Axtarış
The search found 105817 results in 0.094 seconds.
Search results
Şabranda narkotik bağbanı həbs edildi - ƏMƏLİYYAT
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis bölməsi və Şabran xətt Pplis məntəqəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyunun 27-də daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Telman Alışov saxlanılıb.
Muxalifet2 - 28-06-2018
Putinin emissarının Əliyevə gətirdiyi mühüm mesaj – İRƏVAN NİYƏ TƏLAŞLANIB?
Nikol Paşinyanın Qarabağ xofu – İrəvan Azərbaycan prezidentinin qarşına kimi çıxaracağını bilmir; baş nazir prezidentin dalında gizlənir – iki səbəb; erməni nəşri: “Parad göstərdi ki, Bakı Rusiya, ABŞ və İsrailin dəstəyini alıb...”
Muxalifet2 - 28-06-2018
Təhsildə diplom saxtakarlığı – NAZİR BİR NEÇƏ DİPLOMU LƏĞV ETDİ
Təhsil naziri Ceyhun Bayramov vətəndaş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilən saxta diplomun ləğv olunması və onun yeni diplomla təmin edilməsi ilə bağlı əmr imzalayıb.
Muxalifet2 - 28-06-2018
Əkin sahələrini yandıranlar cərimələnəcək - XƏBƏRDARLIQ
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən əkin sahələrinin yandırılması inzibati məsuliyyət yaradır.
Komitədən verilən məlumata görə, aparılan müşahidələrə əsasən, mövsümi biçin işlərinin başlanması nəzərə alınaraq kənd təsərrüfatı məhsulları əkilmiş, o cümlədən taxıl sahələrinin biçinindən sonra yandırılması halları müşahidə edilir. Əhalinin nəzərinə çatdırılır ki, təsərrüfatlarda kövşənin, yəni məhsulu biçilmiş əkin sahələrinin yandırılması qadağandır və bu işlərə yol vermiş şəxslər cərimələnəcəklər.
Muxalifet2 - 28-06-2018
Erməni qadından Aprel döyüşləri haqda şok: 15 ƏSGƏRİ...
Aprel müharibəsi zamanı işğalçı Ermənistan ordusu 15 əsgərini tanklarla birlikdə Cəbrayıl rayonunun tərk edilmiş kəndlərindən birinə atıb. Bu əsgərlər 6 ay ərzində xarabalıqlarda yaşayıb və xidmət keçdikləri hərbi hissəni görməyiblər.
Muxalifət.az xəbər verir ki, bu barədə epress.am saytı yazıb. Cəbrayıla atılmış 15 əsgərdən birinin xalasının sözügedən sayta verdiyi məlumata görə, ali təhsili olan həmin əsgəri əvvəlcə Oktemberyana (Ermənistan) çağırıblar, 6 aydan sonra isə Qarabağa göndəriblər:
Muxalifet2 - 28-06-2018
Pentaqon Menbiçdən fotoları yaydı – MƏQSƏD
Türkiyə və ABŞ Silahlı Qüvvələri Suriyanın Menbiç şəhərində patrul xidmətinə başlayıblar. Ayrı-ayrılıqda həyata keçirilən əməliyyatların ilk görüntüləri yayılıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaydığı foto-şəkillərdə ABŞ hərbçilərinin türk hərbi birliklərini müşayiət etdiyi də diqqətdən yayınmır.
“Defense Post” yazır ki, ABŞ hərbçiləri patrul xidmətini yerinə yetirən Türkiyə hərbi birliklərini müəyyən məsafələrdən müşahidə altında saxlayır.
Muxalifet2 - 28-06-2018
Boşanmaları artma səbəbləri - DÖZÜMSÜZLÜK, YOXSA?..
Cəmiyyət “mühəndisləri” çıxış yollarından danışdılar
Son illərdə Azərbaycanda boşanan ailələrin sayı kəskin artıb. Statistika da bunu təsdiq edir. Dövlət Statistika Komitəsinin bu günlərdə yaydığı məlumata görə, ilin ilk 4 ayı ərzində 17 715 nikah, 4884 boşanma halı qeydə alınıb. Beləliklə, əhalinin hər 1000 nəfərinə münasibətdə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.
Muxalifet2 - 28-06-2018
Fazil Məmmədov təcili TÜRKİYƏYƏ APARILDI
Sabiq vergilər naziri Fazil Məmmədovun vəziyyəti pisləşdiyi üçün təcili Türkiyəyə aparılıb.
F.Məmmədovun yaxınlarından Unikal.org-a verilən məlumata görə, sabiq nazirin qaraciyərində problem yarandığı üçün Türkiyədəki məşhur xəstəxanalardan birinə yerləşdirilib.Muxalifet2 - 28-06-2018
Türkiyəni “CAATSA” QANUNU İLƏ HƏDƏLƏYİRLƏR
ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya əlaqələrindən məsul müavini Wess Mitçel, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini satın almaqdan imtina etmədiyi təqdirdə F-35 döyüş təyyarələrinin Türkiyəyə təhvil verilməsinin təhlükəyə girəcəyi xəbərdarlığı edib.
“Reuters”-in xəbərinə görə, dünən ABŞ Senatına məlumat verən Wess Mitçel, Türkiyənin S-400-ü satın aldığı təqdirdə, ABŞ prezidenti Donald Tramp tərəfindən keçən il qüvvəyə minən sanksiya aktının şamil olacağını bildirib.Muxalifet3 - 28-06-2018
MHP və xarici sərmayədən asılı iqtisadiyyat –Ərdoğanın qarşısına çıxacaq iki əsas maneə - TƏHLİL
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan son siyasi məqsədinə – ölkədə ilk dəfə xalq tərəfindən seçilmiş icra hakimiyyətinin ali başçısı olmaya yetişib. İyunun 24-də keçirilən seçkidə o, səslərin təxminən 53 faizini alıb. Bir il əvvəl isə Ərdoğan Türkiyənin parlament demokratiyasını yüksək dərəcədə mərkəzləşdirilmiş prezident sisteminə çevirmək üçün konstitusiya dəyişikliklərini həyata keçirib. İndi bu dəyişikliklər tam şəkildə qüvvəyə minəcək.
Muxalifet2 - 28-06-2018
Lənkəranskinin adamlarına HÖKM OXUNDU - CƏZA
Quldur dəstəsi yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Araz Fərəcov 10 il, Vüqar Musayev 9 il, Renad Zahirov 9 il, Eltən Əliyev 8 il 6 ay, Xəyyam Qurbanlı 5 il və Elməddin Şahbazov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet2 - 28-06-2018
"İran Yaxın Şərqə raket göndərib terrorçulara dəstək verir" - ABŞ və Rusiya ÜZ-ÜZƏ
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Heyli İranla bağlı növbəti açıqlama verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, M.Heyli İranı Yaxın Şərqə silah göndərmək, səyahət qadağalarına meydan oxumaq və terror təşkilatlarına dəstək verib bölgənin sabitliyi pozmaqda ittiham edib.
Daimi təmsilçi yazılı açıqlamanı BMT-nin Təhlükəsiz Şurasında ABŞ-ın geri çəkildiyi nüvə razılşamasına dair toplantısından öncə verib.
Muxalifet2 - 28-06-2018
Almanlar, Cənubi Koreya məğlubiyyətini də ƏRDOĞANA BAĞLADILAR
Cənubi Koreyaya 2-0 məğlub olaraq Dünya Kubokundan ələnən Almanlar bunun səbəbkarı olaraq Ərdoğanı gördülər.
Almaniyanın “ZDF” kanalı, Dünya Kubokundakı uğursuzluğu Türk əsilli Alman futbolçular Məsud Özil və İlkay Gündoğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bir araya gəlməsinə bağladı.
LAĞ MÖVZUSU OLDULAR
Muxalifet3 - 28-06-2018
Sumqayıtda dənizdən meyiti tapılan kişinin oğlu tərəfindən öldürüldüyü MƏLUM OLDU
Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Mikayıl İsfəndərovu oğlu 21 yaşlı İsmayıl İsgəndərov bıçaqlayaraq Xəzər dənizinə atıb.
İ.İsgəndərov saxlanılıb.
Muxalifet2 - 28-06-2018
İntiqam Hümbətova bu nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Nazirlikdən Kult.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.
Yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.
Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.
Muxalifet2 - 28-06-2018
Rusiyadan toyuq əti idxalı məhdudlaşdırıldı - “QUŞ QRİPİ” TƏHLÜKƏSİ
Yolçu Xanvəli: “Ölkəmizdə quş xəstəlikləri ilə əlaqədar sabitlikdir və önləyici tədbirlər həyata keçirilməkdədir”
Bu günlərdə “quş qripi” yenidən Rusiyaya geri dönüb. Belə ki, Beynəlxalq Epizootik Büro Rusiyanın Kursk, Penze, Samara bölgələrində yüksək patogen “quş qripi” aşkar edib. Bu səbəbdən Belarus və Qazaxıstan artıq Rusiyanın adıçəkilən ərazilərindən quş məhsullarının idxalını dayandırıb.
Muxalifet2 - 28-06-2018
PKK-nın yeni “Ərəb oyunu” İFŞA EDİLİB
Terror təşkilatı PKK-nın Suriya qolu YPG-nin yeni oyunu ifşa olub. Suriyanın şimalında Ərəblərin sıx yaşadığı bölgələrdə, terror təşkilatının lideri Abdulla Öcalanı Ərəb qiyafəsində göstərən bir fotoşəkil ortaya çıxıb. PKK-nın bu həmləsi, qatil Öcalanı Ərəblərə sevimli göstərməklə, bölgə xalqını yanına çəkməyə hesablanıb.
Muxalifet3 - 28-06-2018
“Buraxılış imtahanlarının cavabları yaxın günlərdə elan ediləcək” – DİM-DƏN AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının cavablarını yaxın günlərdə açıqlayacaq.
Muxalifet2 - 28-06-2018
“Yaxın vaxtlarda prezidentə olan xəyanətlərin üstünü açacam” - HAFİZ HACIYEV
"Biz Türkiyə ilə qardaş, bir millət, iki dövlətik və bunu davam etdirməliyik"
"Tahir Kərimli deyirdi ki, Heydər Əliyev gəlsə özümü öldürəcəm. Nə oldu, indi gedib parlamentdə oturur"
Muxalifet4 - 28-06-2018
Müharibə variantı reallaşır: İrəvanın Dağlıq Qarabağ PLANINA ZƏRBƏ
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi.
Muxalifet2 - 28-06-2018