Axtarış

The search found 105817 results in 0.08 seconds.

Search results

  1. Məşhur azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ

    Azərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin "Alinəsəb" Xəstəxanasında vəfat edib.

    O, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə olunurdu.

    H.Azərbaycan iyunun 25-də Təbrizin "Vadi Rəhmət" məzarlığında dəfn ediləcək.

    Muxalifet2 - 25-06-2018

  2. FUTBOL VƏ PENSİYA İSLAHATI:təqaüdə çıxa bilməyəcək rus kişiləri hələ də Putinin ətəyində "namaz qılır"

    Dünya Kuboku yarışları qızğın çağındadır və Rusiyada neçə-neçə nəsil bu cür şənlik səviyyəsi görməyib. Rusiyanın 11 şəhərində karnaval atmosferi var; küçələr gecə-gündüz insanlarla doludur; rus azarkeşlər rəqib tərəfdarları ilə badə toqquşdurur; əyalət Saransk şəhərinin sakinləri Yaponiya, Kolumbiya və Tunisdən gələn qonaqları qəbul edirlər; ağ uniformalı polislərin üzünə təbəssüm qonub…

    Cəmi bir neçə ay əvvəl eyni polislər dəyənəklərini yelləyərək meydanlardan nümayişçiləri qovurdular. Ancaq indi eyş-işrət vaxtıdır və hər kəsə hər şey icazə verilir.

    Muxalifet2 - 25-06-2018

  3. Volodin: "Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələri AKTİVLƏŞDİRMƏK LAZIMDIR"

    "Parlamentlərarası əlaqələrimizdə, təbii ki, inkişaf üçün potensial var. Azərbaycana səfərin parlament ölçüsü çərçivəsində əlaqələrin regionlararası səviyyəyə çatdırılmasına imkan verəcək razılaşmalar əldə olunması və ümumilikdə, xalqlarımız arasındakı münasibətlərin inkişafına təkan verməsi ilə nəticələnəcəyinə ümid edirik".

    "Report" Rusiya Dövlət Dumasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Şurasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfəri çərçivəsində deyib.

    Muxalifet2 - 25-06-2018

  4. Putin Ərdoğanı TƏBRİK ETDİ

    Rusiya prezidenti Vladimir Putin Rəcəb Tayyib Ədoğanı yenidən Türkiyə prezidenti postuna seçilməsi münasibətiylə təbrik edib.

    Muxalifət.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildiriblər.

    “Rusiya dövlətinin başçısı vurğulayıb ki, səsvermənin nəticələri tam ölçüdə Ərdoğanın böyük siyasi nüfuzunu, həmçinin onun rəhbərliyi altında həyata keçirilən xarici siyasət kursunun və aktual ictimai-iqtisadi məsələlərin həllinin geniş dəstəkləndiyini göstərir”, - xəbərdə deyilir.

    Muxalifet2 - 25-06-2018

  5. İnam Kərimovdan yeni təyinat – Nazirliyin İnformasiya Mərkəzinə RƏHBƏR TƏYİN OLUNDU

    Vüqar Babayev Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin rəhbəri təyin olunub.

    1972-ci ildə Gəncədə anadan olmuş V.Babayev professor Amin Babayevin oğludur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universitet) bitirib, ixtisasca torpaqşünasdır.

    Bu vəzifəyə qədər AMEA-nın Yüksək Texnologiyalar Parkının müdiri vəzifəsində çalışırdı. (Fed.az)

    Muxalifet2 - 25-06-2018

  6. Bakıda məşhur restoran yanır - FOTO

    “Monolit Plaza”da yanğın olub.

    Yanğın restoranın mətbəxində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

    Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (apa)

    Muxalifet2 - 25-06-2018

  7. Müxaliflər Suriya ordusuna hücum etdi: 70 ÖLÜ

    Suriyanın cənubunda müxaliflər hökumət qoşunları istiqamətində hücuma başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə Rusiya ordusu komandanlığı informasiya yayıb.

    Məlumata görə, baş verən şiddətli qarşıdurmalar zamanı 70 müxalif döyüşçü öldürülüb.

    Muxalifet2 - 25-06-2018

  8. 45 yaşlı kişi özünü güllələdi - OĞUZDA

    Oğuzda 45 yaşlı kişi odlu silahla özünü güllələyərək intihara cəhd edib.

    Muxalifət.az xəbər verir ki, iyunun 24-də saat 17.00 radələrində rayonun Baş Daşağıl kənd sakini, 1973-cü il təvəllüdlü Rəsul Abbas oğlu Alməmmədov çiyin nahiyəsindən güllə yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

    MRX-dan bildirlib ki, xəstəxananın cərrahiyə şöbəsində müalicəsi aparılan Rəsul Almmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

    Muxalifet2 - 25-06-2018

  9. Mahmud Şeyx Həsəni Bakıya gəldi

    İranın müdafiə nazirinin müavini general-mayor Mahmud Şeyx Həsəni Azərbaycana səfərə gəlib.

    Bu barədə Muxalifət.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    M.Həsəni iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edəcək.

    Muxalifet2 - 25-06-2018

  10. "Narkotiklər dünyaya Şirvan və Cəlilabaddan paylanılır" – ƏLİ HƏSƏNOV

    “Azərbaycana daxil olan narkotik vasitələrin 90 faizi Əfqanıstan mənşəlidir və İrandan gətirilir”

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Həsənov deyib.

    Muxalifet4 - 25-06-2018

  11. ABŞ-ın məşhur investisiya bankı:"“Brent” neftinin qiyməti 82 dollara çatacaq”

    “Brent” markalı xam neftin bir barrelinin qiyməti yayda 82,5 dollara çatacaq.

    AZƏRTAC xəbər verir ki, ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu fikirdədir.

    Muxalifet2 - 25-06-2018

  12. Tovuzda DƏHŞƏT: 14 yaşlı məktəbli intihar etdi

    Tovuzda intihar olub. Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

    Muxalifet2 - 25-06-2018

  13. Hacı Nuranın palatasına niyə at gətirilmişdi?

    Xəbər verdiyimiz kimi, əməliyyat üçün təcili Almaniyaya gedən "Həyat" fondunun rəhbəri Hacı Nuran Hüseynova müalicə aldığı özəl xəstəxanada aparıcının palatasına poni gətiriblər. Xəstəxanaya atın gətirilməsi isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

    Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən "Ege" Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli Hacı Nuranın istəyi ilə poninin xəstəxanaya gətirildiyini bildirib:

    Muxalifet2 - 25-06-2018

  14. Sərdar Cəlaloğlu diaspor problemlərindən yazdı: "İlk növbədə şəffaflıq təmin olunmalı..."

    Xaricdə yaşayan hər bir azərbaycanlı daspor təşkilatını kiçik Azərbaycan dövləti kimi tanımalı, sevməli və ona arxalanmalıdır Müasir dünya milli dövlətlər erasından mühacir dövlətlər erasına qədəm qoymaqdadır. Ekzo-demoqrafik proseslər dövlət siyasətinin sərhədlərinin milli sərhədlərdən çıxarılmasını və vətəndən uzaqda vətənin müdafiəsini təşkil etməyi tələb edir. Artıq qlobal dünyada diaspora və lobbiçilik fəaliyyəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.

    Muxalifet4 - 25-06-2018

  15. SENSASİON İDDİA: “Kamal Kılıçdaroğlu istefa verdi”

    CHP sədri Kamal Kılıçdaroğlunun, Rəcəb Tayyib Ərdoğan qarşısında aldığı 11-ci məğlubiyyətdən sonra istefa verməyə hazırlaşdığı irəli sürülüb.
     
    24 iyun seçki nəticələrinin məlum olması ilə CHP-nin aldığı 22 faizlik səs nisbəti bütün partiya üzvlərində şok effekti yaradıb. CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə isə CHP-dən 10 xala yaxın çox səs alması partiyada ciddi bir lider probleminin olduğunu ortaya qoydu.

    Muxalifet3 - 25-06-2018

  16. “İlham Əliyevin ətrafı hər dəqiqə ona yalan məlumatlar çatdırır” – HAFİZ HACIYEV

    "Xaricdəki "söyüş kampaniyası" hakimiyyətin daxilindən idarə olunur"

    “Yaxın vaxtlarda onların da ölkə prezidentinə olan xəyanətlərinin üstünü açacam

    Muxalifet4 - 25-06-2018

  17. Məhərrəm İncədən SEÇKİ AÇIQLAMASI: NƏTİCƏLƏRİ QƏBUL ETDİMİ?

    CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə seçki nəticələri ilə bağlı açıqlama verib. Məhərrəm İncənin nəticələrlə bağlı dedikləri:
     

    Muxalifet3 - 25-06-2018

  18. Avropa Parlamentindən QALMAQAL AÇIQLAMA: TÜRKİYƏ SEÇKİLƏRİ..

    24 İyun seçkilərini dəyərləndirən Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Qatı Piri, nəticələri həzm etməyərək seçkilərin "ədalətli bir şəraitdə" keçirilmədiyini iddia edib.
     
    Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Qatı Piri “Euronews”-a gülüş doğuran bir açıqlama verib. Hollandiyalı parlamentar, "Bu seçkilər normal şəraitdə keçirilmədi, insanlar təhdid edilib" deyib.
     
    Aİ-yə ÜZVLÜK PROSESİ
     

    Muxalifet3 - 25-06-2018

  19. Azərbaycanda temperatur kəskin yüksələcək, anomal isti olacaq - XƏBƏRDARLIQ

    İyunun 26-na gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 25-06-2018

  20. İRƏVANDA ETİRAZ AKSİYASI

    Yerevan meriyasının önündə etiraz aksiyası keçirilir.
     
    Ermənistani KİV-ləri xəbər verir ki, aksiya iştirakçıları şəhər administrasiyası binasının işini iflic ediblər. Lakin etirazçılar heç bir tələb irəli sürməyiblər.
    Yerli mətbuat yazır ki, dünəndən Yerevanın meri Taron Markaryanın və digər rəsmilərin adı hallanan korrupsiya piramidası barədə film sosial şəbəkələrdə paylaşılır.
     

    Muxalifet3 - 25-06-2018

Pages