Axtarış

The search found 105817 results in 0.063 seconds.

Search results

  1. Azərbaycanlı diaspor rəhbərinin Antalyada ölüsü tapıldı

    Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılıb.
     
    Antalyanın Finike bölgəsində portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında ölü vəziyyətdə tapılıb. Mərhumu şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar ediblər.

    Muxalifet3 - 27-06-2018

  2. I-ci vitse prezidentin köməkçilərinin sayı artırıldı

    Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
     
    Bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.
     Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.
     

    Muxalifet3 - 27-06-2018

  3. “Təbii qaz tələbatı artacaq”

    Qlobal təbii qaz istehlakı hər il 1,6% artacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.
    Agentliyin proqnozuna görə, bu artımla 2023-cü ildə qaz tələbatı 4,1 trln. kubmetrə çatacaq.
    Qeyd olunub ki, tələbat əasən Asiya qitəsində artacaq: “Asiya bölgəsində, xüsusilə də Çinin təmiz hava üçün atdığı addımların ölkədəki təbii qaz tələbatının artmasında ən önəmli təsiri olacaq”.

    Muxalifet - 27-06-2018

  4. Toy maşınında narkotik

    Lənkəran rayon sakinləri Məmməd Məmmədov və Aqşin Kərimov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 24-də Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "Wolkswagen" markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin gəldiyini müşahidə ediblər.

    Muxalifet3 - 27-06-2018

  5. Serj Sarkisyan Qarabağ üzrə xüsusi nümayəndə olacaq

    Ermənistan baş nazirinin müşaviri Arsen Xaratyan Ermənistan İctimai Televiziyasının efirində çıxış edərək bildirib ki, keçmiş ölkə prezidenti Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə danışıqlarda iştirakı ehtimalını istisna etmir.
     

    Muxalifet3 - 27-06-2018

  6. Siqaretə tətbiq edilən verginin 3 dəfə artırılması barədə qanun gələn həftə qüvvəyə minir

    Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
    “Report”un xəbərinə görə, bu dəyişikliklər tütün məmulatlarına tətbiq edilən vergi dərəcəsinin artırılması ilə bağlıdır.
    Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

    Muxalifet - 27-06-2018

  7. Azərbaycanlı qız oteldə iraqlı turistin əşyalarını oğurlayıb - ARAŞDIRMA APARILIR

    Bakıya turist kimi gələn İraq vətəndaşı soyulub.

    “Report”un xəbərinə görə, Avat Abdulla Abdalrahman polisə müraciət edərək “Lake Palace” otelində tanış olduğu Səidə adlı qadının onun mobil telefonunu, pulunu və üzüyünü oğurladığını bildirib.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

    Muxalifet2 - 27-06-2018

  8. Kim Çen Trampı belə aldatdı - Peyk görüntüləri HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI

    Ötən həftə peykdən çəkilən şəkillər Şimali Koreyanın Yonbene nüvə mərkəzinin müasirləşdirilməsi üzrə işlərin görüldüyü göstərir.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Cons Hopkins Universiteti yanında ABŞ və Koreya İnstitutunun “38 North” saytı bildirib.

    Peyklərdən əldə edilən məlumatlara əsasən, Koreya Xalq Demokratik Respublikası bu mərkəzdə reaktorun soyudulması üçün sürətli templərlə yeni nasos sistemi tikir. Həmçinin, soyudulma üçün su anbarının tikintisi başa çatıb.

    Muxalifet2 - 27-06-2018

  9. Memar: “Bu, bütün şəhərlərdə QADAĞAN EDİLMƏLİDİR”

    Paltarların eyvanda qurudulmasına yalnız Bakıda deyil, bütün şəhər və rayonlarda qadağa qoyulmalıdır.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri Teleqraf.com-a müstəqil memar Zemfira Budaqova deyib.

    Onun sözlərinə görə, xarici ölkələrdə eyvandan paltar asmağa görə sakinlərə cərimə tətbiq edilir: “Əvvəllər bir mənzildə iki-üç ailə yaşayırdı. Eyvandan paltar asılmaması üçün çardaqlar qurulurdu. Hər sakinə açarlı çardaq verilirdi, onlar həmin çardaqlarda paltarlarını qurudurdular.

    Muxalifet2 - 27-06-2018

  10. QDİƏT-də sədrlik Azərbaycana keçib

    Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib. "Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, sədrlik bu gün Yerevanda baş tutan QDİƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib. Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək. Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

    Muxalifet2 - 27-06-2018

  11. Siqaret vergisi ARTACAQ - Məcəlləyə dəyişiklik edildi

    Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.

    Muxalifət.az xəbər veriri ki, bu dəyişikliklər tütün məmulatlarına tətbiq edilən vergi dərəcəsinin artırılması ilə bağlıdır.

    Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.

    Muxalifet2 - 27-06-2018

  12. Qəndilin SİRRİ AÇILDI: Düşərgələr və terrorçu sayı… - FOTO

    Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Qəndil dağında PKK terror qruplaşmasının mövcud strukturu barədə ətraflı məlumat yayılıb.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı PKK-nın düşərgələri və düşərgələrin təyinatı barədə yazıb.

    PKK-nın Şərq cəbhəsi qruplaşması

    Şəhid Harun düşərgəsi: Qadınlardan ibarət qruplaşma və cəbbəxana yerləşir.

    Berda Kaşu düşərgəsi: Rabitə məntəqəsinin yerləşdiyi təpəlik.

    Şəhid Ayxan düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.

    Muxalifet2 - 27-06-2018

  13. Yəhudilər Məscid-i Aksaya BASQIN ETDİ

    İsrail polisinin müşayiəti ilə 112 fanatik Yəhudi ilə çox sayda turistin Məscid-i Aksaya basqın təşkil etdiyi bildirilib.
     
    Qüds İslami Vəqflər İdarəsinin mətbuat sözçüsü Firas Dibs verdiyi yazılı açıqlamada, 112 fanatik Yəhudi ilə çox sayda xarici turistin İsrail polisinin müşayiəti ilə Məscid-i Aksanın El-Meğaribe (Mərakeş) qapısından Hərəmi Şərifin həyətinə girdiyini bildirib.
    Anadolu Agentliyinə danışan şahidlərin sözlərinə görə, fanatik Yəhudilər arasında Məscid-i Aksaya düşmənçiliyi məlum olan radikal Ravvin Moşe David də olub.

    Muxalifet3 - 27-06-2018

  14. Rusiya təhlükədən döndü - Çindən gətirilən 20 ton yerfındığı ZƏHƏRLİ ÇIXDI

    Rusiyanın Vladivostok şəhərində 20 tona yaxın yerfındığı saxlanılıb.

    Muxalifət.az-ın Trend-ə istinadən məlumatına görə, Nəzarət İdarəsi məhsulun Çindən tədarük edilməsi barədə bildirib.

    İdarənin yaydığı məlumata görə, məhsulun satışa buraxılmasının qarşısının alınmasına səbəb yerfındığında zəhərli maddə aşkarlanması olub. Belə ki, qeyd olunub ki, məhsullarda kadmium toksik maddəsinin həcmi 1,5 dəfə artıq olub.

    Hazırda həmin məhsulun məhv edilməsi və ya geri qaytarılması məsələsi müzakirə olunur.

    Muxalifet2 - 27-06-2018

  15. BRİTANİYA RUSİYA İLƏ QARŞIDURMAYA GEDİR –Suriyada kimyəvi hucumlara görə cavabdeh kim olacaq?

    Britaniyanın xarici işlər naziri Boris Consonun hərəkətləri Rusiya ilə toqquşmaya yönəlb, belə ki, o, Haaqadakı görüşdə Suriyada kimyəvi silahın tətbiqinə cavabdeh olanların müəyyən edilməsi üçün müfəttişlərə genişləndirilmiş səlahiyyətlərin verilməsi tələbi ilə əlaqədar səsvermə keçirmək niyyətindədir.

    Muxalifet2 - 27-06-2018

  16. Seçkilərdən sonra ilk addım: TÜRKİYƏ ABŞ-ın “URAN” OYUNUNU POZDU

    Türkiyə, ABŞ-lı firmaların on ildir əlində tutduğu və istehsalın qarşısını almaq üçün min bir oyundan çıxdığı Yozqatdakı uran mədənlərinin lisenziyasını ləğv edib.
     

    Muxalifet3 - 27-06-2018

  17. 22 erməni kəşfiyyatçısını zərərsizləşdirən polkovnik

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi və təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bayramınız mübarək!

    Bu gün Ordu Günüdür!

    Bu gün Vətənə xidmət edən zabitə, əsgərə Vətənin Ali Baş Komandanının dəyər verməsindən gözəl nə ola bilər ki! Bu gün mən həm ehtiyatda olan hərbçi, həm də jurnalist kimi sevincliyəm. Ən azından ona görə ki:

    Muxalifet2 - 27-06-2018

  18. Bakının İrəvanı ŞOKA SALAN QARABAĞ PLANI: Dünya Çempionatı baş çatmamış...

    Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun təmas xəttində sürətli yerdəyişmə apardığını, hərbi texnikaların iştirakı ilə mütəmadi təlimlər keçirdiyini iddia edir.

    Muxalifet2 - 27-06-2018

  19. Kənd Təsərrüfatı Nazirliyi RƏQƏMLƏR AÇIQLADI - “Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib

    Kənd Təsərrüfatı Nazirliyi barama istehsalı və taxıl biçini ilə bağlı rəqəmlər açıqlayıb.

    Muxalifət.az-ın verdiyi xəbərə görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynli bildirib ki, 26 iyuna olan məlumata əsasən respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib.

    Muxalifet2 - 27-06-2018

  20. Erməni mafiyasına ağır zərbə – Lideri öldü, 142 NƏFƏR HƏBS EDİLDİ

    İspaniya polisi Kataloniya bölgəsində erməni mafiyasına qarşı əməliyyatlara başlayıb.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, İspaniyada nəşr olunanan “El Pais” qəzeti əməliyyat çərçivəsində 100-dən çox şübhəlinin saxlanıldığını bildirib.

    Muxalifet2 - 27-06-2018

Pages