Axtarış

The search found 105806 results in 0.117 seconds.

Search results

  1. "Əgər bu, həyasız prezident üçün problem deyilsə…” – MAKRON HAQDA SƏRT SÖZLƏR

    İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini jurnalistlər qarşısında çıxışında Fransa prezidentini tənqid edib.
    Belə ki, o, Emmanüel Makronu həyasızlıqda ittiham edib.
    Makron bundan əvvəl çıxışı zamanı bildirib ki, "İtaliya ötənilki kimi miqrasiya böhranı yaşamır, bunu deyən isə yalan danışır".
    Salvininin sözlərinə görə, Apenninə gələn miqrantların xərcləri artıq 5 milyard avronu ötüb.

    Muxalifet4 - 24-06-2018

  2. Muharrem İnce və Meral Akşener səs verdilər - FOTO

    CHP-dən prezidentliyə namizəd Muharrem İnce ailəsi ilə birlikdə yerli vaxtla 10:30-da məmləkəti Yalovada səsvermə məntəqəsinə gəlib.

    Musavat.com-un məlumatına görə, M.İncə seçki bülletenini alaraq səs vermək üçün seçki qutusuna yaxınlaşıb. Səs verdikdən sonra jurnalistlərə açıqlama verən Muharrem İncə dərhal Ankaraya yola düşəcəyini bildirib.

    İYİ Partiya başqanı Meral Akşener də eyni vaxtda İstanbuldakı seçki məntəqəsinə gəlib. Jurnalistlərə açıqlamasında o, səs verdikdən sonra Ankaraya gedəcəyini qeyd edib.

    Muxalifet4 - 24-06-2018

  3. Xalası qızını bu səbəbdən öldürdü - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI

    Hacıqabul sakininin xalası qızının boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub.
     
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muğan kəndində qeydə alınıb.
     
    Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məlikzadə Rəvanə Məlikağa qızı xalası oğlu tərəfindən bıçaqla boğazından kəsilərək qətlə yetirilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə gətirilib.
     

    Muxalifet4 - 24-06-2018

  4. ŞOK AÇIQLAMA: Azərbaycan yeni İsrail raketləri alır - VİDEO

    İsrailin “İsrael Military İndustries” (IMS) və “Israel Aerospace Industries” (IAI) hərbi sənaye şirkətləri “Rampage” adlı səs sürətini üstələyən “hava-yer” tipli yeni raket yaradıblar.

    Virtualaz.org xarici KİV-in yazdığına istinadən bildirir ki, bu silahdan Suriyaya və İrana qarşı istifadə olunacaq və nəticədə hərbi güclərin balansı dəyişəcək.

    Livan nəşri Al Modon isə yazır ki, yeni İsrail raketlərinin alınmasına Azərbaycan da maraq göstərə bilər.

    Muxalifet4 - 24-06-2018

  5. Yavər Camalov oğlunun yanında dəfn olundu - FOTOLAR

    Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Dəfn mərasimi Y. Camalovun Bakıda yaşadığı evdə keçirilib.
    Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Y. Camalov Şüvəlan qəsəbə qəbiristanlığında, keçən il vəfat edən 44 yaşlı oğlu Rövşən Camalovun yanında dəfn olunub.

    Muxalifet4 - 24-06-2018

  6. "Bütün əməliyyatlar 24 saat dondurulur" – PKK-dan SEÇKİ BƏYƏNATI

    Türkiyədə PKK terror təşkilatı parlament və prezident seçkiləri günündə hakimiyyətə qarşı siyasi və hərbi fəaliyyəti dayandırdığına dair bəyanat verib.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rudaw" telekanalı məlumat yayıb. Məlumata görə, dövlət əleyhinə bütün tədbirlər 24 saat müddətinə dayandırılır. PKK rəhbərliyi bu addımlarını səsvermə prosesində iştirak etmək istəyən kürd vətəndaşların sakit şəraitdə öz namizdələrinə səs verə bilmək şansı yaratmaqla izah edib.

    Muxalifet4 - 24-06-2018

  7. "Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO

    Bütün dünyad məşhur olan "Taro" ləqəbli "qanuni oğru" Tariyel Onianib 2009-cu ilin sonunda Rusiyada həbs edilmişdir. Əslən Gürcüstanlı olan kriminal avtoritet Tariel Onianinin bu ilin sonunda azadlığa buraxılacağı gözlənilir. Avtoritetin 25 yaşlı cazibədar qızı isə zadəganlara layiq həyat sürür. "Taro" ləqəbli avtoritetin 25 yaşlı qızı haqqında maraqlı məlumatları təqdim edirik: Gözəlliyi və başına gələnlərlə bağlı Rusiya mətbuatının gündəmindən düşmən bu qızın adı Qvantsa Onianidir. Hazırda onun 25 yaşı olsa da, dünya mətbuatı onu ilk dəfə 12 yaşında tanıyıb.

    Muxalifet4 - 24-06-2018

  8. “Türkiyəmiz sanki demokratik bir inqilab həyata keçirir” – ƏRDOĞAN

    Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkilərində ölkə başçısı Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Üsküdarda yerləşən Saffet Çebi orta məktəbindən səs veriblər.
    Ərdoğan səsvermədən sonra mətbuat nümayəndələrinə açıqlama verib. O bildirib ki, indiyə qədər səsvermə sakit və demokratik şəkildə davam edir:

    Muxalifet4 - 24-06-2018

  9. “Messi tərəfdaşlarının bütün problemlərini həll edə bilməz” - MARADONA

    Əfsanəvi hücumçu Dieqo Maradona Argentina yığmasının kapitanı Lionel Messi haqqında fikirlərini bildirib.
     
    Muxalifet.az bildirir ki, Maradona komandanın uğursuzluğunu beşqat "Qızıl top" mükafatı sahibində görməməyə çağırıb:
     
    "Gəlin Messini dünya çempionatında qələbə qazanan yeganə oyunçu hesab etməyək. Leo bacardığı kimi oynayır. Lakin o, tərəfdaşlarının bütün problemlərini həll edə bilməz. Messi sadəcə liderdir".

    Muxalifet4 - 24-06-2018

  10. ​İsraildən raket zərbəsi: HƏMAS vuruldu

    İsrail ordusu Qəzza zolağında HƏMAS-a məxsus müşahidə məntəqəsinə aviazərbələr endirib.
    Muxalifet.az xəbər verir ki, hərbi təyyarələrdən sözügedən hədəfə 2 raket atılıb.
    Hələ ki, Qəzzadakı Səhiyyə Nazirliyi tələfatla bağlı açıqlama yaymayıb.
     

    Muxalifet3 - 24-06-2018

  11. ÖZLƏRİNİ ATƏT-in MÜŞAHİDƏÇİLƏRİ KİMİ TƏQDİM ETDİLƏR VƏ... - Türkiyədə 10 əcnəbi saxlanıldı

    Türkiyədə 27-ci çağırış millət vəkilləri və prezident seçkiləri zamanı qeydiyyatı olmayan, amma özlərini ATƏT-in beynəlxalq müşahidəçisi kimi təqdim edən 10 əcnəbi saxlanılıb.
     
    Həbs edilənlərdən 3-ü fransız, 3-ü alman, 4-ü isə italiyalıdır.
     
    Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib ki, fransız müşahidəçilər Ağrıda, alman müşahidəçilər Şırnakda, italiyalı müşahidəçilər isə Diyarbəkir və Batmanda saxlanılıb.
     
    Seçkiyə müdaxilə səbəbindən Türkiyə Daxili İşlər Nazirliyi saxlanılan əcnəbilərlə bağlı araşdırmalara başlayıb.
     

    Muxalifet4 - 24-06-2018

  12. Hacıqabulda 24 yaşlı qızın boğazını niyə kəsdilər? – YENİ TƏFƏRRÜATLAR

    Hacıqabul rayonunun Muğan qəsəbəsində törədilmiş dəhşəti qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

    Muxalifet4 - 24-06-2018

  13. ​Türkiyədə seçki faciəsi? - Yıldırım danışdı

    Ərzurumda xoşagəlməz bir olay yaşanıb, 2 vətəndaşımız həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
    "Bəziləri bunu seçki ilə əlaqələndirir, lakin elə deyil. Bu, bir-birinə düşmən münasibət bəsləyən iki ailə arasında yaşanmış olaydır. Bundan başqa heç bir xoşagəlməz hadisə yaşanmayıb", - Yıldırım bildirib.
    Qeyd edək ki, Əruzumda səsvermə məntəqəsinin yaxınlığında baş vermiş atışma nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bəzi müxalif media orqanları bunun seçki ilə əlaqəli olduğunu iddia edib.
     

    Muxalifet3 - 24-06-2018

  14. Türkiyədə bu kənddə cəmi 2 nəfər səs verdi - SEÇKİLƏR DƏ ƏN TEZ BUARADA QURTARDI - Video / Fotolar

    Türkiyənin Batman əyalətində yezidilərin yaşadığı kənddə cəmi iki nəfər seçici səs verib.

    Muxalifet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb kənd əhalisinin ölkədən xaricdə olmasıdır. Bununla da seçkinin ən tez başa çatdığı əyalət Batmanın Yolverən kəndi olub. 2252 nömrəli seçki qutusunda kəndin muxtarının və bir vətəndaşın bülleteni olub. Seçki qutusu paytaxta yola salınıb. 

    Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. 

    Muxalifet4 - 24-06-2018

  15. ​Ərdoğandan seçki ilə bağlı ilk açıqlama

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir az əvvəl bitən seçki ilə bağlı jurnalistlərə açıqlama verib.
    Muxalifet.az  xəbər verir ki, dövlət başçısı bu barədə detallı danışmağın çox tez olduğunu və yaxşı əhval-ruhiyyədə olduğunu bildirib.
    Qeyd edək ki, səsvermənin bitməsindən dərhal sonra prezident Kısıklı səmtindəki Huber sarayına gəlib.
     

    Muxalifet3 - 24-06-2018

  16. Futbol izləyən göbəyiaçıq iranlı qız tənqid olundu - FOTOLAR

    Rusiyada təşkil olunan dünya çempionatında İran tribunlarındakı bir qadın sosial şəbəkədə müzakirələrə səbəb olub.
     
    Belə ki, göbəyiaçıq geyimi ilə diqqət mərkəzində olan iranlı gənc qadının fotosu Feysbuk və Tvitterdə minlərlə dəfə paylaşılıb. O, geyiminə görə insanlar tərəfindən qınağa məruz qalıb.
     

    Muxalifet4 - 24-06-2018

  17. ​ “Qarabağ mövzusunda Sarkisyan gərəklidir. Hər kəsin “dilin” bilir...” – AÇIQLAMA

    Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan keçmiş prezident Serj Sarkisyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara cəlb oluna biləcəyini istisna etməyib.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Xaratyan bu haqda Ermənistan İctimai Televiziyasında deyib.

    Muxalifet3 - 24-06-2018

  18. ​Tariximizin ən kritik seçkiləri keçirilir - Çavuşoğlu

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu səsvermə prosesində iştirak edib.
    Muxalifet.az xəbər verir ki, XİN rəhbəri doğulduğu Antalya şəhərində səs verib.
    “Vətəndaşlarımızdan səs istədik. Bu gün də vətəndaşlıq vəzifəmizi yerinə yetiririk. Səsimizi verdik. Vətənimizə, millətimizə xeyirli olsun. Bu seçkilərə yeni bir hökumət sistemi ilə daxil olduq. Türkiyə tarixinin ən kritik seçkiləri keçirilir. İnşallah millətimiz, ölkəmiz və dövlətimiz üçün xeyirli olsun”, - Çavuşoğlu bildirib.
     

    Muxalifet3 - 24-06-2018

  19. ​Yaponiya və Seneqal üz-üzə — 1/8 finala kim çıxacaq?

    İyunun 24-də “Rusiya 2018”in on birinci gününün ikinci oyunu başlayıb. “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşırlar.
    Muxalifet.az xəbər verir ki, “Yekaterinburq Arena”da keçirilən görüşdə yaponiyalıların start heyətində meydana Eyndzi Kavasima, Qen Sendzi, Yuto Naqatomo, Qaku Sabasaki, Qenki Xaraquti, Sendzi Kaqava, Takasi Unui, Yuya Osaka, Makoto Xasebe, Xiroki Sakai, Maya Yosidaya çıxıblar. Komandanın baş məşqçisi Aliu Sissedi.

    Muxalifet3 - 24-06-2018

  20. ​Həyəcan başladı: sandıqlar açıldı - İlkin nəticələr

    Muxalifet.az xəbər verir ki, hazırda səslər sayılır.
    Ali Seçki Qurumu Türkiyə vaxtı ilə 18:45-dən (Bakı vaxtı ilə 19:45) başlayaraq, nəticələrin canlı olaraq rəsmən yayımlanacağı barədə məlumat yayıb.
    Prezident seçkisi: Bülletenlərin 26,1 faizi sayılıb. Nəticələr belədir:
    1. Rəcəb Tayyib Ərdoğan - 58,5%
    2. Məhərrəm İncə - 27,10%
    3. Maral Akşənər - 7,6%
    4. Səlahəddin Dəmirdaş - 5,50%
    5. Təməl Qaramollaoğlu - 0,94%
    6. Perinçək - 0,18%
    Parlament seçkisi: Sayılan bülletenlər - 11,6%
    1. AKP - 51,9
    2. MHP - 13,1

    Muxalifet3 - 24-06-2018

Pages