Axtarış
The search found 105817 results in 0.156 seconds.
Search results
Tramp həyat yoldaşı ilə olan münasibətlərindən danışdı – “BİZ HEÇ VAXT…”
ABŞ prezidenti Donald Tramp bildirib ki, həyat yoldaşı Melanya ilə heç vaxt indiki kimi yaxşı münasibətdə olmayıb.
RİA "Novosti" xəbər verir ki, o bunu çərşənbə axşamı Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı deyib.
"Biz heç vaxt indiki kimi bir-birini başa düşməmişik. Bizim heç zaman indiki qədər vaxtımız olmayıb. Və heç vaxt sorğuların nəticələri indiki qədər yüksək olmayıb. Hətta "Gallup" üzrə", - deyə prezident əlavə edib.Muxalifet4 - 26-06-2018
Şimali Koreyada ABŞ əleyhinə lövhələr küçələrdən yığışdırıldı
ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya küçələrindən Amerika əleyhinə olan lövhələr yığışdırılıb.
“Report” xəbər verir ki, o bunu Cənubi Karolinada çıxışı zamanı deyib.
"Bu, o qədər də asan deyil. Lakin onlar bütün Şimali Koreya boyu Amerika əleyhinə olan lövhələri çıxardıblar", - deyə "Raw Story" onun sözlərini sitat gətirib.
Bildirilir ki, Amerika prezidenti KXDR lideri Kim Çen Inı tərifləyib və bir daha bildirib ki, onların arasında yaxşı münasibətlər var.Muxalifet4 - 26-06-2018
Kılıçdaroğlu gedir: SƏDR POSTUNU QURULTAYSIZ TƏHVİL VERƏCƏK
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin seçki nəticələri açıqlandıqdan sonra verdiyi açıqlama:
“Yaxşı, soyuqqanlı, səmimi, iddialı. Gələcəyə dair də ipucu verən, amma bu mübahisəni ekranda etməyəcək qədər də nəzakətlidir. Dediyim kimi, bir qurultayla deyil, bir vəzifə təhvil-təslimiylə, ağlabatan və zərif bir şəkildə Kılıçdaroğlunun vəzifəni İncəyə təhvil verəcəyini düşünürəm" deyib.
Müxalifət.azMuxalifet3 - 26-06-2018
ƏRDOĞAN VƏ TRAMP ARASINDA NÖVBƏTİ GÖRÜŞ… - Ağ Evdən açıqlama
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.
"Anadolu" agentliyi xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən gündəlik brifinqdə deyib.
Sanders bildirib ki, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.
"Möhkəm əlaqələrimizin olduğunu bir daha vurğulamaq üçün prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir", - deyə o əlavə edib.Muxalifet4 - 26-06-2018
Seçki bülletenində Ərdoğana MESAJ KİMİ QEYD YAZDI
Konyada səs verən bir seçici, prezident Rəcəb Tayyib Ərdoğana bir qeyd yazıb. Seçki bülletenində olan Ərdoğan fotosunun altına, "Sizinlə görüşmək istəyirəm C.Başkanım" yazan qadın nömrəsini də qeyd edib
Seçki mətəqəsində səs verən M.B. adlı qadın, seçki bülleteninin üzərinə qeyd yazıb. “Habertürk”-ün xəbərinə görə, M.B, Ərdoğanın fotoşəkilinin altında möhür sahəsinə "Sizinlə görüşmək istəyirəm C.Başkanım" qeydini və telefon nömrəsini yazıb
Müxalifət.azMuxalifet3 - 26-06-2018
Dövlət Bağçalı HAKİMİYYƏTDƏ İŞTİRAK ETMƏYƏCƏK
Cümhur İttifaqının seçki qələbəsindən sonra kabineti formalaşdırmaq işləri də başlayıb. MHP-nin lideri, kabinetdə yer almağı dəqiq bir dillə rədd edib.
24 iyun seçkiləri prezident Rəcəb Tayyib Ərdoğan ilə Cümhur İttifaqının qələbəsi ilə nəticələndi.
Seçki nəticələrində MHP-nin aldığı səsləri də diqqət çəkicidir.
11,1 faiz nisbəti ilə Məclisdə 49 deputat yeri qazanan MHP-nin, kabinetdə yer almayacağı məsələsində qərarlı görünür.
VİTSE PREZİDENT DƏ OLMAYACAQ
Muxalifet3 - 26-06-2018
İsrail, İran TƏYYARƏSİNİ VURMAQ ÜÇÜN RAKET ATDI
İsrail raketləri Dəməşq Hava Limanına enən bir İran yük təyyarəsini hədəf alıb. Suriya hava müdafiə sistemi raketləri zərərsizləşdirə bilib.
İsrail Hava Qüvvələri, Dəməşq Hava Limanında yük boşaltmaq məqsədilə endiyi hava limanında İran yük təyyarəsini raketlərlə hədəf alıb. Suriya hava müdafiə sisteminin raketləri zərərsizləşdirdiyi və Dəməşq ətrafında partlayışların baş verdiyi bildirilib.Muxalifet3 - 26-06-2018
Xızıda qadın özünü avtobusdan ataraq İNTİHAR ETDİ
Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.
"Report"un yerli bürosu məlumat verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 26-06-2018
Bakının baş meydanında hərbi PARAD BAŞLADI
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.
APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.
Muxalifet2 - 26-06-2018
Buffon karyerasını PSJ klubunda davam etdirəcək
İtaliya milli komandasının və "Yuventus" klubunun sabiq qapıçsı Canluici Buffon karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.
Muxalifet.az "Sport RMC" nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi 40 yaşlı qolkiperlə müqavilənin detallarını razılaşdırıb. Təcrübəli oyunçu iki il Fransa klubunda çıxış edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və PSJ ilə müqavilə imzalayacaq.Muxalifet - 26-06-2018
Türkiyədə Azərbaycan diasporunun rəhbəri VƏFAT ETDİ
Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri vəfat edib.
Muxalifət.az-ın APA-ya istinadən məlumatına görə, Lvov vilayəti Azərbaycanlıları Konqresinin sədri Məcid Muxiyev dünyasının dəyişib.
M. Muxiyevin Türkiyənin Antalya şəhərində ötən gün qəflətən vəfat etdiyi bildirilir.
Muxalifet2 - 26-06-2018
“Qrand” oteldə qətl: otelin rəhbərliyi və 24 yaşlı qız saxlanıldı – TƏFƏRRÜAT
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
Muxalifet2 - 26-06-2018
Vəzifəlilər “Günay Bank”da batan milyonlarından imtina edir – İLGİNC GƏLİŞMƏ
Elnur Zeynalovun cinayət işi üzrə araşdırmalarda böyük maxinasiyaların üzə çıxacağından ehtiyatlanan məmurlar bu bankdakı vəsaitlərini qurban verir... “Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatı mənimsəməsi ilə bağlı qalmaqal böyüməkdədir. Yayılan iddialara görə Emin Zeynalov iddia edildiyi məbləği deyil, əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur.
Muxalifet2 - 26-06-2018
Amerikalı Rubindən ƏRDOĞANA QARŞI ALÇAQ SÖZLƏR
Türkiyədəki seçki nəticələrini həzm edə bilməyən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş rəsmisi Maykl Rubin, prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.
Keçmiş Pentaqon rəsmisi, “American Enterprise Instute (AEI)-nin Neo-Con yazarı Maykl Rubin, 24 iyun seçki nəticələri ilə bağlı sosial mediadakı statusunda düşməncə bir mesaj bölüşüb.
15 iyul dövlət çevrilişi cəhdini əvvəlcədən bilən və yazan, prezident Ərdoğana düşmənçiliyi ilə tanınan Maykl Rubin, şəxsi Twitter hesabından apardığı bölgüdə yenə Ərdoğanı hədəf alıb.
Muxalifet3 - 26-06-2018
Ərdoğan Putinlə danışıqlara başlayır – QARABAĞ PROBLEMİ
Ərdoğan ilk dəfədir ki, Türkiyədə ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə prezident vəzifəsinə seçilib.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a Türkiyədə prezident və parlament seçkilərinin nəticəsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Muxalifet2 - 26-06-2018
Ordumuzun hərbi paradda nümayiş etdirdiyi bu ABŞ hərbi texnikası İrəvanı ŞOKA SALDI - VİDEO
Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi ilə bağlı xəbərin Ermənistanda müzakirəsi davam edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan güclü erməni lobbisinin olduğu ABŞ-ın istehsal etdiyi təyyarənin 907-ci düzəlişə (Azərbaycana silah satılması ilə bağlı qadağa) rəğmən, Bakı tərəfindən əldə edilməsinin sirrini çözə bilmir.Muxalifet2 - 26-06-2018
Seçkisonrası ABŞ-dan ilk açıqlama: TRAMP-ƏRDOĞAN GÖRÜŞÜ OLACAQ?
Ağ Evin sözçüsü Sarah Sanders ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana seçkilərdəki qələbə münasibəti zəng vuracağını bildirib.
Muxalifət.az xəbər verir ki, ABŞ Dövlət Departamenti isə seçkinin nəticələri ilə bağlı “Türk seçicilərinin qərarına hörmətlə yanaşırıq” açıqlaması yayıb:
“Güçlü əlaqələrimizi bir daha vurğulamaqla Prezident Tramp və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüşü tənzimləmək üçün işləyirik”.
Sanders görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.
Muxalifet2 - 26-06-2018
Kamal Kılıçdaroğlundan təcili qərar: BU GÜN SAAT 14-00-DA..
Seçki məğlubiyyətindən sonra hələ danışmayan CHP sədri Kamal Kılıçdaroğlu, saat 14.00-da CHP MYK toplantısından sonra mətbuat konfransı keçirmək qərarı alıb.
24 iyun seçkilərindən gözlədiyini ala bilməyən və bu vaxta qədər səssiz qalan CHP sədri Kamal Kılıçdaroğlu, saat 14.00-da CHP MYK toplantısından sonra mətbuat konfransı keçirəcək.
Müxalifət.azMuxalifet3 - 26-06-2018
Bakı konfliktlərin həll şəhərinə çevrilir – AZƏRBAYCAN “ŞƏRQİN İSVEÇRƏSİ”NƏ DÖNÜR
Rusiya və Amerika (NATO) generallarının ardınca Azərbaycan daha bir beynəlxalq görüşə ev sahibliyi edəcək; ölkəmizin yenidən sülh və barış məkanı kimi seçilməsi Qarabağ məsələsində sözümüzün çəkisini artıra bilər, çünki...
Muxalifet2 - 26-06-2018
"Ermənistan heç vaxt müharibəyə başlamayacaq" - PAŞİNYAN
Dağlıq Qarabağ münaqişəsi güc tətbiqi üsulları ilə həll oluna bilməz.
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi "Facebook"da canlı yayım zamanı deyib.
"Ermənistan heç vaxt müharibəyə başlamayacaq, lakin biz həmişə bu ssenariyə hazır olmalıyıq", - deyə o bildirib.Muxalifet2 - 26-06-2018