Axtarış

The search found 105823 results in 0.129 seconds.

Search results

  1. ​Azərbaycana dəstəyimiz davam edəcək - Amerikalı nazir

    Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rik Perri ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb.

    Muxalifet3 - 28-06-2018

  2. ABŞ-da QƏZET OFİSİNƏ HÜCUM

    ABŞ-ın Merilend ştatının Annapolis şəhərində qəzet binasına silahlı hücum təşkil olunub. İlk gələn məlumatlara görə hücumda ölü və yaralıların olduğu bildirilib.
     
    ABŞ-ın Merilend ştatında yerli bir qəzet binasına bir nəfərin təşkil etdiyi silahlı hücumda ölü və yaralının olduğu və şübhəlinin yaxalandığı bildirilib. Amerikan mediası ən az 5 adamın həyatını itirdiyini iddia edib.
    ABŞ-da paytaxt Vaşinqtona 1 saatlıq məsafədə yerləşən Annapolis şəhərində “Capital Gazette” adlı yerli qəzet binasına silahlı hücum baş verib.

    Muxalifet3 - 29-06-2018

  3. Axtarılan PKK TERRORÇUSU ÖLDÜRÜLDÜ

    İraqın şimalında keçirilən əməliyyatda, axtarılan terrorçular siyahısında boz kateqoriyada yer alan Əhməd Daş Həkkakı və əlavə 5 terrorçu zərərsizləşdirilib.
     
    Təhlükəsizlik qüvvələrinin İraqın şimalında keçirilən əməliyyatda 6 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
    Bu çərçivədə 3-cu Piyada Diviziya Komandanlığı və 34-ci Sərhəd Briqada Komandanlığı ilə iş birliyində İraqın şimalındakı Hakurk və Qanı Raş bölgəsində təsbit edilən terrorçulara qarşı əməliyyat keçirilib.

    Muxalifet3 - 29-06-2018

  4. Dünya Kubokunda SON 16 TURUN CÜTLÜKLƏRİ

    Rusiyada keçirilən 2018 Dünya Kubokunda qrup matçları başa çatıb və son 16 turun cütlükləri məlum olub.
     
    Qrup mərhələsində oynanan 48 matçdan sonra 32 komandadan 16-sı qrupdan çıxmağı bacardı.
    Son 16 tura çıxan komandalar G Qrupundan Belçika və İngiltərə ilə H Qrupundan Kolumbiya və Yaponiya oldu.
    G qrupunun lideri Belçika, H qrupunun ikincisi Yaponiya ilə cütləşib. G qrupunun ikincisi İngiltərə isə H Qrupunun lideri Kolumbiyaya rəqib olub.
     
    Oyun tarixləri
     

    Muxalifet3 - 29-06-2018

  5. Avropa Birliyi razılaşdı! TÜRKİYƏYƏ 3 MİLYARD DOLLAR

    Türkiyəyə 3 milyard Avro maliyyə yardımı ödənməsi məsələsində razılıq əldə olunub.
     

    Muxalifet3 - 29-06-2018

  6. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

    Avropa İttifaqı liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların daha yarım il müddətinə uzadılması barədə siyasi qərar qəbul ediblər.
    Muxlifet.az xəbər verir ki, bu barədə öz mənbəsinə istinadən RİA "Novosti" məlumat yayıb.
    "Rusiya, Ukrayna və Minsk sazişləri mövzusunda qısa müzakirələr oldu, nəticədə sanksiyaların daha altı ay müddətinə uzadılması razılaşdırıldı", - deyə mənbə bildirib.

    Muxalifet - 29-06-2018

  7. ABŞ-dan Pakistana ciddi xəbərdarlıq

    ABŞ Pakistanı terrorçulara sığınacaq verməməyə çağırır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli deyib.
    O bildirib ki, Vaşinqton İslamabadla əməkdaşlıq edir, lakin bu ölkənin terrorçuların müdafiəsini heç cür qəbul edə bilməz:
    “Biz Pakistana güclü mesaj göndərmişik və ümid edirik ki, dəyişiklik olacaq”.

    Muxalifet - 29-06-2018

  8. Türk ordusunun əmrindəyik: TÜRKİYƏNİN İŞARƏSİNİ GÖZLƏYİRİK

    Türk Silahlı Qüvvələri (TSQ), Menbiçi terror təşkilatı YPG/PKK-dan təmizləmə fəaliyyəti çərçivəsində rayonda altı patrul xidmətini həyata keçirib. Menbiçə girməyə hazırlaşan ASO gücləri TSQ-dən gələcək təlimatı gözləyir.
     
    ABŞ ilə həyata keçirilən planın birinci mərhələsində, Türk və ABŞ tərəfinin hərbi və kəşfiyyat birliyi Menbiçdə birgə nəzarətə başlayacaq. İkinci mərhələdə də terrorçulardan təmizlənəcək rayonda yerli əhalidən ibarət bir hakimiyyət qurulacaq.

    Muxalifet3 - 29-06-2018

  9. Hərbi liseylərə qəbul qaydaları dəyişdi - Qərar

    Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.
    Muxalifet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

    Muxalifet - 29-06-2018

  10. Bakıda "Porsche" maneəyə çırpılaraq yandı

    Bakının Nərimanov rayonunda "Porsche" markalı minik avtomobili maneəyə çırpılıb.
    FHN-dən Muxalifet.az-a verilən məlumata görə, bunun ardınca avtomobildə yanğın baş verib.
    Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.
    Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
    Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 29-06-2018

  11. VALYUTA MƏZƏNNƏLƏRİ

    Azərbaycan Mərkəzi Bankı 29 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
    Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, iyunun 29-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
    Manata nəzərən avronun məzənnəsi 1,9814 manat təşkil edir.
    1 türk lirəsi 0,3720 manat, 1 rus rublu 0,0271 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6929 manatdır.

    Muxalifet - 29-06-2018

  12. Trampdan Makrona ŞOK təklif

    ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makrona Avropa Birliyindən çıxmağı təklif edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Vaşinqton Post” qəzeti yayıb.
    Qəzet Trampın bu təklifi Makrona apreldə Ağ Evdə təklif etdiyini açıqlayıb. Belə ki, Tramp görüş zamanı Makrona Fransanın AB-dən çıxması qarşılığında Vaşinqtonun Parislə daha yaxşı ikitərəfli ticarət razılaşması imzalayacağını deyib.

    Muxalifet - 29-06-2018

  13. CHP-li deputat Eren Erdem SAXLANILDI - DÖVLƏTƏ XƏYANƏT

    İstanbuldan CHP-nin keçmiş deputatı Eren Erdem Twitter hesabından nəzarətə alındığını bildirib.
     
    Erdemin tvitter mesajı belədir:
    “Nəzarətə götürüldüm. Səbəbi bilmirəm. Polislər tərəfindən evimin qabağında həbs edildm. İctimaiyyətin diqqətinə çatdırıram".

    Muxalifet3 - 29-06-2018

  14. İran məhv edilir: Bu ölkə ABŞ-ın tərəfinə keçdi

    Hindistan Neft Nazirliyi neft ayırma ilə məşğul olan şirkətlərə müraciət edərək, İrandan neft idxalının kəskin şəkildə azaldılmasına hazırlaşmağı tapşırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Əlcəzirə” televiziyası yayıb. Televiziya Hindistanın bununla ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə hazırlaşdığını bildirib.

    Muxalifet - 29-06-2018

  15. “Ərdoğan 50 faizi keçsə, başıma GÜLLƏ ÇAXARAM” DEMİŞDİ

    Türkiyədə əmək naziri olmuş Yaşar Oxuyanın qalmaqalları bitmək bilmir. Oxuyan öncə “MHP seçki səddini keçsin, eşşək kimi anqıracam” demişdi. Oxuyan sonra “Xalq TV”-də də “Ərdoğan 50 faizi keçsin, başıma güllə çaxmasam, şərəfsizəm” deyə, söyləmişdi.
     

    Muxalifet3 - 29-06-2018

  16. Bakı metrosunda ÖLÜM HADİSƏSİ baş verdi

    Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun bildirib ki, bu gün 06.30-da metronun "20 Yanvar" stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib.

    Muxalifet2 - 29-06-2018

  17. Ermənilər atəşkəs rejimini 79 dəfə pozublar

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.
    Bu barədə Muxalifet.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 29-06-2018

  18. Əhaliyə XƏBƏRDARLIQ - MASKA TAXIN

    İndoneziyanın Bali adasında Aqunq vulakanından ətrafa duman və kül yayılması ilə əlaqədar olaraq əhaliyə xəbərdarlıq edilib.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, artıq adaya hava yolları səfərlərinə məhdudiyyət qoyulub.
    Vulkan və Geoloji Fəlakətlərin Azadılması Mərkəzi ərtafa yayılan duman və küldən qorunmaq üçün maskalardan istifadə olunması barədə xəbərdarlıq edib.
    Yerli medianın məlumatına görə, vulkanın külü və duman 2 min metrə qədər çatıb.

    Muxalifet2 - 29-06-2018

  19. İranda etiraz aksiyaları PİK HƏDDƏ - İstefa tələbi

    İran yeni bir etiraz dalğası ilə qarşı-qarşıya qalıb. Ölkədə iqtisadi böhran səbəbilə baş qaldıran etiraz aksiyaları davam edərkən parlament prezident Həsən Ruhaniyə xəbərdalıq edib.

    Muxalifət.az xəbər verir ki, parlament iqtisadiyyatdakı mənfi gedişatın məsuliyyətini daşıyan şəxslərin istefasını tələb edib.

    İranın dini lideri Ayətullah Xamenei əvvəlki gün parlamentdən iqtisadiyyatdakı problemlərlə bağlı hərəkətə keçməsini istəmişdi.

    Muxalifet2 - 29-06-2018

  20. CHP-nin Məclisə daşıdığı PKK-çılardan Öcalana “AZADLIQ" ÇAĞIRIŞI

    CHP-nin səsləri ilə seçki səddini aşan PKK-nın siyasi qolu olan HDP-nin Diyarbəkir Millət Vəkili Semra Gözəl, terror təşkilatı PKK-nın terrorçubaşı Öcalan üçün Məclisdə azadlıq tələb edəcəklərini açıqlayıb.
     
    HDP Diyarbəkir Millət Vəkili Semra Gözəl, verdiyi müsahibədə 24 iyun seçkilərinin qalibinin HDP olduğunu iddia edərək, "sülh və demokratiya mübarizəsi" verəcəklərini, bunun da İmralıdakı liderlərinin azadlığa çıxması ilə mümkün olacağını deyib.
     
    ÖCALANIN AZADLIĞINI MƏCLİSDƏ QALDIRACAĞIQ
     

    Muxalifet3 - 29-06-2018

Pages