Axtarış
The search found 105817 results in 0.067 seconds.
Search results
Bugünkü dəhşətli tıxac 20 gün davam edəcək – RƏSMİ
Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxaca səbəb olan Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində aparılan işlər hələ təxminən 1 aya qədər davam edəcək. Bu sözləri Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə əlaqədar həmin istiqamət üzrə hərəkətin qismən məhdudlaşdırılması səbəbindən yaranan böyük tıxacdan danışarkən deyib. A.Nəcəfli bildirib ki, təmir hələ yeni başlayıb və mərhələləi şəkildə davam edəcək: “Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq.
Muxalifet2 - 27-06-2018
Türkiyədə qaliblərin görüşü başladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 17:00-da MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.Muxalifet.az xəbər verir ki, Ərdoğan-Baxçalı görüşündə AKP-dən olan bəzi nazirlərin və MHP sədrinin müavinlərinin də iştirakı gözlənilir.
Xatırladaq ki, AKP və MHP 24 iyunda keçirilən prezident və parlament seçkilərində Cümhur İttifaqı ilə iştirak edib. Ərdoğanın formalaşdıracağı yeni hökumətdə MHP nümayəndələrinin də olacağı istisna edilmir.
***Muxalifet - 27-06-2018
İranın ali rəhbəri ölkədə korrupsiya faktlarının olduğunu etiraf edib
“İran Məhkəmə Hakimiyyəti vətəndaşların iqtisadi təhlükəsizliyini pozanlara qarşı mübarizədə hökuməti dətəkləməlidir”.“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali rəhbəri, Ayətullah Seyid Əli Xamənei İran Məhkəmə Hakimiyyətinin sədri Sadiq Laricani və qurumun əməkdaşları ilə görüşdə ölkədəki vəziyyəti dəyərləndirərkən vurğulayıb.Muxalifet - 27-06-2018
Afrindəki silsilə partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB
Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 15 nəfər yaralanıb.
Bildirilib ki, partlayışın məsuliyyətini terrorçu PKK qruplaşması öz üzərinə götürüb.16:28
Suriyanın Hələb əyalətinin Afrin rayonunda silsilə partlayışlar nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.Muxalifet - 27-06-2018
Afrinə BOMBALI HÜCUM: PKK ÜZƏRİNƏ GÖTÜRDÜ
Suriyanın Afrin rayonu mərkəzində keçirilən iki bombalı hücumda ilkin məlumatlara görə, 10 adam həyatını itirib, 20 nəfər yaralanıb. Qəddar hücumu terror təşkilatı YPG/PKK tərəfdarı olan Afrin Şahinləri adlı qrup üzərinə götürüb.
Terror təşkilatı YPG/PKK tərəfdarı olan Afrin Şahinləri adlı qrup, Afrindəki bombalı hücumlarını onların həyata keçirdiklərini bildiriblər.Muxalifet3 - 27-06-2018
Nazirlik isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.ETSN-nın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, iyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.Muxalifet - 27-06-2018
“Nar” korporativ müştərilərlə görüş keçirib
İyun ayının 22-də “Nar” operatoru özünün korporativ müştəriləri ilə görüş keçirib. 249 şirkət nümayəndəsinin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsindən ibarət idi. Qeyd edək ki, görüşdə “Nar” ilə əməkdaşlıq edən şirkətlərlə yanaşı, mobil operatorun abunəçisi olmaları üçün hazırda danışıqlar aparılan şirkətlərin nümayəndələri də iştirak edirdilər.
Muxalifet4 - 27-06-2018
Azərbaycanda QHT-lərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb - AŞPA
İyunun 27-də AŞPA-nın yay sessiyasında Lüksemburqdan deputat İv Kruşenin bəzi AŞ ölkələrində vətəndaş cəmiyyəti hüquqlarının pozulması haqda sənədi qəbul ediib.
Pozuntulara yol verən ölkələr arasında Azərbaycanın da adı qeyd olunur. Ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin ciddi pisləşdiyi bildirilir.
Bundan öncə AŞ hakimiyyəti QHT-lər haqqında qanunvericiliyi ləğv etməyə və Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırıb.Muxalifet3 - 27-06-2018
Bakı şəhərinin baş planının hazırlanmasına 4 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Muxalifet - 27-06-2018
ABŞ-dan Dehliyə təklif: “Rusiyadan alma, biz verək”
ABŞ Hindistana S-400-ün yerinə THAAD sistemləri almasını təklif edəcək.Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Ekonomik Tayms” qəzeti yayıb. Vaşinqtonun bu təklifi iki ölkənin müdafiə və xarici işlər nazirlərinin 6 iyuldakı görüşündə səsləndirəcəyi bildirilib.
Hələlik rəsmi Dehlinin hansı silaha üstünlük verəcəyi bilinmir.
Qeyd edək ki, Rusiya ilə Hindistan arasında S-400 satışıyla bağlı saziş, demək olar ki, tam razılaşdırılıb. Amma hələlik müqavilə imzalanmayıb.Muxalifet - 27-06-2018
Erməni idmançıya 4 illik cəza verildi
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) erməni idmançısı Hripsime Xurşudyanı bütün yarışlardan kənarlaşdırıb."Report" qurumun saytına istinadən xəbər verir ki, atlet qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə 4 illik diskvalifikasiyaya məruz qalıb.
Onun cəzası 2016-cı il iyunun 17-dən hesablanacaq və 2020-ci il iyunun 17-də başa çatacaq.
Qeyd edək ki, H.Xurşudyanın 2012-ci il London olimpiadasındakı bürünc medalı da əlindən alınıb. O, dopinqdən istifadə etdiyinə görə 2016-cı ildəki Rio Olimpiya Oyunlarında iştirakdan məhrum edilib.Muxalifet - 27-06-2018
Dünya çempionatları tarixində ən tez sarı vərəqə ilə cəzalandırılan oyunçu!
Meksika milli komandasının futbolçusu Xesus Qalyardo dünya çempionatları tarixində ən tez sarı vərəqə alan futbolçu olub. Muxalifet.az məlumatına görə, 24 yaşlı müdafiəçi DÇ-2018-in F qrupunun 3-cü oyununda İsveçlə matçın 15-ci saniyəsində sarı vərəqə ilə cəzalandırılıb. O, rəqib futbolçu Ola Toyvonenə qarşı kobudluq edib. Qeyd edək ki, Meksika - İsveç matçında birinci hissə oynanılır və hesab açılmayıb.
Muxalifet - 27-06-2018
Miloşeviçin arvadı da hədəfə çevrildi: 1 illik həbs
Serbiya məhkəməsi Yuqoslaviyanın eks-prezidenti Slobadan Miloşeviçin həyat yoldaşı Mirian Markoviçi 1 illik həbs cəzasına məhkum edib.Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Serbiya Milli Televiziyası yayıb. Markoviçin dövlət mənzilləriylə bağlı qanunsuz xərcləmələrdə ittiham edildiyi bildirilib.
Qeyd edək ki, Markoviç 2005-ci ildən beynəlxalq axtarışdadır. O, hazırda Rusiyada yaşayır.Muxalifet - 27-06-2018
Naxçıvan baş nazirinin birinci müavini vəzifəsinə təyinat olub
Naxçıvan baş nazirinin birinci müavini vəzifəsinə təyinat olub.Muxalifet.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də Elşad Məmmədqulu oğlu Əliyevin Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, E.Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsində çalışırdı.Muxalifet - 27-06-2018
İrəvan təşvişdə: Ərdoğan Putini razı salır...
Ərdoğanın zəfəri təkcə Qərb üçün deyil, eyni zamanda Ermənistan üçün pis xəbərdir. Bunun ən vacib səbəbi isə Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Sputnik ” agentliyinə Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasını şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov deyib.Muxalifet3 - 27-06-2018
FHN dağlıq ərazidəki yanğınla bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə quru ot və kol-kos yanır.
FHN-dən bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Muxalifet3 - 27-06-2018
Nazir vəzifədən kənarlaşdırıldı - Sərəncam
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Elşad Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin digər fərmanı ilə Elşad Əliyev Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini təyin edilib.Muxalifet3 - 27-06-2018
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Muxalifet3 - 27-06-2018
Rusiyanın Qarabağı qaytarması üçün Azərbaycan bu 3 ağır şərti QƏBUL ETMƏLİDİR - VİDEO
Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var. Muxalifet.az xəbər verir ki, bunu bu gün Beynəlxalq Mətbuat Mərkəzində Uluslararası Qarabağ forumunda çıxışı zamanı politoloq Elxan Şahinoğlu deyib. “Şərtlər budur: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olması və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi”, - politoloq bildirib. O qeyd edib ki, Kremlin şərtləri ilə razılaşmaq risklidir: “Çünki Bakı Kremlin şərtlərini qəbul edərsə, bu, Bakının Qərblə münasibətlərində suallar yaradacaq.
Muxalifet3 - 27-06-2018
Bakının bir hissəsi susuz qalacaq
Sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
Muxalifet3 - 27-06-2018