Axtarış
The search found 105817 results in 0.103 seconds.
Search results
Makronun başı dərddə - Təhqiqat başladı
Prokurorluq Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyası ilə bağlı ilkin təhqiqata başlayıb.
Muxalifet.az xəbər verir ki, Frans-Press radiostansiyasının yaydığı məlumata görə, təhqiqat sağ qüvvələrin şikayətindən sonra başlayıb və seçki kampaniyasının gedişində ictimai vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlıdır.
Siyasətçilərin şikayətinə əsasən, Lion metropoliyasının nəzarəti altında olan və Fransanın Daxili İşlər Nazirliyinin indiki rəhbəri Jerar Kollonun o vaxt idarə etdiyi dövlət resursları gələcək prezidentin sərəncamına yönəldilib.Muxalifet3 - 25-06-2018
"Azərbaycanda cinsi azlıq olmaq ulduz olmaq deməkdir" – Millət vəkili
"Azərbaycanda cinsi azlıqları sistematik təbliğ edən saytlar var. Bu ölkədə daha bir işğaldır. Kişilərin işğalı. Ölkə kişisizləşdirilir. Buna diqqət edən varmı?”
Muxalifet.az xəbər verir ki, bunu özünün sosial şəbəkədəki hesabında sabiq millət vəkili, psixoloq Gülər Əhmədova yazıb.
Sabiq deputat yazır ki, zamanında parlamentdə "Alternativ hərbi qulluq” haqqında qanun qəbul edilməli idi:Muxalifet3 - 25-06-2018
AŞPA-da: Paşinyan da Sərkisyan kimi...
Bu gün Avropa Şurası Nazirlər Komitəsinin sədri, Xorvatiyanın Xarici İşlər naziri Marija Pejçinoviç Buriçin AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavabandırıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışaraq, Nazirlər Komitəsini buna son qoyması üçün Ermənistana təzyiq etməyə çağırıb.
Deputat bildirib ki, AŞPA-nın Nazirlər Komitəsi Ermənistanın törətdiyi vandalizm aktlarına seyrçi qalmamalıdır:Muxalifet3 - 25-06-2018
Xalq artistinin səhhəti yenidən pisləşdi
Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, bu gün həkimə müraciət edib. Muxalifet.az xəbər verir ki, azvision.az -ın əməkdaşı xalq artistinin özü ilə əlaqə saxlayıb. Çətinliklə danışdığını deyən xanəndə özünü yaxşı hiss etməyidiyni söyləyib. "Hazırda sistem altındayam. Səhhətim yaxşı deyil. Müalicələr alıram, görək necə olacaq”, - deyə Xasıyeva bildirib. Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.
Muxalifet3 - 25-06-2018
ŞOK: Bakı əhalisinə yeni QADAĞA: Artıq bunu edə bilməzsiniz
Nərimanov rayon İcra Hakimiyyəti paltarların eyvanda qurudulmasını qadağan edib.
Belə ki, icra hakimiyyəti rəsmiləri bu vaxta qədər eyvanlardan asılan zivələrin yığışdırılmasını tələb edir. Bu tələb isə sakinlər tərəfindən birmənalı qarşılanmır. 2015-ci il Avropa Oyunları, eləcə də bir sıra beynəlxalq tədbirlər ərəfəsində zaman-zaman bu tələb gündəmə gəlib.Muxalifet3 - 25-06-2018
Qonşumuzda dollar kəskin bahalaşdı
İranda hazırda dollar tapmaq müşkül məsələyə çevrilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranda növbəti devalvasiyanın baş verməsi haqda danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, İranda milli valyutanın kursu Türkmənistanda olduğu kimi ikilidir:
“Rəsmi kurs dəyişməsə də, yəni 1 dollar 42 min rial olsa da, qara bazarda dolların kursu 65 min rialdan qəflətən 87 min riala qədər yüksəlib. Nəinki ölkədən valyuta çıxarmağa limit tətbiq edilib, hazırda dollar tapmaq sadəcə müşkül məsələyə çevrilib”.Muxalifet3 - 25-06-2018
Kılıçdaroğlu istefaya gedir? - Millət vəkilləri ayağa qalxdı
CHP-çi millət vəkilləri partiya sədri Kamal Kılıçdaroğlunu istefaya çağırıb.
Muxalifet.az xəbər verir ki, millət vəkili Ərən Ərdəm Kılıçdaroğlunun 2920 gün ərzində 9 seçkidə məğlub olduğunu və ən doğru qərarın istefa olacağını bildirib.
Elazığdan olan millət vəkili Gürsəl Ərol da uğursuzluqda idarəçiliyi səbəb göstərərək Kılıçdaroğlunu dərhal istefa verməyə çağırıb.
Muxalifet3 - 25-06-2018
Yunanıstan Fələstinlə danışıqlara başladı: İsrail təşvişdə...
Yunanıstan enerji şirkəti "Energean" Qəzza sahillərində qaz yataqları üzərində işləyəcək.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı yunan tərəfi Fələstin rəhbərliyi ilə danışıqlara başlayıb.
İsrail qəzeti "Themarker"in xəbərinə görə, İsrail sahillərindəki Kariş və Tanin qaz yataqlarını inkişaf etdirən "Energean" bu dəfə Qəzza sahillərindəki qaz yataqlarına göz dikib.
İsrail Energetika Nazirliyi də açıqlamasında tərəflər arasında aparılan danışıqları yaxından təqib etdiyini və İsrailin bu prosesi iqtisadi baxımdan öz lehinə çevirə biləcəyini söyləyib.
Muxalifet3 - 25-06-2018
Səməd Seyidov vitse-prezident seçildi
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqləniblər.
Muxalifet3 - 25-06-2018
Prezidentin təltif etdiyi polkovnik danışdı
Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupu döyüş orden və medalları ilə təltif olunub.
Muxalifet3 - 25-06-2018
Putinin adamı HƏMAS-la görüşdü: Nələr müzakirə edildi?
Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov HƏMAS-ın nümayəndə heyəti ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Fələstin-İsrail münaqişəsinin həll yollarını müzakirə edib.
"Reallaşan söhbət əsnasında Fələstin-İsrail münaqişəsinin BMT qətnamələrinə uyğun olaraq həlli, eləcə də Qahirədə HƏMAS və Fəth arasında imzalanan müqavilə əsasında milli Fələstin birliyinin ən qısa zamanda yenidən təmin edilməsi məsələlərinə önəm verilib", - bu barədə Rusiya XİN-in məlumatında bildirilib.
Muxalifet3 - 25-06-2018
Azərbaycanlı xanım BP-nin vitse-prezidenti təyin edildi
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə transformasiya və müasirləşdirilmə proqramının rəhbəri Nərminə Nəbiyeva şirkətin vitse-prezidenti təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, bu vəzifədə N. Nəbiyeva BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun, həmçinin BP-nin apstrim seqmentinin insan resursları üzrə regional rəhbər qrupunun üzvü olacaq.
Peşəkar karyerası zamanı N.Nəbiyeva Hindistanda BP-nin "Reliance” şirkəti ilə tərəfdaşlığı fəaliyyətində və BP-nin apstrim seqmentinin talant və öyrənmə qrupunda çalışıb.Muxalifet3 - 25-06-2018
İncə seçki ilə bağlı niyə gec açıqlama verdi?
Məhərrəm İncə yəqin ki, CHP-nin lideri olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Kılıçdaroğluna istefa basqıları artır:
"Yaxın günlərdə və ya həftələrdə fövqəladə qurultay qərarının qəbul olunması mümkündür. Bələdiyyə seçkilərinə az qalır".
Politoloq bildirib ki, ciddi səs oğurluğu olduğuna inanmır:Muxalifet3 - 25-06-2018
Alman liderdən Ərdoğana təbrik məktubu
Almaniya kansleri Angela Merkel Türkiyə Prezidneti Rəcəb Tayyib Ərdoğan prezident seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Muxalifet.az xəbər verir ki, kansler türk lideri səmimi qəlbdən təbrik etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, dünən Türkiyədə baş tutan seçkilərdə "Cümhur İttifaqı"nın vahid lideri Rəcəb Tayyib Ərdoğan 52.5 faiz səslə ölkənin prezidenti seçilib.
Muxalifet3 - 25-06-2018
Misirli aparıcının MÜDHİŞ 24 İYUN ŞƏRHİ
Misirli Tv aparıcısı Mutaz Matter, “Əl Şərq” telekanalındakı proqramında canlı yayımda 24 iyun seçki nəticələrini analiz edib.
Misirin təcrübəli televiziya aparıcısı, "Bu seçki nəticəsi bir inqilabdır" - deyib. Mutaz Matter prezident Ərdoğanın bütün ümmətin lideri olduğunu, bu səbəblə də yalnız Türk xalqını deyil, bütün İslam aləmini təbrik edib.Muxalifet3 - 26-06-2018
Bu gün MİLLİ ORDU GÜNÜDÜR: 100 İLLK YUBİLEY - VİDEO
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.Muxalifet3 - 26-06-2018
Sarkisyanın sabiq cangüdəni həbs olundu – “QANUNSUZ YOLLA VARLANMA...”
İrəvanda dövlət mühafizə xidməti rəisinin sabiq birinci müavini, general-mayor Vaçaqan Kazaryan həbs edilib.
APA-nın məlumatına görə, bu barədə “news.am” xəbər verib.
Keçmiş prezident Serj Sarkisyanın sürücüsü və şəxsi cangüdəni kimi tanınan V. Kazaryan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə şübhəli bilinir.
Qeyd edək ki, ötən gün İrəvanda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıb.Muxalifet4 - 26-06-2018
ABŞ-dan Türkiyədəki seçkilərlə bağlı İlk açıqlama
Türkiyədə keçirilən prezident və parlament seçkilərindən sonra ABŞ-dan ilk açıqlama gəlib.
Ağ Evdən verilən açıqlamada Türkiyədə demokratiyanın möhkəmləndirilməsinin dəstəkləndiyi bildirilib.
Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.Muxalifet3 - 26-06-2018
BAKIDA DƏHŞƏT: Qadın gənc sevgilisini oteldə qətlə yetirdi
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.Muxalifet4 - 26-06-2018
"Ermənistan heç vaxt müharibəyə başlamayacaq" – PAŞİNYAN
Dağlıq Qarabağ münaqişəsi güc tətbiqi üsulları ilə həll oluna bilməz.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi "Facebook"da canlı yayım zamanı deyib.
"Ermənistan heç vaxt müharibəyə başlamayacaq, lakin biz həmişə bu ssenariyə hazır olmalıyıq", - deyə o bildirib.Muxalifet4 - 26-06-2018