Axtarış
The search found 105817 results in 0.074 seconds.
Search results
Düşmənin Ağdamda növbəti TƏXRİBATI
Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.
APA-nın xəbərinə görə, yanğın neytral ərazini keçərək cəbhəyanı kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.
Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.
Muxalifet2 - 28-06-2018
28 yaşlı kişi ÖZÜNÜ ASDI – Şabranda intihar hadisəsi
Şabran rayonunda intihar faktı qeydə alınıb.
Hadisə rayonun Çölquşçu kəndində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Amil Vəlizadə özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırmalar davam etdirilir/APA.
Muxalifet2 - 28-06-2018
“MÜQƏDDƏS YER”DƏN QAÇIŞ – Rusiya və Çin BMT-nin humanitar proqramlarına niyə müharibə elan edib?
Çin və Rusiya Tramp administrasiyasının insan hüquqları uğrunda mübarizədən imtina etməsindən və BMT-nin xərclərinin azaldılması üçün səylərindən ruhlanaraq mülki əhalini zorakılıqdan və seksual istismardan qoruyan sülhməramlı missiya proqramlarının bütün dünya üzrə azaldılmasına çalışırlar. Bunu diplomatlar və gizli sənədlər təsdiq edir.
Muxalifet2 - 28-06-2018
"Çudo Peçka”nın sahibi ev dustaqlığına çıxmaq istəyir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.Muxalifet.az xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb.
O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var. Vəkil müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilib ev dustaqlığı ilə əvəz olunmasını istəyib.Muxalifet - 28-06-2018
Alpinistlərin ölüm səbəbi məlum oldu
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb.Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib.
Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib.
Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub:Muxalifet - 28-06-2018
İran səfirliyi gömrükdəki olayı öz nəzarətinə götürdü
Astara gömrük-keçid məntəqəsində haqsızlığa uğrayan və oğlu ilə birgə İrana getməsinə birdəfəlik qadağa qoyulan azərbaycanlı müəllimin müraciətinə İran səfirliyindən reaksiya verilib.Bu barədə Muxalifet.az-a açıqlama verən Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə bildirib ki, bu gün 15:00 radələrində səfirliyin konsulluq şöbəsindən onunla əlaqə saxlayıblar:Muxalifet - 28-06-2018
"Trabzonspor" klubu "Qarabağ"ın keçmiş qapıçısı ilə maraqlanır
"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçə Türkiyənin "Trabzonspor" klubundan təklif gəlib.Muxalifet - 28-06-2018
Saakaşviliyə 6 il həbs cəzası verildi
Tiflis Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 2005-ci ildə deputat Valeri Gelaşvilinin döyülməsində günahkar bilib.Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb. Televiziya məhkəmənin Saakaşvilini 6 il qiyabi həbs cəzasına məhkum etdiyini bildirib.
Qeyd edək ki, Gürcüstan mətbuatının iddiasına görə, Gelaşvili Saakaşvilini təhqir etdiyi üçün döyülüb. Saakaşvili bu iş üçün o zamanın daxili işlər naziri Vano Merabişviliyə tapşırıq verib.Muxalifet - 28-06-2018
İŞİD-ə qoşulan azərbaycanlının uşaqları İraqdan çıxarıldı
Anası Azərbaycan, atası Rusiya vətəndaşı olan iki azyaşlı uşaq Rusiyanın baş konsulluğunun dəstəyi ilə İraqdan çıxarılıb.Report xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova bildirib.Muxalifet - 28-06-2018
Fazil Məmmədov Türkiyədə xəstəxanaya yerləşdirildi
Sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyə Respublikasının "American Hastanesində yerləşdirilib.F.Məmmədovun qohumlarının verdiyi məlumata görə, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb.
Hazırda sabiq nazir "American Hastahanesi"nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır.(apa)Muxalifet - 28-06-2018
Zərdabda əkin sahəsi yandı
Zərdabda əkin sahəsində güclü yanğın baş verib.Muxalifet.az apa-nın yerli bürosuna istinadən xəbərinə görə, bu gün gündüz saatlarında rayonun "32 hektar" adlanan ərazisinə bitişik, biçilmiş taxıl sahəsində başlayan yanğın tez bir zamanda daha geniş ərazini əhatə edib.
Yanğın zamanı Zərdab rayon sakini Zeynab Şamil qızı Hüseynovaya məxsus 200 bağlamadan artıq ot tayası tamamilə yanaraq kül olub.Muxalifet - 28-06-2018
AŞPA-nın yeni həmməruzəçisi: "Azərbaycana səfər etməyi planlaşdırırıq"
"Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya səfərinin tarixinin dəqiqləşdirilməsi üçün Azərbaycan dövlətinə rəsmi müraciət ünvanlanacaq".Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında AŞPA Monitorinq Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçi seçilən Rocer Geyl deyib.
O qeyd edib ki, rəsmi müraciətdə həmməruzəçilərin bundan sonra hansı formada fəaliyyət göstərəcəkləri barədə Azərbaycan hökumətinə məlumat veriləcək.Muxalifet - 28-06-2018
Bakıda qadın və kişi özünü binanın damından atmaq istəyib
Bakının Nəsimi rayonunda kişi dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.FHN-dən Muxalifet.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Oxşar hadisə paytaxtın Xətai rayonunda da baş verib.Muxalifet - 28-06-2018
Bakı-Sumqayıt yolunun təmirinə ehtiyac var idimi?
Bakı-Sumqayıt yolunun təmirə ehtiyacı var idi. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib. O gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir.Muxalifet - 28-06-2018
Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadıldı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbirinin uzadılıb.Muxalifet.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara əsasən, Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.Muxalifet - 28-06-2018
"Barselona"nın sabiq futbolçusu "Milan"da
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.Muxalifet.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İtaliya klubu “Hamburq”dan Alen Haliloviçi heyətinə qatıb. Bu gün tibbi müayinədən keçən xorvatiyalı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, bir ara “Barselona”nın da formasını geyinən 22 yaşlı forvard son olaraq icarə əsasında “Las-Palmas”da çıxış edib.Muxalifet - 28-06-2018
Nikol Mişa deyil, ermənilərin İvanaşvilisidir!
Ermənistan Baş naziri Nikol Paşinyanın fəaliyyət planı Bidzina İvanaşvilinin addımlarına daha çox bənzəyir.Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan” agentliyinə açıqlamasında gürcü hərbi ekspert Vaxtanq Maisaya deyib.
“Nikol Paşinyan Saakaşvilinin yolu ilə getmir. Hazırkı baş nazir milyarder İvanaşvilnin metodlarından istifadə edir”, – deyə o bildirib.Muxalifet - 28-06-2018
Azərbaycan və Ermənistan nazirləri görüşərsə... - Rusiya
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən məhsuldar nəticə gözləyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Əgər həqiqətən də bu görüş baş tutsa, effektiv nəticələr arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində duran problemlər üçün olduqca vacibdir”, - deyə XİN sözçüsü bildirib.
Muxalifet3 - 28-06-2018
Tayvanlı sənətçinin bu işləri hamını heyrətləndirir
Tayvanlı sənətçi Henq Çenq Yaponiya və Tayvan şəhərlərinin miniatür modellərini hazırlayıb.
Muxalifet.az xəbər verir ki, o, hətta öz otağının daxili hissəsinin də maketini yaradıb. Henq Çenq maketini hazırladığı subyektləri 48 dəfə kiçiltməyi bacarır.
Modelləri ən xırda detalına kimi hazırlayan sənətkarın əsərləri həm sosial mediada, həm də dünya mətbuatında maraqla qarşılanıb.
Muxalifet3 - 28-06-2018
Ermənistan prezidenti Bakıya gəlir - İDDİA
Ermənistanda prezident Armen Sarkisyanın yaxın zamanlarda Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yayılıb.
Muxalifet.az İstipress-ə istinadən xəbər verir ki, Sarkisyanın administrasiyasında işləyən mənbələr bu xəbəri ciddi-cəhdlə gizlədirlər. Ola bilər ki, səfər gizli olacaq.
Onlar sadəcə bildirirlər ki, Sarkisyan İrana gedəcək. Artıq bu barədə Armen Sarkisyanla İranın Ermənistandakı səfiri müzakirələr aparıb. Yer gəlmişkən baş nazir Nikol Paşinyan da İrana səfər edəcəyi barədə bəyanat verib.
Muxalifet3 - 28-06-2018