Axtarış
The search found 105823 results in 0.093 seconds.
Search results
“GƏLMƏ KÖPƏYOĞLU...”
Dağlıq Qarabağda, separatçıların qondarma “parlamentində” yeganə müxalifətçi “deputat” Ayk Xanumyana azərbaycanca söyüş söyüblər. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ona söyən Qarabağın “xalq artisti” və “qəhrəmanı”, deputat Janna Qalstyandır.
Muxalifet2 - 29-06-2018
Bakı-Sumqayıt yolunda təmir taksiləri BAHALAŞDIRDI
Bakı-Sumqayıt yolunda 26 iyun tarixindən başlayan yol təmiri sözügedən istiqamət üzrə işləyən taksi sürücülərinə sui-istifadə imkanı verib.
Muxalifət.az xəbər verir ki, artıq 3 gündür davam edən təmir səbəbilə yolda yaranan sıxlığa görə Bakı-Sumqayıt yolu üzrə taksi xidməti göstərənlər qiyməti bir neçə dəfə qaldırıblar. Normal günlərdə 1-2 manat arasında dəyişən qiymətlər təmirə görə 3-5 manata qədər qaldırılıb.
Muxalifet2 - 29-06-2018
İcra məmurlarına yeni səlahiyyət verildi – SİLAHDAN İSTİFADƏ EDƏ BİLƏCƏKLƏR
Azərbaycanda icra məmurlarına yeni səlahiyyətlər verilir.
Bununla bağlı “İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə (İcra məmurlarının hüquqları) dəyişiklik təklif edilir. Dəyişikliyə görə, “icra məmuru” sözləri “icra xidmətinin icra məmuru” sözləri ilə əvəz olunur. Bundan əlavə, qanunun 8-ci maddəsindən “Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir” sözləri çıxarılır.
Muxalifet2 - 29-06-2018
Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə əlaqədar bəzi qanunlara dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Muxalifet2 - 29-06-2018
Kəskin istilər iyulun 4-ə qədər davam edəcək – Sabah havanın hərarəti 40 DƏRƏCƏYƏ ÇATACAQ
İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.
Muxalifət.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi gözlənir. Gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təxmin edilir.
Muxalifet2 - 29-06-2018
Ərdoğanın açıqlaması PKK-da qalmaqal yaratdı – ŞOK DİALOQ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qəndil vuruldu, 35 PKK lideri məhv edildi” açıqlaması sözügedən terror qruplaşmasının daxilində xaos yaradıb.
Muxalifət.az xəbər verir ki, Türkiyənin kəşfiyyat orqanları terrorçularla qruplaşma rəhbərliyi arasındakı sərt danışıqları qeydə alıb. Məlumata görə, PKK-çıların rəhbərliyə “vurulan kimdir” sualını ünvanlaması qruplaşma rəhbərliyinin kəskin reaksiyasına səbəb olub.
PKK terrorçularının Qəndil rəhbərliyi ilə rabitə danışığını təqdim edirik:
Muxalifet2 - 29-06-2018
Nikol Paşinyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasında NƏLƏR MÜZAKİRƏ OLUNUB?
Erməni saytı: "Ermənistan rəhbərliyi hər vəchlə Azərbaycanı hücum etməkdən çəkindirməyin yollarını tapmalıdır"
Xəbər verildiyi kimi, Ermənistanda baş nazir Nikol Paşinyan yeni hökumətin iştirakı ilə Təhlükəsizlik Şurasının ilk iclasını keçirib.
Ermənistanda konstitusiyaya edilmiş düzəlişlərdən sonra təhlükəsizlik şurası məsləhətverici orqandan məcbri qüvvəyə malik qərarlar qəbul edən struktura çevrilib.
Muxalifet2 - 29-06-2018
İrandan imtina edib anasını seçdi - AZƏRBAYCANLILAR AYAĞA QALXDI
Futbol üzrə İran milli komandasında çıxış edən yeganə türkmən oyunçu Sərdar Azmun yığmadan ayrılıb. Muxalifət.az xəbər verir ki, gənc futbolçu bu qərarı İranda irqi ayrı-seçkiliyə məruz qaldığına görə verdiyini açıqlayıb. Rusiyanın “Rubin” futbol klubunun 23 yaşlı oyunçusu dünya çempionatında iranlı azarkeşlər tərəfindən təhqir edilib. Sərdar Azmun qərarını belə açıqlayıb: “İranlı azarkeşlərin bu təhqirləri və təhdidləri xəstə anamı həyati təhlükə qarşısında qoyub. Vəziyyəti pisləşdi. Mənsə İran yığmasını yox, anamı seçdim. İkisindən birini seçməliydim”.
Muxalifet2 - 29-06-2018
TÜRKİYƏ İRAN NEFTİNİ BOYKOT ETMƏYƏCƏKSƏ… –Ankara bu dəfə də Ağ Evə öz şərtlərini qəbul etdirmək istəyir - TƏHLİL
Türkiyə və ABŞ arasındakı gərginlik heç bir azalma əlaməti göstərmir, üstəlik rəsmi Ankara ABŞ-ın İranla neft ticarətinin dayandırılmasına dair tələblərinə riayət etməyəcəyini bəyan edib. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkci iyunun 27-də təşkil etdiyi mətbuat konfransında “ABŞ-ın bu mövzuda aldığı qərarlar bizim üçün icbari deyil” deyərək, Türkiyənin yalnız Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra edəcəyinə işarə vurub. “Biz özümüzdən başqa heç bir ölkənin maraqlarını tanımırıq”.
Muxalifet2 - 29-06-2018
NATO-dan TƏHDİD: Əgər bu ölkə şansını əldən versə...
Makedoniyanın NATO-ya qəbulu prosesi il yarım davam edə bilər.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
“Makedoniya Konstitusiyasında lazımi dəyişikliklər etdikdən sonra bu ölkəni NATO-ya yeni adı ilə dəvət edə biləcəyik. Makedoniyanın NATO-ya qoşulması tarixi imkandır. Əgər rəsmi Skopye bu fürsəti qaçırsa, bir daha onun belə şansa sahib olacağını söyləmək çətindir”, - o bildirib.
Muxalifet2 - 29-06-2018
Gənc jurnalistlər üçün “müasir informasiya müharibəsi üsulları” mövzusunda təlim keçiriləcək –QEYDİYYAT ELANI
“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili” layihəsini həyata keçirir.
Muxalifet2 - 29-06-2018
Bu xidmətlər üzrə DÖVLƏT RÜSUMLARI artırıldı
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən Azərbaycanda bir sıra sahələr və xidmətlər üzrə dövlət rüsumu artırılır.
Muxalifet2 - 29-06-2018
Eldar Mahmudovun əmisi oğluna ƏLAVƏ İTTİHAMLAR VERİLDİ
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində əlavə ittihamlar elan edilib.
Muxalifet2 - 29-06-2018
100 miqrant Aralıq dənizində batdı – TƏCİLİ
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.
Muxalifət.az xəbər verir ki, hadisə Liviya sahillərində baş verib.
Nətivə 100 nəfər həlak olub.
Muxalifet2 - 29-06-2018
Bakıda cərimə meydançasında 50 MAŞIN YANDI - Yanğın davam edir - FOTOLAR
Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.
***
Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.
***
Muxalifet4 - 29-06-2018
Erməni ordusu cəbhənin şərq istiqamətində HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, təlimlər müdafiə və hücum xarakteri daşıyıb.
Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata keçirib.Muxalifet2 - 29-06-2018
“Reuters” Amerikaya İNFORMASİYA SATIR
Dünya şöhrətli “Reuters” Xəbər Agentliyi, Amerikanın Miqrasiya və Gömrük Mühafizə (ICE) təşkilatına köçkünlərin yer və kimlik bilgilərini satdığı iddia edilib.
“Intercept” adlı elektron yayım orqanınının apardığı bir tədqiqatda, “Reuters”, Amerikanın Miqrasiya və Gömrük Mühafizə (ICE) təşkilatına 30 milyon dollar müqabilində köçkünlərin məlumatlarını quruma verdiyini açıqlayıb.
“REUTERS” GENİŞ İNFORMASİYA ŞƏBƏKƏSİNƏ MALİKDİR
Muxalifet3 - 29-06-2018
SAATLIDA ZƏLZƏLƏ OLDU
Saatlıda zəlzələ olub.
Bu barədə Muxalifət.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 14:57:56-də Saatlıda zəlzələ baş verib. Yeraltı təkanlar rayon mərkəzindən 24 km şimal-şərqdə qeydə alınıb.
Maqnitudası 3.8 dərinliyi 39 km olan zəlzələ hiss olunmayıb.
Muxalifet2 - 29-06-2018
Abşeronda ağır qəza: 1 ÖLÜ, 2 YARALI
Abşeron rayonunda ağır yol-nəqiyyat hadisəsi baş verib.
Muxalifət.az xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsindən Digah istiqamətində hərəkətdə olan Ağa Şərifovun idarə etdiyi "Toyota Prado" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatı aparan Natiq Xudiyevin sürdüyü "Lada" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Lada" markalı avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Vaqif İbrahimov hadisə yerində ölüb.
Muxalifet2 - 29-06-2018
ŞOK: Azərbaycana 2 kilo çınqıl gətirən yaşlı qadını həbs etdilər
Astara gömrüyündə qeyri-adi hadisə baş verib. Gündəlik ehtiyaclarını ödəmək üçün mütəmadi olaraq İrandan Azərbaycana ərzaq və siqaret gətirən qadının kisəsindən bu dəfə qonşu ölkədən topladığı çınqıl daşları aşkarlanıb. Gömrükçülər buna irad bildirdikdə isə qadın onların ünvanına xoşagəlməz ifadələr səsləndirib və çınqıl kisəsini götürərək qaçıb.
Muxalifet4 - 29-06-2018