T.Ərdoğan paytaxt Ankara bölgə 1-də 34,91-lə, bölgə 2-də 53,06-lə, bölgə 3-də isə 41,73-lə faizlə öndədir.
Ərdoğan ölkənin ən böyük şəhəri İstanbulda isə 51 faizlə liderlik edir.
Qeyd edək ki, səs faizləri anbaan yenilənir.
Muxalifet3 - 24-06-2018
İlham Əliyevdən Ərdoğana təcili zəng
Azərbaycan prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə təbrik edib.Muxalifet3 - 24-06-2018
Baxçalı proqnozları alt-üst etdi
Hazırda seçicilərin 70 faizdən çoxunun səsinin açıqlanması bəzi sürprizləri ortaya qoyub.
Muxalifet.az xəbər verir ki, türkiyəli politoloqların canlı müzakirəsində əsasən MHP-nin göstərdiyi nəticələr rol alıb. Bildirilir ki, əgər seçkidən öncə İYİ Partiyası səbəbindən millətçilərin səsinin parçalandığı və MHP-nin baraj altında qalacağı, hətta 5-6 faiz səs toplayacağı barədə irəli sürülən iddiaları Dövlət Baxçalının partiyası darmadağın edib. Belə ki, indiki nəticələrə görə, MHP 11,7 faiz səslə əvvəlki səsini əsasən qoruduğunu ortaya qoyur.Muxalifet3 - 24-06-2018
Dünən vəfat edən naziri kim əvəz edir?
Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib. 69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.
Muxalifet.az Unikal.org-a istinadən verdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya Musayev əvəz edir.
Qeyd edək ki, Y. Musayev Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Muxalifet3 - 24-06-2018
Uşağı bağçaya gedən valideynlərə şad xəbər
Bakı şəhərinin uşaq bağçalarında valideynlər üçün fərdi videomüşahidə sistemi yaradıla bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə "Mimobile"ın idarə heyətinin üzvü Cümşüd Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda bu servis sınaq mərhələsindədir və servisin sınağının uğurlu olacağından asılı olaraq paytaxtın uşaq bağçalarına təklif olunacaq:Muxalifet3 - 24-06-2018
PJAK-dan xain hücum: azərbaycanlı şəhid oldu
PKK-nın İran qolu PJAK-ın Cənubi Azərbaycan sərhədlərinə hücumu nəticəsində Məhəmməd Haşimi adlı azərbaycanlı şəhid olub.
Muxalifet.az xəbər verir ki, bu barədə şair Sayman Aruz Feysbuk səhifəsində məlumat yayıb.
O bildirib ki, şəhid əslən Sulduz şəhərindən idi.
Allah rəhmət eləsin!
Muxalifet3 - 24-06-2018
Şəkidə zəlzələ baş verib
Şəkidə zəlzələ baş verib.
Muxalifet.az-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 19:21-də Şəkidən 11 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,2, dərinliyi 21 km olub.
Muxalifet3 - 24-06-2018
Administrasiyadan Ərdoğana təbrik: Yola davam...
Dayanmaq yox, yola davam.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Feysbuk hesabında paylaşıb.
O, R.T.Ərdoğanın fotosunu paylaşaraq qalibiyyət münasibətilə türk lideri təbrik edib.
Muxalifet3 - 24-06-2018
“Neftçi” cənubi amerikalı futbolçularını əsas heyətdən kənarlaşdırdı
Bu ilin sonuna qədər “Neftçi” ilə müqaviləsi olan kolumbiyalı yarımmüdafiəçi Mayk Kampas və argentinalı hücumçu Lukas Qomes əvəzedici heyətə göndərilib.
Muxalifet.az xəbər verir ki, növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir.
Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.
Qeyd edək ki, növbəti mövsüm əsas heyətdə düşünülməyən paraqvaylı yarımmüdafiəçi Fransisko Qarsia ilə də müzakirələr davam edir.
Muxalifet3 - 24-06-2018
Baxçalıdan Ərdoğana telefon zəngi
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərindəki möhtəşəm qələbə münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Muxalifet.az xəbər verir ki, MHP sədri dövlət başçısına telefon zəngi edib.
Qeyd edək ki, AKP və MHP Cümhur İttifaqında birləşərək 6 partiya ilə mübarizə aparırlar.
Muxalifet3 - 24-06-2018