Axtarış
The search found 105817 results in 0.207 seconds.
Search results
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları kimə səs verib? - Nəticələr açıqlandı
Türkiyənin Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində Türkiyədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar baş tutan səsvermənin nəticələri məlum olub.
Muxalifet - 25-06-2018
Avstriyada faşizm küləyi: “ƏRDOĞANA SƏS VERƏNLƏR EVLƏRİNƏ DÖNSÜN”
Avstriyada koalisiya hökumətinin kiçik ortağı olan ifrat sağçı Azadlıq Partiyasının deputat İohann Gudenus, 24 iyun seçkilərindən sonra həddini aşan açıqlama verib. Gudenus, Avstriyada yaşayıb, prezidenti Ərdoğana səs verən Türklərin ölkələrinə qayıtmalarının daha yaxşı olacağını deyib.
Gudenus çıxışının davamında, "Seçki nəticəsində ölkəmizdə minlərlə Türkün inteqrasiyasının uğursuz olduğu bir daha təsdiqləndi" deyə, söyləyib.
AVSTRİYADA ƏRDOĞANIN BÖYÜK QƏLƏBƏSİ
Avstriyada səs verənlərin 49 faizi hesablanıb.Muxalifet3 - 25-06-2018
“İtaliya TAP-ın inşasında maraqlıdır” - Qulyelmo Pikki
İtaliya Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) inşasına marağını saxlayır.Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə İtaliya xarici işlər nazirinin müavini Qulyelmo Pikki bildirib.
O qeyd edib ki, TAP Avropa və İtaliya üçün vacib infrastrukturun bir hissəsidir: “Biz təbii ki, ətraf mühitə mümkün təsir də nəzərə alınmaqla bu layihəni həyata keçirmək istəyirik”,-nazir müavini əlavə edib.Muxalifet - 25-06-2018
MHP-li Ülkücülərdən Yaşar Oxuyana “EŞŞƏKLİ" ÇAĞIRIŞ
Ankarada bir qrup ülkücü, seçki öncəsi qatıldığı televiziya proqramında “MHP tək başına səddi keçsin, Meydanda anqırmasam şərəfsizəm” deyən Vətən Partiyasının sədr müavini Yaşar Oxuyana, Tandoğan Meydanında etiraz edib. Yanlarında gətirdikləri eşşək maketinin üzərində Yaşar Oxuyan yazan qrup, Oxuyandan sözünü tutmasını gözlədiklərini deyib. Oxuyan isə sözünün "Dövlət Bağçalının seçkiyə təkbaşına girdiyi təqdirdə" etibarlı olacağını deyib.
Muxalifet3 - 25-06-2018
ADP-dən Ərdoğana konfederasiya çağırışı – TƏBRİK MƏKTUBU
Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib.
Muxalifet4 - 25-06-2018
Siz anlamalısınız ki, Azərbaycanda... - AŞPA nümayəndəsi
Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tiflis-Qars dəmiryolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyət var.
Muxalifet.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.Muxalifet3 - 25-06-2018
Türkiyədə seçkidən sonra əlaqələrimiz... - Rusiya
Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsindən sonra Moskva ilə Ankara arasında münasibətlər yüksək səviyyədə qalacaq, ikitərəfli gündəliyin əsas istiqamətləri üzrə əməkdaşlıq davam edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev özünün Feysbuk səhifəsində bildirib.
Senator ölkələrin terrorizmə qarşı mübarizədə, o cümlədən İranla birlikdə üçtərəfli formatda qarşılıqlı əlaqələri davam etdirəcəyini bildirib.Muxalifet3 - 25-06-2018
Sərkisyana daha bir pis xəbər: qardaşı...
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan polis tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, Sərkisyan İrəvanda qanunsuz silah daşımaq ittihamı ilə saxlanılıb.
Muxalifet3 - 25-06-2018
Ərdoğanın qələbəsi bizim üçün vacib idi - Jeleznyak
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki qələbəsindən sonra siyasi sabitliyin davam etməsi Rusiya-Türkiyə münasibətlərinin davamı baxımından əhəmiyyətlidir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Sergey Jeleznyak bildirib.
"Ərdoğan və AKP-nin qələbəsi, Ankaranın daxili və xarici siyasətdə mövqeyini gücləndirəcək. Türkiyədəki daxili siyasi sabitlik, xalqın prezidentinə və başında olduğu partiyaya dəstəyi ikitərəfli əlaqələrin davamı üçün çox vacibdir", - Jeleznyak söyləyib.Muxalifet3 - 25-06-2018
"Damla kimi hicabımı yerə atıb müğənniliyə başlamamışam"- Afaq Aslan - VİDEO
Afaq Aslanın müğənni Damlanı və onun köməkçisi Əfruzə Ağayeva haqqında sərt açıqlamalar verib. Muxalifet.az xəbər verir ki, A.Aslan öz feysbuk hesabında yerləşdirdiyi videomüraciətdə Damlanı hədələyib: "Elə etməyin ki, ortaya faktlar qoyum, Azərbaycanda "damcı" qədər hörmətiniz qalmasın. Mən sizin üçün nə Kamil Zeynallı nə Nazəninəm! Açıq-saçıq geyinə də bilərəm. Özümdən razı da, yekəxana da ola bilərəm. Lakin Damla kimi hicabımı yerə atıb müğənniliyə başlamamışam".
Muxalifet3 - 25-06-2018
Ərdoğan İstanbulda İncəyə nə qədər fərq atıb? - Tam NƏTİCƏ
Ötən gün Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı İstanbuldakı tam nəticələr açıqlanıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsas rəqibi CHP-çi Məhərrəm İncəyə 1 milyon səs fərq atıb.
MSK-nın açıqladığı rəsmi nəticələr aşağıdakı kimidir:
Rəcəb Tayyib Ərdoğan: 4 milyon 578 min 454
Məhərrəm İncə: 3 milyon 378 min 21
Səlahəddin Dəmirdaş: 661 min 761
Maral Akşənər: 435 min 558
Təməl Karamollaoğlu: 86 min 147
Doğu Perinçək: 16 min 861
Muxalifet3 - 25-06-2018
Ekologiyanı pozanlar 29550 manat cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 iyunda ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Muxalifet3 - 25-06-2018
Meksikada xaos — Seçkidən əvvəl 100 siyasətçi öldürüldü
Meksikada 1 iyul tarixində seçkilər keçiriləcək.
Muxalifet.az xəbər verir ki, artıq 100 siyasətçi öldürülüb. Onlardan 18-i bələdiyyə sədrliyinə namizəddir.
Ötən həftə bir bələdiyyə sədri namizədinin öldürülməsindən sonra Okampo qəsəbəsinin polis müdiri və bütün polis məmurları saxlanılıb. Eyni qəsəbədə 1 həftə ərzində 3 cinayət törədilib.
24 saat ərzində isə Meksikada 3 qadın siyasətçi qətlə yetirilib.
Muxalifet3 - 25-06-2018
Hörmət edək, bunu siyasi oyunlara çevirməyək - Millət vəkili
Azərbaycanda keçirilən prezident seçkilərində şəffaflığın təmin olunması üçün hər şey edilmişdi. Gəlin qərarımızda daha ədalətli olaq, insanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva assambleyanın yay sessiyasında çıxışı zamanı deyib.Muxalifet3 - 25-06-2018
Ərdoğan daha da sərt olacaq - Fitin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə əldə etdiyi qələbə ilə hakimiyyətini möhkəmləndirdi və daha sərt siyasət yürütməsi gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə nümayəndəsi Vladimir Fitin bildirib.
Ərdoğanın qələbə ilə siyasətini daha da gücləndirdiyini deyən Fitin onun daha sərt və qərarlı şəkildə addım atacağını söyləyib: "Ərdoğan ölkə daxilində separatçı kürd qüvvələrə qarşı daha qətiyyətli mübarizə aparacaq".Muxalifet3 - 25-06-2018
Дружба дружбой, а табачок врозь
В последние время в социальных сетях развернулась острая полемика и можно даже сказать борьба на грани фола между руководителем Meydan.Tv Эмином Милли и главой телеканала Туран ТВ и программы «Азербайджанский час» Ганиматом Захидом.
Этот конфликт выявил противоречия среди азербайджанской политэмиграции.
Зачинщиком же конфронтации, судя по всему, стал Милли.
Muxalifet4 - 25-06-2018
“Dördgünlük savaş”la bağlı ağlasığmaz BİABIRÇILIQ: xalası Azərbaycana gələn əsgərlə... - ŞOK
2016-cı ilin "aprel müharibəsi” zamanı Ermənistan ordusunda baş verən biabırçılıqların üstün tədricən açılır.
Muxalifet.az xəbər verir ki, Ermənistan mediası erməni əsgərlərin hər ay ailələrindən 5000 dram (10,4 dollar) yemək pulu istədiklərini yazıb.
"Aprel müharibəsi” zamanı xidmət edən erməni əsgərin xalası "Epress” saytına yeni faktlar açıqlayıb.
Erməni əsgərin sayta danışan xalası təhlükəsizlik üçün adını açıqlamır, lakin üzləşdikləri faktları dilə gətirir.
Muxalifet3 - 25-06-2018
PKK-nın gözü ilə deyil, öz gözünüzlə görün - Qalın
"Həqiqətləri PKK terror təşkilatının gözü ilə deyil, öz gözünüzlə görün", - bu sözlərim senzuraya məruz qalıb. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə hökumətinin sözçüsü İbrahim Qalın BBC London Radiosuna müsahibəsinə münasibət bildirərkən deyib. Qalın senzuraya məruz qalan müsahibəsində Türkiyənin PKK, FETÖ, İŞİD-lə eyni anda mübarizə apardığını bildirib. Qalın BBC-yə belə bir müsahibə verdiyini bəyan edib: "Bunlar həqiqət deyil, PKK təbliğatıdır. Bir gün sizi qonaq edək. Diyarbəkirə gəlin və regiondakı həqiqətləri PKK terror təşkilatının gözü ilə deyil, öz gözünüzlə görün".
Muxalifet3 - 25-06-2018
Dövlət qurumundan qarpız alanlara - Xəbərdarlıq
İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq piştaxtalarda görmək mümkündür. İyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qidanın iyun ayında artıq satışda olması istehlakçılarda onun keyfiyyəti barədə şübhə yaradır.
Qida Təhülkəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir.Muxalifet3 - 25-06-2018
Xəzərdə zəlzələ: Qaladan 134 km şərqdə...
Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 19:45- də, Qaladan 134 km şərqdə Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 60 km dərinlikdə yerləşib, zəlzələ hiss edilməyib.
Muxalifet3 - 25-06-2018