Axtarış
The search found 105817 results in 0.081 seconds.
Search results
ABŞ artıq bu silahdan istifadə edəcək - Foto
ABŞ ordusu böyük miqdarda peyntbol (boyalı şar) alışı ilə bağlı müqavilə imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Populyar Mexaniks” dərgisi məlumat yayıb. Dərginin yazdığına görə, ABŞ bu silahlardan Əfqanıstanda istifadə edəcək.
Sözügedən silahın şarlarını müxtəlif maddələrlə, həmçinin gözyaşardıcı qazla doldurmaq mümkündür. Mütəxəssislər silahdan hansı şəkildə istifadə ediləcəyini bilməsələr də, qəribə bir versiya irəli sürüblər. Onlar Əfqanıstanda xalq nümayişləri zamanı bu silaha əl atılacağını iddia ediblər.Muxalifet3 - 26-06-2018
Gürcü nazirdən Azərbaycanla bağlı açıqlama
Gürcüstan və Azərbaycan strateji tərəfdaşdırlar.
Muxalifet.az-ın məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya Azərbaycanın Gürcüstandakı səfirliyinin Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təşkil etdiyi rəsmi qəbulda deyib.
Nazir bildirib ki, hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq regionda inkişaf və təhlükəsizliyə xidmət edir: "Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu üçtərəfli əməkdaşlıq mövcuddur".
L.İzoriya Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə təbriklərini ifadə edib.
Muxalifet3 - 26-06-2018
Karapetyan Sərkisyandan ayrıldı - İstefa
Ermənistanın sabiq baş naziri Karen Karapetyan Respublikaçılar partiyası sədrinin birinci müavini postundan istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Onun partiya sıralarını da tərk edəcəyi istisna edilmir.
Qeyd edək ki, Karen Karapetyan baş nazir təyin edildikdən 2 ay sonra – 2016-cı ilin 24 noyabrında o zamankı hakim Respublikaçılar Partiyasına üzv olmaq üçün müraciət etmişdi.
Muxalifet3 - 26-06-2018
Türk qırıcıları İraqı vurdu: 8 ölü
Türkiyə Silahlı Qüvvələri İraqın Avaşin-Basyan, Zap bölgələrində və ölkə daxilində terrorçulara qarşı əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, hücum zamanı PKK terror qruplaşmasının 8 üzvü məhv edilib.
Sərhəd bölgəsində terrorçulara qarşı əməliyyatların davam etdiyi bildirilib.
Muxalifet3 - 26-06-2018
Ermənistan Azərbaycan ordusunun Naxçıvan zəfərinin BÜTÜN SİRRLƏRİNİ AÇDI - VİDEO
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini işğaldan azad etməsinin rəsmi İrəvan tərəfindən əlacsız formada təkzib edilməsinə rəğmən, erməni ictimaiyyəti baş verənləri təsdiqləyir.
Muxalifet3 - 26-06-2018
Avropa Şurası ilə birgə çox işlər görmüşük - Seyidov
Biz dövlətlərin nəzdində hüquqlarımızı, insan hüquqlarını müdafiə edənləri necə müdafiə etmək prosedurları, tədbirləri haqqında düşünməliyik. Ancaq bir insanın hüquqlarını müdafiə edəndə, digərinin hüquqlarını pozmamağa çalışmalıyıq. Dövlətin və insan hüquqları müdafiəçilərinin məsuliyyəti məsələsinə də fikir verməliyik.
Muxalifet3 - 26-06-2018
Tramp bizə tarixi şans verib - Fransadan mesaj
ABŞ Prezidenti Donald Trampın siyasəti Avropaya güclü olması üçün verilən tarixi şansdır.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Maliyyə naziri Bryuno Le Mer deyib.
“Alman-fransız mühərriki heç vaxt olmadığı qədər vacibdir. Bu, xüsusilə Trampın Avropanı zəiflətmək istədiyi dönəmdə lazımlıdır. Tramp bizə imkan verir ki, birləşək” – deyə o bildirib.
Muxalifet3 - 26-06-2018
"Azərbaycan ordusu və silahları ABŞ-dan daha güclüdür...” — Millət vəkili
Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, deputat Ağacan Abıyev bu gün Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradla bağlı fikirlərini bölüşüb.
Muxalifet3 - 26-06-2018
ABŞ-dan Rusiyaya qarşı həmlə: Tiflisə silah göndərilir
Rusiya aqressiyasından müdafiə olunmaq məqsədilə ABŞ Gürcüstan və Ukraynaya silah tədarükünü artırır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Uess Mitçel deyib.
“Biz müdafiə olunmaq məqsədilə zəruri hərbi texnikalar göndəririk. Keçmiş administrasiyanın Ukrayna və Gürcüstana silah qadağasını aradan qaldırdıq və hər iki ölkəyə yardımları davam etdiririk”, - Mitçel bildirib.
ABŞ rəsmisi onu da əlavə edib ki, Vaşinqton Ukraynanın islahatlar yoluna davam etməsi üçün səylərini əsirgəmir.
Muxalifet3 - 26-06-2018
Roqozinin əvəzinə Oreşkin gəldi: Dəyişiklik olacaq?
Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu. Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Maksim Oreşkinin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Moskvadakı təyinatdan 3 gün sonra Prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyasının həmsədrini dəyişdi: "Rusiyada yeni həmsədr inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu.
Muxalifet3 - 26-06-2018
Tehranda iqtidar əleyhinə aksiyalar başladı — “Diktatora ölüm!”
Tehranda yenidən hökumət əleyhinə mitinqlər başlayıb.
Muxalifet.az xəbər verir ki, buna səbəb milli valyutanın anidən ucuzlaşmasıdır. Aksiya iştirakçıları milli valyutanın ucuzlaşmasının səbəbi kimi İranın Yaxın Şərqdəki qruplaşmalara verdiyi dəstəyi göstərir.
Mitinqdə “Diktatora ölüm!”, “Xameneiyə ölüm”, “Fələstinə ölüm!” şüarları səsləndirir.
Muxalifet3 - 26-06-2018
Şəkidə də güclü yanğın olub
Şəkidə taxıl sahələrində yanğın olub, 8 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bu gün günorta saat 15:45 radələrində rayonun Turan qəsəbəsinin inzibati ərazisində, 17 radələrində isə rayonun Cəyirli kəndinin inzibati ərazisində taxıl sahələrində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.Muxalifet3 - 26-06-2018
Argentina səkkizdəbir final mərhələsinə vəsiqə qazana biləcəkmi?
İyunun 26-da futbol üzrə XXI dünya çempionatının “D” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda yer alan Xorvatiya millisi səkkizdəbir finala vəsiqəni vaxtından qabaq təmin edib. Pley-offa ikinci vəsiqənin taleyi isə bu gün keçirilən Nigeriya-Argentina və İslandiya–Xorvatiya oyunlarının nəticələrindən asılı olacaq.
Muxalifet.az xəbər verir ki, Nigeriya-Argentina oyunu “Sankt-Peterburq Arena”da keçirilir.Muxalifet3 - 26-06-2018
Xırdalanda yaşayış binasında top mərmisi aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 18V-də 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Muxalifet.az ANAMA-ya istinadən xəbər verir ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Abşeron rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Muxalifet3 - 26-06-2018
AB bu ölkələrlə bağlı qərar verdi
Gələn ilin iyunundan Albaniya və Makedoniyanın Avropa Birliyinə (AB) üzv olması məqsədi ilə müzakirələr başlayacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Avropa Birliyi verib. Məlumata görə, birliyin bu gün keçirilən iclasında əsas mövzu Albaniya və Makedoniyanın AB-yə üzvlüyü olub.Muxalifet3 - 26-06-2018
AB: Türkiyə ilə müzakirələr dayandırıldı
Türkiyə Avropa Birliyindən uzaqlaşıb və üzvlük müzakirələri demək olar ki, dayandırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat AB-nin bu gün keçirilən iclasının nəticələri ilə bağlı verilən açıqlamada bildirilib.
AB Türkiyə ilə bağlı yeni maddələrin qəbul və ya ləğv edilməsinin nəzərdə tutulmadığını bildirib. Açıqlamada Avropa Birliyi və Türkiyə arasında bağlanan Gömrük Birliyinin modernizasiyası ilə əlaqədar işlərin dayandırıldığı da vurğulanıb.
Muxalifet3 - 26-06-2018
Dünyanın qaz tələbatında durğunluq başlayır - BEA
Avropanın 2023-cü ilə qədər qaz tələbatında durğunluq gözlənilir.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə Beynəlxalq Energetika Agentliyi çıxış edib.
“Avrasiyanın qaza tələbatı azalır. Buna səbəb iqtisadi artımın zəifləməsidir. Avropa ölkələrinin, o cümlədən Yaponiya və Koreyanın qaz tələbatında durğunluq müşahidə olunacaq”, – deyə agentlik bildirib.
Muxalifet3 - 26-06-2018
Abadidən növbəti açıqlama: Türkiyəyə hücuma necə razı olaq?
Heç bir qruplaşmanın İraq torpaqlarından istifadə edərək Türkiyəyə hücum etməsinə icazə verməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər Abadi söyləyib. O, PKK-da daxil olmaqla, ölkədə fəaliyyət göstərən bütün terrorçu qruplaşmaları silahı yerə qoyrmağa çağırıb:Muxalifet3 - 26-06-2018
Ağ Evdən Erdoğan-Tramp AÇIQLAMASI
Ağ Ev, ABŞ prezidenti Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək seçkidəki qələbəsi ilə bağlı təbrik etdiyini və ikitərəfli münasibətlərdəki əməkdaşlığa vurğu etdiyini açıqlayıb.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (NSC) sözçüsü tərəfindən Ərdoğanla Trampın telefon danışığına dair yazılı bir açıqlama verib.Muxalifet3 - 27-06-2018
CHP rəhbərliyi KILIÇDAROĞLUNA QARŞI: ÜSTÜNDƏN XƏTT ÇƏKİLİR
Kamal Kılıçdaroğlunun CHP sədrliyindən getməsini istəyənlərin sayı artır. Prezidentliyə namizəd İncənin ətrafında toplaşanların arasına CHP-nin fəxri heyətinin üzvü Önay Alpago da daxil olub.
“CNN Türk”-ə qonaq olan Önay Alpago, Kılıçdaroğlunun kreslonu Məhərrəm İncəyə təhvil verməsinin lazım olduğunu bildirib.
CHP RƏHBƏRLİYİ İNCƏYƏ BURAXSIN
Muxalifet3 - 27-06-2018