Axtarış
The search found 105817 results in 0.097 seconds.
Search results
İngilislər Ərdoğanın qələbəsini həzm etmədi: AVROPAYA BİR PUTİN YETƏR
İngilis qəzetləri 24 iyun seçkilərinə bu gün də səhifələrində geniş yer ayırıb. İngilis “The Times” qəzeti yenə Ərdoğanın qələbəsini həzm edə bilmədiyini nümayiş etdirib və təhdidlər yağdırıb. 24 iyun seçkiləri ilə bağlı bir baş məqalə dərc edən “The Times” qəzeti, "Türkiyənin dönüş nöqtəsi: Ərdoğan seçki qələbəsini, demokratikləşdirmə üçün istifadə etməlidir" başlığını atıb.
Muxalifet3 - 27-06-2018
Merkel AB liderlərini toplayır – SƏBƏB
İqtisadiyyat və miqrasiya Avropa Birliyinin növbəti sammitinin əsas mövzuları olacaq.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib.
Muxalifet2 - 27-06-2018
Parlament ictimai yerlərdə ÇARŞABA QADAĞA QOYDU
Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub.
Trend-in məlumatına görə, söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.
Qanuna əsasən, "ictimai yer" termini olaraq nəqliyyat, məktəblər, xəstəxanalar və hökumət qurumlarının binaları göstərilir. Qanunu pozanlar üçün 400 avro cərimə nəzərdə tutulur.
Muxalifet2 - 27-06-2018
Sumqayıtda dənizdən KİŞİ MEYİTİ TAPILDI
Sumqayıtda dənizdən kişi meyiti tapılıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Cəsəd FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Hazırda cəsədin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 27-06-2018
İrana bu məhsulların gətirilməsi qadağa edildi – QƏRAR
İranda valyuta məzənnələrinin bahalaşmasından sonra hakimiyyət ölkəyə idxal edilən 1300-dən çox məhsula qadağa tətbiq edib.
Muxalifət.az xəbər verir ki, ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çıxması və Tehrana qarşı sanksiyalara başlamasından sonra valyuta məzənnələrində ciddi bahalaşma müşahidə edilir.
Yerli xəbərlərə görə, İranın sənaye və ticarət naziri Mohammad Şəriətmədari 1339 adda məhsulun ölkəyə idxalına qadağa tətbiq edib.
Nazir qeyd edib ki, bu məhsulları İran özü istehsal edə bilər.
Muxalifet2 - 27-06-2018
Türkiyədən PKK-ya növbəti AĞIR ZƏRBƏ
Türkiyə Hərbi Hava qüvvələri İraqın şimalında 8 PKK terror qruplaşmasının üzvünü məhv edib.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular İraqın şimalında, Zap və Avaşin-Basyan rayonlarında keçirilən əməliyyat nəticəsində zərərsizləşdiriliblər.
Muxalifet2 - 27-06-2018
Bakıda fəhlə tikinti zamanı 12-ci mərtəbədən YIXILARAQ ÖLDÜ
Bakıda tikinti zamanı ölüm hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, gecə saatlarında "20-ci Sahə" adlanan ərazidə yerləşən yaşayış kompleksinin tikintisi zamanı fəhlə, 1985-ci il təvəllüdlü Həsənov Fuad Oqtay oğlu ehtiyatsızlıqdan 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə ölüb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Muxalifet2 - 27-06-2018
Nəsimi Paşayevə ağır itki
Bakı Metropoliteninin keçmiş mətbuat xidməti rəhbəri Nəsimi Paşayevə ağır itki üz verib.
Yenicag.az xəbər verir ki, Nəsimi Paşayevin atası Məzahir Paşayev vəfat edib.
Mərhum iyun 27-də, saat 12-də Yevlax rayonunun Xaldan kənd qəbirstanlığında dəfn ediləcək.
Allah rəhmət eləsin!
Muxalifet2 - 27-06-2018
PKK-lı terrorçular KƏNDİN DÜKANÇISINI QƏTL ETDİLƏR
Türkiyədə Ağrı vilayətinin Doğubayazıt rayonuna bağlı Yanyurt kəndinin dükançısı, PKK-lı terrorçular tərəfindən qətlə yetirilib.
Yanyurt kəndinin dükançısı, PKK-lı terrorçular tərəfindən qətlə yetirilib. Yanyurt kəndində əlləri dirəklərə bağlanaraq, hərəkətsiz yatan bir adamı görən əhali vəziyyəti jandarmaya bildirib.
Rayon Jandarm Komandanlığının araşdırması nəticəsində, silahla başından vurularaq öldürülən adamın kəndin dükançısı olduğu müəyyən olunub.Muxalifet3 - 27-06-2018
DÇ-2018: Almaniya və Braziliya sürprizə imkan verəcəkmi?
Rusiyada keçirilən dünya çempionatı davam edir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
Əvvəlcə F qrupunda 1/8 finalçılar müəyyənləşəcək. İlk iki turu itkisiz başa vuran Meksikanı İsveçlə qarşılaşmada bərabərlik də qane edir.
İsveçlə matçda son dəqiqə qolu sayəsində qələbə qazanan Almaniya qrupun autsayderi Cənubi Koreyanı sınağa çəkəcək. Bundestimin taleyi öz əlindədi.
E qrupunda İsveçrənin işi daha rahatdı. Autsayder Kosta-Rika ilə qarşılaşmada komandaya heç-heçə də kifayət edir.
Muxalifet2 - 27-06-2018
ABŞ rəsmisi bu gün AZƏRBAYCANA GƏLƏCƏK
ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels bu gün Azərbaycana gələcək.
Elis Uels iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak edəcək.
Bakıya səfər çərçivəsində ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Muxalifet2 - 27-06-2018
DİM bu gün buraxılış imtahanları KEÇİRİR
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
Muxalifet2 - 27-06-2018
Bu günün valyuta MƏZƏNNƏLƏRİ
Azərbaycan Mərkəzi Bankı 27 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Muxalifət.az-a Mərkəzi Bankdan verilən məlumata görə, iyunun 27-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9814 manat təşkil edir.
1 türk lirəsi 0,3678 manat, 1 rus rublu 0,0269 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6913 manatdır.
Muxalifet2 - 27-06-2018
ABŞ-dan Türkiyə və Münbiç AÇIQLAMASI
ABŞ prezidenti Donald Trampın İŞİD-la Mübarizə Üzrə Xüsusi Nümayəndəsi Makgurk, "NATO müttəfiqimiz və Koalisiya tərəfdaşımız Türkiyə ilə birlikdə bölgədə və xüsusən də Münbiç ətrafında gərginliyi azaltmaq üçün apardığımız işi təqdir edirəm" deyib.
Brett Makgurk, Türkiyə ilə ABŞ-ın xüsusilə Münbiçdə əməkdaşlığının uğurlu olduğunu deyib.
ABŞ ilə Türkiyə arasında Suriyadakı əməkdaşlığının son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini qeyd edən Makgurk, bunları deyib:Muxalifet3 - 27-06-2018
Qətərdən neft çıxışı: BUNLARI GİZLİ SAXLAYIRIQ
Qətər ABŞ-ın Rusiyanın enerji sektoruna tətbiq etdiyi sanksiyalardan narahat deyil.
Muxalifət.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında “Qatargas”ın baş direktoru Səad Şəridə əl Kabi deyib.
“Rusiya ilə əməkdaşlığımız yaxşı səviyyədədir. Biz dünyadakı bütün neft və qaz şirkətləri ilə əməkdaşlığı genişləndiririk, amma bunu gizli saxlayırıq. Rusiya çox vacib ölkədir və biz ona hörmət edirik”, - o bildirib.
Muxalifet2 - 27-06-2018
ABŞ, İran EMBARQOSU ÜÇÜN TARİX VERDİ
ABŞ-ın müttəfiqlərindən, İrandan etdikləri neft idxalını noyabr ayına qədər dayandırmasını istədiyi bildirilib.
ABŞ Xəzinə Nazirliyinin telekonfransla jurnalistlərə verdiyi açıqlamada, müttəfiq ölkələrin və şirkətlərinin İrandan etdikləri neft idxalını 4 noyabra qədər dayandırmalarını tələb etdiyi qeyd olunub.
Açıqlamada, sözügedən şirkətlərin bu tarixdən sonra İrandan neft idxal etdikləri təqdirdə ABŞ-ın sanksiyalarına məruz qala biləcəkləri xəbərdarlığı edilib.Muxalifet3 - 27-06-2018
Ermənilər cəbhədə atəşkəsi pozdu - GƏRGİNLİK
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Bu barədə Muxalifət.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 27-06-2018
Kraliça qalmaqallı qanun layihəsini imzaladı: İNGİLTƏRƏ...
İngiltərə kraliçası II Yelizaveta ölkəsinin Avropa İttifaqından çıxış prosesi olan “Brexit” qanunu imzalayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, qanun layihəsi Avropa İttifaqının İngiltərənin daxili siyasəti üzərindəki təsirinə son verəcək.
Qanunun qüvvəyə minməsindən sonra yeni dəyişikliklər həyata keçirilməsi zərurəti yaranacaq. “Brexit” sonrası daxili siyasətdı, təxminən, 20 000 dəyişikliyin həyata keçirilməsi gözlənilir.
Muxalifet2 - 27-06-2018
Təməl Paşanın kəndlilərindən İNCƏYƏ ANLAMLI MESAJ
CHP-nin prezidentlyə namizədi Məhərrəm İncənin "Paqonlarını sökəcəyəm" deyə təhdid etdiyi 2-ci Ordu Komandanı general-polkovnik İsmayıl Mətin Təməl Paşanın kəndliləri İncəyə verilən 1 səslə bağlı açıqlama veriblər.
Məhərrəm İncənin “Seçildiyim təqdirdə paqonlarını sökəcəyəm” dediyi Afrin qəhrəmanı general-polkovnik İsmayıl Mətin Təməlin kəndliləri səsvermədəİncəyə verilən 1 səs üçün " O da bizim İncəyə hədiyyəmiz olsun" deyə, CHP namizədinə anlamlı cavab mesajı göndəriblər:Muxalifet3 - 27-06-2018
HƏMAS İsrailə hücum etdi: 12 RAKET...
İsrail ordusu HƏMAS-ı Qəzza zolağına kütləvi raket hücumlarında ittiham edib.
Muxalifət.az xəbər verir ki, ordu komandanlığı HƏMAS-ın hücumlara görə cavab verəcəyini açıqlayıb.
Məlumata görə, Fələstindən İsrail istiqamətində gecə ərzində 12 raket buraxılıb ki, bunlardan da 3-ü “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.
HƏMAS-ın İsrail ordusunun qruplaşmaya məxsus nəqliyyat vasitəsinə və müşahidə nöqtələrinə zərbə endirilməsindən sonra hücuma keçdiyi qeyd olunub.
Muxalifet2 - 27-06-2018