Axtarış

The search found 105817 results in 0.071 seconds.

Search results

  1. Türkmən liderdən PEŞMƏRGƏ XƏBƏRDARLIĞI

    Kərkükdəki Türkmənlərin lideri Erşet Salehi, “Peşmərgənin Kərkük və münaqişəli bölgələrə geri dönüşü böyük problemləri də bərabərində gətirəcək” deyib.
     
    İraq Türkmən Cəbhəsinin İTC) sədri Erşet Salehi, Peşmərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə Kərkükə geri dönmək istədiyini bildirib və bunun problemlərə yol açacağı xəbərdarlığını edib.

    Muxalifet3 - 28-06-2018

  2. Fədayə Laçınla bağlı istintaq yekunlaşdı:"İş yaxın günlərdə məhkəməyə göndəriləcək"

    Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov və digər 11 nəfərin işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

    Bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.

    Muxalifet2 - 28-06-2018

  3. Almaniyadan ilk: Bakı ilə hərbi ƏMƏKDAŞLIQ BAŞLAYIR

    Almaniyanın “Rheinmetall” korporasiyası Düsseldorfda Azərbaycanla əməkdaşlıq barədə danışıqlara başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Röyter” agentliyi yayıb.

    “Biz Azərbaycanla biznes aparılması imkanlarını müzakirə edirik. Danışıqlarda hər iki tərəf əməkdaşlıq niyyətlərini elan edib. Tərəflər arasında razılaşma silah embarqosu və ixracata nəzarət imkanlarını pozmayacaq. Bizim razılaşmamıza əsasən, Azərbaycana silah embarqosuna daxil edilən silahlar və xidmətlər təqdim edilməyəcək”, – deyə şirkətdən agentliyə bildirilib.

    Muxalifet2 - 28-06-2018

  4. Bu ölkədə yaşı 40-dan aşağı olanları XARİCƏ BURAXMIRLAR

    Türkmənistanda ölkədən xaricə çıxmaq üçün yaş həddi 40-a qaldırılıb.

    Bu barədə iyunun 28-də "Azadlıq" radiosunun türkmən xidməti məlumat yayıb. Saparmurad Türkmənbaşı,Yilanlı və Goroğlu rayonlarının sakinləri deyirlər ki, turist vizası almaq üçün miqrasiya xidmətinə müraciət etsələr də rədd cavabı alıblar. Onların sözlərinə görə, yuxarılardan gələn göstərişə əsasən xaricə getmək üçün yaş həddi 40-a qaldırılıb.

    Bunun nəyə görə edilməsi ilə bağlı suala gəldikdə isə məmurlar deyiblər ki, vilayətdə artıq əmək qabiliyyətli adam qalmayıb.

    Muxalifet2 - 28-06-2018

  5. Azərbaycanda anonim müalicə alan NARKOMANLARIN SAYI AÇIQLANDI

    Bu yanvarın 1-dək respublika üzrə 30131 nəfər narkoman qeydiyyatdadır. Onların 15139 nəfəri dispanser qeydiyyatındadır, 4992 nəfər profilaktik, 1031 nəfər anonim müalicə alır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, qeydiyyatda olanların 595 nəfəri qadındır. Onların 450 nəfəri dispanser, 145 nəfəri profilaktik qeydiyyatdadır. Toksikomanların ümumi sayı 212 nəfərdir, onların 207-si dispanser 5 nəfəri profilaktik qeydiyyatdadır. 2017-ci il ərzində 2115 narkoman qeydiyyata götürülüb.

    Muxalifet2 - 28-06-2018

  6. Erməni iş adamının şirkəti Azərbaycanda fəaliyyətə başladı - ŞOK

    Ötən il yerli mediada milliyətcə erməni biznesmenin Azərbaycanda iş quracağl barədə xəbərlər yayıldı. Məlumatda bildirilirdi ki, Tiqran Xudaverdiyanın “Yandeks.Taksi” şirkətinin ölkəmizdə nümayəndəliyi yaradılır.

    Ardınca 2017-ci ilin iyul ayında “Yandeks” və “Uber” şirkətlərinin Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişi üzrə xidmətlər və biznesin birləşdirilməsi barədə sazişin imzalandığı deyildi. Bu barədə qonşu ölkənin nüfuzlu mediası məlumat dərc etdi.

    Muxalifet2 - 28-06-2018

  7. Heyli İranı bu ölkəyə bənzətdi: "GÖZLƏRİMİZDƏ..."

    “Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcək”.

    Muxalifət.az  xəbər verir ki, bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

    “Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim gözlərimizdə daha bir Şimali Koreyadır”, - amerikalı diplomat deyib.

    Muxalifet2 - 28-06-2018

  8. Dövlət Baxçalının seçki sürprizi – TÜRKİYƏ HEYRƏTDƏ

    Türkiyədə 24 iyun seçkilərinin nəticələri ətraflı şəkildə nəzərdən keçirildikdə əhəmiyyətli sürprizlər və statistikalar ortaya çıxıb. Bu sürprizlərin ən böyüyünü isə Cümhur İttifaqına daxil olan MHP edib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, seçkilərdə ən diqqətçəkən məqamlar məhz Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində qeydə alınıb.

    Muxalifet2 - 28-06-2018

  9. PUTİNİN RƏQİB QAPILARINA VURDUĞU 3 QOL:"kiçik rus mədəsi" nisbətən böyük qələbələri həzm edə bilərmi? - TƏHLİL

    Rusiyada keçirilən Dünya çempionatı (DÇ)hazırda yeni prezidentlik müddətini təmin etmiş Vladimir Putinin qələbəsi kimi təqdim olunur. Qərb liderlərinin DÇ matçlarına tamaşaçı qismində qatılmaması həqiqət olsa da, Rusiya bu böyük beynəlxalq idman tədbirinə ev sahibliyi edərkən, bütün gözlənilən maneələri aşıb.

    Muxalifet2 - 28-06-2018

  10. Bazar yandı - 15 ÖLÜ, 70-dən ÇOX YARALI

    Keniyanın paytaxtı Nayrobi şəhərində bazarda güclü yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Qeyd edıək ki, Nayrobidə son doqquz ay ərzində bazarda baş vermiş iki yanğınla əlaqədar ölkə prezidenti araşdırma həyata keçirməyi tapşırıb.

    Muxalifet2 - 28-06-2018

  11. Azərbaycanda telekanallarla bağlı MÜHÜM YENİLİK - Nuşirəvan Məhərrəmli AÇIQLADI

    “Qalmaqallı verilişlərin artmasının səbəbi telekanalların reytinq marağı ilə bağlıdır. Problemi həll etmək üçün yeni reytinq ölçmə şirkətləri ilə əməkdaşlıq ediləcək”.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

    Şura sədrinin sözlərinə görə, qalmaqallı, sensasiya xarakterli verilişlər təkcə ölkəmiz üçün aktual deyil:

    Muxalifet2 - 28-06-2018

  12. “İranda propseslər ciddi dəyişikliklərə gətirib çıxarcaq” – QABİL HÜSEYNLİ

    “İnanmıram ki, İran vəziyyətdən çıxış yolu tapa bilsin” “Proseslərin son məntiqi yekuna çatması üçün azərbyacanlıların da qoşulması lazımdır” Son günlər Tehranda yenidən hökumət əleyhinə mitinqlər başlayıb. Bildirilir ki, buna səbəb milli valyutanın anidən ucuzlaşmasıdır. Aksiya iştirakçıları milli valyutanın ucuzlaşmasının səbəbi kimi İranın Yaxın Şərqdəki qruplaşmalara verdiyi dəstəyi göstərir. Etirazçılar “Diktatora ölüm!”, “Xameneyiyə ölüm”, “Fələstinə ölüm!” şüarları səsləndirir.

    Muxalifet4 - 28-06-2018

  13. Yunanıstanın Baş naziri:"Ərdoğanın nə edəcəyini qabaqcadan bilmək mümkün deyil"

    “Ərdoğan dünya siyəsətində güclü, son dərəcə təcrübəli, bir çox hallarda nə edəcəyi qabaqcadan bilinməyən siyasət adamıdır”.

    Bu sözləri Yunanıstanın Baş naziri Aleksis Çipras “Blumberq”in Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan barədə sualını cavablandırarkən deyib.

    Muxalifet2 - 28-06-2018

  14. Azər Qasımlı AZADLIĞA ÇIXDI –İnzibati həbs müddəti başa çatdı

    Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı azadlığa çıxıb. Muxalifət.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Qasımlı barəsində seçilən inzibati həbs müddəti başa çatıb. Xatırladaq ki, REAL üzvü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham irəli sürülmüşdü. Məhkəmənin qərarı ilə A. Qasımlı ötən ayın 29-u 30 sutka müddətinə azadlıqdan məhrum edilmişdi.

    Muxalifet2 - 28-06-2018

  15. AŞPA Gültəkin Hacıbəyliyə ÖMÜRLÜK QADAĞA QOYDU

    Azərbaycanı vaxtilə Avropa Şurası və Parlament Assembleyasında təmsil edən sabiq deputat, sonradan radikal müxalifətə keçən Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub.

    Bu barədə AŞ PA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi qərar qəbul edib.

    AŞPA üzvlərinin Korrupsiyası İttihamları üzrə Müstəqil İstintaq Orqanının dərc olunan məruzəsinə görə, G.Hacıbəyli etik kodeksi pozduğuna görə ona sanksiya tətbiq olunub.

    Muxalifet2 - 28-06-2018

  16. Putin və Trampın GÖRÜŞ TARİXİ BƏLLİ OLDU

    Kremldən edilən açıqlamada Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələcəyi açıqlanıb.
     
    Putin ilə Tramp arasında gözlənilən görüşün təfərrüatları nəhayət açıqlanıb. Putinin dünən Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonla söhbətindən sonra Kreml, iki liderin Finlandiyanın paytaxtı Helsinkidə bir araya gələcəyini bildirib.

    Muxalifet3 - 28-06-2018

  17. ABŞ təlimi dayandırdı, ordunu isə GERİ ÇƏKMİR

    ABŞ Cənubi Koreyadakı hərbi kontingentinin sayını azaltmayacaq.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis deyib. Onun sözlərinə görə, ABŞ-ın bir müddət öncə Cənubi Koreya ilə hərbi manevrləri dayandırması Koreya yarımadası probleminin həllinə yardımına edəcək.

    Muxalifet2 - 28-06-2018

  18. İtaliyada təhsil vizası QAYDALARI DƏYİŞDİ

    İtaliyanın Azərbaycandakı səfirliyi İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib.

    Səfirlikdən verilən məlumat da bildirilir ki, viza almaq üçün müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir.

    Məlumatda bildirilir ki, tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapı Kredi Bank Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir.

    Muxalifet2 - 28-06-2018

  19. Qadın qonaq getdiyi evdə özünü bıçaqladı - AĞSTAFADA

    Ağstafada bıçaqlanma hadisəsi baş verib.

    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Kəndə babası evinə qonaq gələn Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mustafayeva Şəhla Fərman qızı özünə bıçaqla xəsarət yetirib. O dərhal xəstəxanaya aparılıb. Məlumata görə, Ş. Mustafayeva ruhi əsəb xəstəsidir.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 28-06-2018

  20. Qubada alpinistlərin ölümünün səbəbi AÇIQLANDI

    Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb. Səhiyyə Nazirliyindən bildirilib ki, müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib. Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib. Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub: “Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər.

    Muxalifet2 - 28-06-2018

Pages