Axtarış

The search found 105817 results in 0.08 seconds.

Search results

  1. Dünyanı bu 25 ailə idarə edir – YENİ REYTİNQ

    “Blumberq” agentliyi dünyanın 25 ən zəngin ailəsinin adını açıqlayıb.

    Muxalifət.az xəbər verir ki, agentlik bu ailələrin ümumilikdə 1,1 trilyon dollar varidata sahib olduğunu bildirib. Yeni reytinq cədvəlinə Uolton ailəsi rəhbərlik edib. Dünyadakı 12 min “Volmart” supermarket şəbəkəsinin sahibi olan ailənin sərvətinin 151,5 milyard dollar olduğu vurğulanıb.

    Muxalifet2 - 28-06-2018

  2. Hava ilə əlaqədar orduda xüsusi rejim TƏTBİQ OLUNDU - RƏSMİ

    Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə Müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

    Muxalifet2 - 28-06-2018

  3. Ermənistanda keçmiş vəzifəli şəxslərin həbsi DAVAM EDİR

    Ermənistanda yeni hakimiyyət keçmiş vəzifəli şəxslərin həbsini davam etdirir.

    APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu gün məhkəmə Dövlət Mühafizə Xidməti rəisinin keçmiş müavini Vaçaqan Kazaryan barədə həbs qərarı çıxarıb. O, gəlirlərin gizlədilməsi və qanunsuz varlanmaqda ittiham olunur. İyunun 20-də onun evində axtarış zamanı təxminən 73 min dolar dəyərində Ermənistan dramı, 1110400 dollar, 230500 avro aşkar edilib. Həmçinin iyunun 25-də onun bank hesablarından 170 min dollar və 900 min dollar dəyərində Ermənistan dramı çıxarılıb.

    Muxalifet2 - 28-06-2018

  4. Qadın teleaparıcı ölkədən qaçdı – ŞOK SƏBƏB

    Səudiyyə Ərəbistanında qadın aparıcı geyimi səbəbindən ölkədən qaçıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

    Teleaparıcı Şiran al-Rifainin maşın sürməsinə verilən icazə ilə bağlı hazırladığı reportaj zamanı geyimi qanunlar çərçivəsində olmayıb. Artıq bununla bağlı araşdırmaya başlanılıb.

    Bu səbəbdən aparıcının ölkəni tərk etdiyi deyilir.

    Muxalifet2 - 28-06-2018

  5. Trampın “əsrin müqaviləsi” adlandırdığı İŞĞAL PLANININ DETALLARI BƏLLİ OLDU

    ABŞ prezidenti Donald Trampın, İsrailin Fələstini tamamilə işğal etməsinə yarayacaq "əsrin müqaviləsi" kimi səciyyələndirdiyi planın detalları ortaya çıxıb. Misirli mənbələr, Vaşinqton və Qahirə rəhbərliklərinin, Misirin Sina bölgəsində Fələstinlilər üçün yeni bir yaşayış məntəqəsi qurmaq üzrə razılaşdığını bildirib.
     

    Muxalifet3 - 28-06-2018

  6. Klinikanın qarşısında ölümlə savaşan şəxsə niyə yardım göstərilmədi? - “Yeni Med” SƏBƏBİ AÇIQLADI - VİDEO

    “20 Yanvar” stansiyasının yaxınlığındakı “Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb. Yayılan videogörüntülərdə bildirilir ki, ətrafdakılar dəfələrlə klinikadakı həkimlərin həmin şəxsə kömək etməsi üçün təkid etsələr də, onlar heç bir yardım göstərməyib. Əraziyə çağrılan təcili yardım da vaxtında çata bilməyib. Nəticədə sakinləri özləri həmin şəxsi Respublika Klinik Xəstəxanasına aparıblar. Həmin şəxsin yolda keçindiyi bildirilir.

    Məsələ ilə bağlı “Yeni Med” klinikası ilə əlaqə saxladıq.

    Muxalifet2 - 28-06-2018

  7. 16 yaşlı oğlan özünü asdı - FÜZULİDƏ İNTİHAR

    Füzuli rayonunda intihar hadisəsi baş verib.

    Muxalifət.az report-a istinadən xəbər verir ki, rayonun Babı kənd sakini 2002-ci il təvəllüdlü Abuzər Qasımov yaşadığı evdə özünü asaraq intihar edib.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

    Muxalifet2 - 28-06-2018

  8. Ordumuz 20 minlik heyətlə genişmiqyaslı TƏLİMLƏRƏ BAŞLAYIR

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

    Muxalifet2 - 28-06-2018

  9. Putin və Tramp bu məsələlərdə RAZILAŞACAQ – Britaniyadan SOS

    “London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da böhran yarada bilər”.

    Muxalifət.az xəbər verir ki, bu haqda “The Times” qəzeti yazıb.

    Muxalifet2 - 28-06-2018

  10. “BAHALI DƏRMANLAR PAMPERS KİMİ QEYDİYYATA ALINIB” - Generalların işi ilə bağlı ŞOK FAKTLAR

    Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşasından sonra başlanan cinayət işinin istintaqında bəzi yeniliklərin olduğu barədə xəbər vermişdik. Belə ki, “AzPolitika.info” ya verilən məlumatda istintaqın Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük general-mayoru Sadiq Abduyevin, eləcədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovun məsuliyyətə cəlb olunması üçün əsasların olmadığı qənaətinə gəldiyi iddia edilirdi.

    Muxalifet2 - 28-06-2018

  11. Rəşad Babayevə Gömrükdə yüksək VƏZİFƏ VERİLDİ

    Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib. R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

    Xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

    Muxalifet2 - 28-06-2018

  12. MÜSƏLMANLARA QARŞI “AVROPASAYAĞI SUSURLUQ” ƏMƏLİYYATI –Fransada millətçi, faşist təşkilatlar niyə gücləndirilir? - ARAŞDIRMA

    “Paris, Korsika və bəzi şəhərlərdə müsəlmanlara qarşı hücum hazırlığında olan ifrat sağçı təşkilata mənsub 10 nəfər saxlanılıb!”

    Kəşfiyyat, polis və media tərəfindən yayılan bu “xəbər” Fransada bomba kimi partlayıb. İzahı da həmən belə verilir: “Vətəndaş müharibəsi hazırlığında olan, vətəndaş müharibəsini təhrik edən qrup…”

     

    Həyəcan siqnalı verildi

     

    Muxalifet2 - 28-06-2018

  13. Tehran 5 ölkəni ABŞ-a qarşı BİRLƏŞMƏYƏ ÇAĞIRDI

    İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin” görüşünün keçirilməsini təklif edib.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

    Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) arasında 2015-ci ildə əldə olunan razılaşmadan çıxdıqlarını elan edib. Tramp İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

    Muxalifet2 - 28-06-2018

  14. Gömrükçülər Azərbaycan vətəndaşından şübhələnib, xəstəxanaya apardı – ƏMƏLİYYAT

    Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

    Muxalifet2 - 28-06-2018

  15. Türk ordusundan PKK-ya ağır zərbə – 10 ÖLÜ

    Türkiyə Silahlı Qüvvələri Bitlis bölgəsində PKK terror qruplaşmasına ağır zərbə endirib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.

    Məlumata görə, əməliyyat nəticəsində PKK terror qruplaşmasının 10 üzvü zərərsizləşdirilib.

    Bölgədə əməliyyatlar davam etdirilir.

    Muxalifet2 - 28-06-2018

  16. Arvadı ilə internetdə tanış olan oğlana qarşı dəhşətli əməl – TƏFƏRRÜAT

    Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1980-ci il təvəllüdlü Rəvan Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qətl hadisəsi Ağdaş rayon mərkəzində, M.Ə.Rəsulzadə küçəsində baş verib. Rayon sakini Rəvan Bağırov ov tüfəngindən açdığı atəşlə həmyerlisi, 1991-ci il təvəllüdlü Kamil İsmayılovu vurub. Kamil İsmayılov aldığı xəsarətdən hadisə yerində ölüb. Müəyyən edilib ki, Rəvan Bağırov arvadı Röyanın istifadəsində olan “Asus” markalı planşet telefon aparatına baxıb.

    Muxalifet2 - 28-06-2018

  17. “Avropa Şurası ilə Azərbaycan arasında bizə məlum olmayan danışıqlar gedir...” - NATİQ CƏFƏRLİ

    “...Bu danışıqların nəticəsi olaraq çox güman ki, Azərbaycan hökuməti tərəfindən də müəyyən addımlar atılacaq”

    Muxalifet4 - 28-06-2018

  18. “Nəyə görə 50 milyonun köməyindən istifadə olunmur?” - DİASPOR SİYASƏTİ HAQDA

    “Bizdə xaricdə yaşayan azərbaycanlı ölkənin daxilində baş verən bir hadisəyə münaisbət bildirəndə düşmən kimi qəbul edirlər”

    Muxalifet4 - 28-06-2018

  19. Təyyarə ŞƏHƏRİN İÇİNƏ DÜŞDÜ: ÖLƏNLƏR VAR

    Hindistanda dövlətə məxsus bir təyyarə şəhər mərkəzinə düşüb. Qeyri rəsmi məlumatlara görə, 5 nəfər həyatını itirib.
     
    Hindistanın Mumbai şəhərində, əyalət rəhbərliyinə aid bir təyyarə düşüb. Təyyarənin əhalinin sıx olduğu yüksək bir bölgəyə düşdüyü qeyd olunub.
    Hələ rəsmi bir açıqlama verilməsə də, hadisə yerindən ilk gələn məlumatlara görə, 5 nəfər ölüb, yaralananlar haqda isə hələlik məlumat verilməyib.
    Müxalifət.az

    Muxalifet3 - 28-06-2018

  20. Bakının təşəbbüsü ilə hazırlanan bəyanat BMT-də səsləndirildi

    BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə davam edən 38-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü, 126 BMT üzv dövlətinin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həmmüəllifliyi ilə Birgə Bəyanat səsləndirilib.
    Bu barədə Muxalifet.az-a XİN-dən məlumat verilib.
    Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənib.

    Muxalifet - 28-06-2018

Pages