Axtarış
The search found 105817 results in 0.068 seconds.
Search results
NATO rəhbəri Ərdoğanı təbrik etdi: Önəmli müttəfiqsiniz!
NATO rəhbəri Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğanı Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, liderlər arasında telefon danışığı baş tutub.
Danışıq zamanı Ərdoğan ölkəsinin NATO ilə bağlı öhdəlik və vəzifələrini bundan sonra layiqincə yerinə yetiriləcəyini bəyan edib.
Stoltenberq də öz növbəsində Türkiyənin NATO üçün olduqca önəmli bir müttəfiq olduğunu vurğulayıb.
Muxalifet3 - 27-06-2018
Terrorçubaşı Karayılan və Bayıkın DANIŞIQLARI ORTAYA ÇIXDI
Şimali İraqda terror təşkilatı PKK-ya qarşı davam edən əməliyyatda 20 müvəqqəti baza yaradılıb. Bu arada Qəndildəki PKK terrorçubaşları Karayılan və Bayıkın şifrəli söhbətləri ortaya çıxıb. Türk Silahlı Qüvvələrinin (TSQ) 10 martda başladığı Şimali Iraq əməliyyatı davam edərkən, qurulan müvəqqəti bazaların sayı da 20-yə şatıb. TSQ ünsürlərinin bölgə içində irəliləyişi terror təşkilatının rəhbərliyində təlaşa yol açıb.
Muxalifet3 - 28-06-2018
35 dəqiqəlik ÜÇLÜ ZİRVƏ GÖRÜŞÜNÜN PƏRDƏARXASI
Türkiyə prezidenti Ərdoğan, baş nazir Yıldırım və MHP-nin lideri Baxçalının bir araya gəldiyi görüşdə yeni sistemin həyata keçməsinə dair detallar ilə Məclis təqvimi müzakirə olunub. Ərdoğanın kabinet şəkli başda olmaqla, Prezident Hökumət Sisteminə dair struktur dəyişikliklərinin ana xətlərinə də toxunulduğu bildirilib.
Muxalifet3 - 28-06-2018
“ABŞ-ı diz çökdürəcəyik” - İRAN PREZİDENTİ
Hökumətin qorxacağını, istefa verib çəkiləcəyini düşünənlər səhv edir.Bunu İran prezidenti Həsən Ruhani bu gün ölkənin icraçı direktorları ilə keçirdiyi görüşdə bildirib.Muxalifet - 28-06-2018
Şamaxıda qadın şüşə silərkən ikinci mərtəbədən yıxılıb
Şamaxı rayonunun Məlcək kəndində qadın yıxılaraq ağır xəsarət alıb.Muxalifet.az "Report"un Şirvan bürosuna istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü yerli sakin Dəmirova Şamama Əli qızı yaşadığı evin pəncərəsini silərkən 2-ci mərtəbədən yerə yıxılıb.
Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.Muxalifet - 28-06-2018
ABŞ-dan Türkiyə açıqlaması: ARTIQ QƏBUL ETMƏLİYİK
Türkiyəylə bağlı bəyanatlar verən ABŞ-ın dövlət katibi Mayk Pompeo, “Türkiyədə seçki başa çatıb. Daha da (Artıq) səmərəli bir müzakirə prosesinə başlamalııyıq” deyib. Pompeo bundan başqa, “Artıq Türklərlə birlikdə ən yaxşı şəkildə işləməyi qəbul etməyimiz lazımdır” deyə, bildirib.
Dövlət katibi Pompeo, Senatın Təsisatlar Komitəsində nazirliyin 2019 büdcəsinə dair senatorların suallarını cavablandırıb.
Pompeo, Senat üzvlərinə çıxışında, "Türkiyədə seçki başa çatıb. Daha da (Artıq) səmərəli bir müzakirə prosesinə girməliyik" deyib.
Muxalifet3 - 28-06-2018
İrəvanı “İkinci Aprel” gözləyir: ağır zərbə olacaq
Azərbaycan lideri parada qədər dəfələrlə Ermənistana xəbərdarlıq edib və ərazi bütövlüyümüzün bərpasına nail olacağını bəyan edib.Bu sözləri Muxalifet.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimindəki nitqini şərh edən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Azərbaycan diplomatiyasının təməlinin arxasında güclü hərbi texniki potensialın olması Bakının Qarabağ probleminə çox düşünülmüş və ağıllı bir tərzdə yanaşdığını ortaya qoyur:Muxalifet - 28-06-2018
Münbiçdə ABŞ-Türkiyə PATRULGƏZİNTİSİ
Türkiyə ilə ABŞ-ın Suriyanın Münbiç şəhərində ayrı-ayrı hərbi hissələr halında patrul gəzintisi başlamalarından sonra Amerika Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə bölgədə patrul gəzən Amerikalı əsgərlərin fotolarını paylaşıb. Fotolarda ABŞ əsgərlərinin Türk qoşunlarını izlədiyi də görünür.
Muxalifet3 - 28-06-2018
CHP-nin HDP-ni Məclisə salmaq üçün - ŞOK PLANI
Türkiyədə bir tərəfdən seçici, digər tərəfdən isə millət vəkili sayına əsasən seçici sayı çıxarılmalıdır. Bu rəqəm adətən 10 min ilə 100 min arasında dəyişir.Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, professor Fərhad Mehdiyev Türkiyədə keçirilən seçkidən 11,2 faiz səs toplayan MHP-nin 49, 11,5 faiz səs toplayan HDP-nin isə 66 deputat yeri qazanması səbəbini şərh edərkən deyib. O bildirib ki, Türkiyədə proporsional partiya siyahıları seçicilərə təqdim olunur:Muxalifet - 28-06-2018
Bakının və Abşeronun bu ərazilərində su olmayacaq
Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Azərsu ASC-dən Muxalifet.az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.Muxalifet - 28-06-2018
İŞİD QƏTLİAMLARA DAVAM EDİR
İraqda terror təşkilatı İŞİD, keçən həftə qaçırdığı 8 nəfəri edam edib, cəsədlərini Diyala vilayətindən Bağdada gedən yolun üstünə atıb.
İraq Təhlükəsizlik İnformasiya Mərkəzi tərəfindən edilən açıqlamaya görə, Bağdad-Kərkük avtomobil yolunda ötən həftə qaçırılan 8 İraqlı əsgərin cəsədi Diyala - Bağdad yolunda tapılıb. Keçən həftə terror təşkilatı İŞİD tərəfindən qaçırılan əsgərlərin tapılması üçün təhlükəsizlik qüvvələrinin böyük səy göstərdiyi qeyd edilən açıqlamada, "8 nəfərin cəsədləri Diyala - Bağdad yolu üzərində tapılıb” deyilib.Muxalifet3 - 28-06-2018
Xırdalanda taxta sexində yanğın olub
Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², ikinci mərtəbə fəaliyyət göstərmir) taxta sexinin 1-ci mərtəbəsində taxta tullantıları 70 m² sahədə yanıb.Muxalifet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Muxalifet - 28-06-2018
ABŞ-dan İrana növbəti sanksiya: BMT-yə çağırış
ABŞ BMT Təhlükəsizlik Şurasının bütün üzvlərini İrana qarşı sanksiyalara qoşulmağa səsləyib.Muxalifet.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın BMT-dəki Nümayəndəliyinin rəhbərinin müavini Conatan Koen çıxış edib.
“Biz daimi olaraq Təhlükəsizlik Şurasının qətnamələrini pozan ölkə ilə toqquşuruq. ABŞ şura üzvləri ilə İrana qarşı birgə addımlar atmağa hazırdır”, - o bildirib.Muxalifet - 28-06-2018
Ermənilər atəşkəs rejimini 92 dəfə pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub.Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 28-06-2018
XƏZƏRİN HASARLARINI UÇURDAN TAPILMIR
Gözlər yeni nazirdə; Muxtar Babayev dənizi xalqın istifadəsinə verə bilər Yayın qızmar istisində sərinlənməyin bir yolu da Xəzər çimərliklərinə üz tutmaqdır. Əlbəttə ki, sərinləmək üçün ilk növbədə gedib çimərliyə çatmaq, Xəzər sahili boyu kilometrlərlə uzanan hasarları aşmaq gərəkdir. İllərdir ki, bu mövzu hər yay fəslində gündəmə gəlir, deputatlar parlament kürsüsündən sahilboyu hasarların sökülməsi məsələsini qaldırıb tələblər səsləndirirlər. Hasarlar isə qalmaqdadır. Köhnə problemlərin həllində yeni təyin olunan nazirlərə ümidlər çoxdur.
Muxalifet2 - 28-06-2018
İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsinə başlayır
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatıb.
Fonddan verilən xəbərə görə, Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilib.
Muxalifet2 - 28-06-2018
ASO, Əsəd və Rusiyanın YALANINI İFŞA ETDİ
Azad Suriya Ordusu (ASO), sosial mediada Əsəd gücləri ilə birlikdə Əl Nusra döyüşçülərinə qarşı birgə əməliyyat keçirdiyi iddialarını ifşa edərək, "Bütün qüvvələrimizi Əsədə qarşı birləşdirdik" açıqlaması ilə təkzib edib.
Muxalifet3 - 28-06-2018
Azərbaycanlı milyarder kosmos dövləti yaratdı - AYDA HƏYAT
Əslən azərbaycanlı olan rusiyalı milyarder İqor Aşurbəyli yeni kosmik dövlət yaradıb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Nyusvik” jurnalı yayıb. Jurnal yeni dövlətin adının Asqardiya olduğunu bildirib.
Asqardiya Yerdə hansısa əraziyə sahib olmasa da, artıq onun vətəndaşlığına sahib olmaq istəyən 200 min şəxsin olduğu açıqlanıb. Yeni dövlətin Ayda yaşayış məskənləri tikməsi planları olduğu vurğulanıb.
Muxalifet2 - 28-06-2018
Aqrar sektorun dərdi: KREDİT, SIĞORTA...
Rəşad Həsənov: ““Ən böyük problemlərdən biri də kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir”
Muxalifet2 - 28-06-2018
"Qarabağ"ın rəqibindən DARMADAĞIN
"Qarabağ"ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Olimpiya" yoxlama oyunu keçirib.
Qo.az-ın məlumatına görə, Lyublyana təmsilçisi digər Sloveniya klubu “NK Şampiyon Çelye” ilə qarşılaşıb. Matç "Olimpiya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avramovskinin dubl etdiyi matçda hərəyə bir dəfə Kaludyeroviç və Ştiqleç fərqləniblər.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya”nın ilk matçı iyulun 11-i Sloveniyada, cavab görüşü iyulun 18-i keçiriləcək.
Muxalifet2 - 28-06-2018