Axtarış
The search found 105817 results in 0.098 seconds.
Search results
“Instagram” videoçat funksiyasını işə saldı
“Instagram” yeni videoçat funksiyasını işə saldığını elan edib.
Muxalifet.az xəbər verir ki, bu haqda məlumat “Instagram”ın rəsmi blogunda dərc olunub.
Videoçat servizindən “iOS” və “Android” əməliyyat sistemlərində “Instagram” işlədən istifadəçilər yararlana biləcək.
Bunun üçün istifadəçinin şəxsi ismarıclar (direct) bölməsinə daxil olub, bir və ya bir neçə həmsöhbətini seçməsi və ya artıq mövcud olan çat pəncərəsində yuxarı sağ küncdə olan kamera ikonunu sıxması lazım gələcək.Muxalifet3 - 27-06-2018
DÇ-2018-də sensasiya: Dünya çempionları mübarizəni dayandırdı
Futbol üzrə dünya çempionatında F qrupuna yekun vurulub.
Muxalifet.az xəbər verir ki, çempionatda ilk sensasiya reallaşıb.
Belə ki, son dünya çempionları Almaniya Cənubi Koreya millisinə 0:2 uduzaraq qrup sonuncusu olub. İsveç isə Meksikaya 3:0 qalib gələrək qrup lideri kimi adını 1/8 finala yazdırıb. Beləliklə, İsveçlə Meksika pley-offda mübarizə aparacaq, koreyalılar və almanlarsa vətənlərinə geri dönməli olacaqlar.
Muxalifet3 - 27-06-2018
Putindən Boltona: Ümid edirəm ki... - YENILƏNIB
Rusiya Prezidenti Vladimir Putin Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşüb.
Muxalifet.az xəbər verir ki, Putin Boltona görüşün tərəflər arasında əlaqələrin inkişafına təkan olacağına ümid etdiyini bildirib.
2 saat davam edən görüşdə XİN rəhbəri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu da iştirak edib.
Muxalifet3 - 27-06-2018
İlham Əliyevdən Trampın iki məktubuna reaksiya
Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Eis Uelsi qəbul edib.
Muxalifet3 - 27-06-2018
Pensiyaçılara ŞAD XƏBƏR: Maaşlar qaldırılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.
Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Muxalifet3 - 27-06-2018
DSQ inqilabçıları Rakkadan çıxardı: lider və 2 oğul girov düşdü
Demokratik Suriya Qüvvələri ilə Rakka İnqilabçıları Briqadası arasında şiddətli qarşıdurma yaşanıb.
Muxalifet.az xəbər verir ki, qarşıdurma nəticəsində DSQ inqilabçıları Rakka şəhərindən çıxarıb. Bundan əlavə, DSQ inqilabçıların liderini girov götürüb.
İnqilabçıların lideri Əbu İssa ilə 2 oğlu və döyüşçüləri DSQ-ya təslim olub. Onların Eyn İssada həbsdə saxlanıldığı bildirilib.
Muxalifet3 - 27-06-2018
Nazirlikdən sahibkarlara müraciət: Xəbərdarlıq...
Kənd Təsərrüfatı Nazirliyi bitkilərin toxumçuluğu, tingçiliyi, istehsalı və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Muxalifet3 - 27-06-2018
Dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb
Son 5 ildə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı azalıb.
Muxalifet.az xəbər verir ki, Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə enib.Muxalifet3 - 27-06-2018
19 yaşlı qız oğlanı mişarla "zorladı" - FOTO
Qadın keçmiş sevgilisini onunla cinsi əlaqədə olmağa məcbur edib.
Muxalifet.az sputniknews-a istinadla xəbər verir ki, ABŞ-ın Montana ştatında yaşayan Samantha Ray Mears adlı 19 yaşlı qadın oğurluq, sevgilisinə qarşı zorakılıq, polisə itaətsizlik etdiyinə görə saxlanılıb.
O, əlinə mişar alaraq keçmiş sevgilisinin evinə basqın edib, mişarla oğlanı qorxudub və cinsi əlaqədə olmağa məcbur edib.
Oğlan cinsi əlaqədən sonra qaçaraq polisə müraciət edib. O, Mearsın yataq otağında mişarla çılpaq halda çəkilən görüntülərini də polislərə sübut kimi göstərib.Muxalifet3 - 27-06-2018
Xəbərdarlıq: Anomal istilər bu vaxta qədər davam edəcək
Sinoptiklər Bakıda və Abşeron yarımadasında anomal istilərlə bağlı xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin iyulun 2-dək davam edəcəyi, havanın maksimal temperaturunun 35-38°, bəzi yerlərdə 40° isti olacağı gözlənilir.
Muxalifet3 - 27-06-2018
Erməni futbolçu Bakıya gələcəkmi?
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Proqres" erməni futbolçusu Aleksandr Karapetyanı ölkəmizə gətirməyəcək.
Muxalifet.az xəbərə verir ki, bu barədə klubun meneceri Tomas Qilqemann məlumat verib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə görə bu addımı atıblar:
"O, yaxşı fiziki formadadır və Azərbaycana getmək istəyir. Ancuq bu məsələdə qərar futbolçuya yox, bizə məxsusdur. Klub rəhbərliyi futbolçunun təhlükəsizliyini qorumaq və lazımsız riskdən qaçmaq üçün bu addımı atıb".Muxalifet3 - 27-06-2018
In generalı edam etdirdi
Şimali Koreyada ölkənin rəhbəri Kim Çen Inın göstərişi əsasında general-leytenant Xyon Çu Son edam edilib.
Muxalifet.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.
Yüksək çinli zabiti Pxenyanda, hərbi akademiyanın ərazisində güllələyiblər. O, “səlahiyyətlərini aşmaqda”, “düşmənə vasitəçilik etməkdə” və “kompartiyaya qarşı fəaliyyətdə” təqsirli bilinib.Muxalifet3 - 27-06-2018
“Facebook” uçan internet layihəsindən vaz keçdi
“Facebook” şirkəti yerə internet ötürən xüsusi dronların yaradılması planından vaz keçib.
Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, şirkət rəhbərliyi məlumatı təsdiqləyib.
“Aquila” layihəsini sosial şəbəkə nəhəngi 2014-cü ildə elan etmişdi. Sınaqlarda pilotsuz uçan aparatlar uzunmüddətli uçuşlara tab gətirə bilməyib.
Testlərin birində “Facebook” dronunun qanadı qırılıb və yüksək sürətlə yerə çırpılıb.Muxalifet3 - 27-06-2018
Siqaret çəkənlər DİQQƏT: Qiymətlər 3 dəfə qaldırılır – QANUN
İyul ayının 1-dən Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılır.
Muxalifet.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb.
Qanuna görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə görə 20 manat rüsum tətbiq ediləcək. Mövcud qanuna görə isə bu rüsum 10 manatdır.Muxalifet3 - 27-06-2018
Neft bahalaşır
Dünya bazarlarında “Brent” markalı neftin qiyməti artmağa davam edir.
Muxalifet.az xəbər verir ki, son birja sövdələrinə görə, neftin bir bareli 78,05 dollara satılıb.
Ötən günlə müqayisədə bu markalı neftin 3,24 faiz bahalaşdığı bildirilir.
Fransanın neft nəhəngi sayılan “Total” şirkətinin baş direktoru Patrik Puyanne, yaxın aylarda neftin bir barelinin 100 dollardan baha qiymətə satılacağını proqnozlaşdırır.
Muxalifet3 - 27-06-2018
Xamenei İrandakı iğtişaşlar haqqında danışdı
İranın ali dini lideri ayətullah Əli Xamenei ölkəsində baş alan iğtişaşlardan sonra ilk bəyanatı ilə çıxış edib.
Muxalifet.az xəbər verir ki, Xamenei ədliyyə sistemi nümayəndələri ilə keçirdiyi görüşdə hadisələrlə bağlı mövqeyini açıqlayıb.
“Ədliyyə sistemi ölkədəki vətəndaşların iqtisadi təhülkəsizliyini risk altına atan şəxslərə qarşı mübarizədə hökumətə dəstək olmalıdır.
Əminlik atmosferi yaratmaq lazımdır, insanlar bilməlidir ki, bütün çətinliklər aradan qalxacaq”, - deyə ayətullah bildirib.Muxalifet3 - 27-06-2018
Türkiyədən tarixi qərar: Suriyadan idxala icazə verildi
Türkiyə hökuməti Suriyadan kartof idxalına icazə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybəkçi verib.
O qeyd edib ki, kartofun kilosunun 6 Türk lirəsi olması (2,20 AZN) belə bir addım atılmasına səbəb olub. Türkiyənin nəzarətində olan Suriya torpaqlarından idxalın sərbəstliliyinə icazə veriləndən sonra 4 min ton kartof Türkiyəyə keçirilib.
Muxalifet3 - 27-06-2018
BMT-dən xəbərdarlıq: İsraillə gərginlik artacaq
Suriyanın cənub-qərbində artan qarşıdurmalar regional təhlükəsizlik və sabitlik üçün risklidir, İsrail ilə də gərginliyi artıracaq.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura bildirib.
Mistura Suriyanın cənub-qərbindəki hava hücumları və bombardmandan narahat olduğunu və burada da Şərqi Quta və Hələbdəki kimi vətəndaşların ölümünə icazə verməyəcəklərini qeyd edib.
Muxalifet3 - 27-06-2018
İki türk ölkəsi Rusiyaya qarşı: Tarixi qərar gözlənilir
Özbəkistan latın əlifbasına keçməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, ölkə sonuncu dəfə 2005-ci ildə kiril əlifbasından imtina etməyə cəhd etsə də, bununla bağlı hazırlanmış proqram müzakirələrdən sonra ləğv edilmişdi.
Artıq bununla bağlı yekun qərar qəbul edilib. Belə ki, hökumətə təqdim edilən yeni proqram təsdiqlənib.
Qərara əsasən, yeni əlifbaya keçid 2021-ci ilədək başa çatacaq.
Hökumətin bu qərara islahatçı Prezident Şavkat Mirziyoyevin Qazaxıstan lideri Nursultan Nazarbayevlə aparıdığı danışıqlardan sonra gəldiyi bildirilir.Muxalifet3 - 27-06-2018
“Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin" – Millət vəkili
Millət vəkili Adil Əliyev Almaniyada yaşayan azərbaycanlılarla növbəti görüşünü keçirib.
Muxalifet.az gununsesi.info-ya istinadən xəbər verir ki, soydaşlarımız qarşısında çıxış edən deputat onları Azərbaycan maraqlarını müdafiə eləməyə çağırıb.
O, ölkəmizin inkişaf etdiyini, dünyada güclü mövqeyə sahib olduğunu da deyib.Muxalifet3 - 27-06-2018