Axtarış
The search found 105823 results in 0.129 seconds.
Search results
Türkiyə İranı müdafiə etdi: ABŞ-ın tələblərinə tabe olmaq...
Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır. Sanksiyalar Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək.
Muxalifet3 - 29-06-2018
Həkimlər çarəsiz: Hindistanda iynə yumurtlayan qadından 70 iynə çıxdı— ŞOK FOTOLAR
Hindistanda yaşayan gənc qadın bədənində birdən-birə kəskin maddələrin üzə çıxdığını iddia edib.
Muxalifet.az xəbər verir ki, 35 yaşlı Anusuiya Devi Uttar Pradeş ştatında yaşayır. Onun iddialarına əsasən, 2012-ci ildən ayaqlarında nə olduğunu başa düşmədiyi kəskin əşyalar üzə çıxıb. Həkimlər qadının ayaqlarında 70 kəskin maddə tapbılar. Onlar arasında iynə və mismar da var.
Son beş ildir davam edən şiddətli ağrılar ucbatından qadın artıq nə gəzə bilir, nə otura bilir, nə də ayaq üstə dayana bilir. O, ağrılarını azaldacaq dərman üçün həkimlərə yalvarır.Muxalifet3 - 29-06-2018
Rusiyaya qarşı hücum siyasəti... - Makron
Avropa Birliyi Rusiyaya qarşı hücum siyasəti aparmır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib.
Makron AB-nin qonşu ölkələrlə uzunmüddətli strategiyanı inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu, bu barədə Sankt-Peterburq səfərində də diqqətə çatdırdığını bildirib.
Muxalifet3 - 29-06-2018
Azərbaycanda pul kütləsi artdı
Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin iyunun 1-nə 22 mlrd. 145,1 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 288,7 mln. manat və ya 69,2% çoxdur.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, eyni zamanda 2018-ci ilin aprel ayı ilə müqayisədə mayda geniş mənada pul kütləsi 25,1 mln. manat və ya 1,11% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.Muxalifet3 - 29-06-2018
İncə seçkilərdə niyə məğlub oldu? - Alman ekspert
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçkilərini ilk turda qazanması sürpriz oldu.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə almaniyalı siyasi ekspert Günter Soyfert çıxış edib.
Soyfert CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin seçkilərdə məğlub olmasının səbəbi kimi mühafizəkar və dindar seçicilərin Ərdoğanın tərəfində olmasını göstərib.
Muxalifet3 - 29-06-2018
Şəhid anasını təhqir edən məmur DÖYÜLDÜ - AZƏRBAYCANDA
"Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.
Muxalifet3 - 29-06-2018
Rusiya hərbçiləri Suriyadan nə vaxt çıxacaq? - Lavrov açıqladı
İŞİD və Nüsrə Cəbhəsi Suriyanın cənubunda atəşkəs rejiminə əngəl olmağa cəhd edir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Lavrov Rusiya hərbi hissələrinin Suriyadan çıxarılmasının meydandakı vəziyyətdən asılı olacağını və hər hansı tarix təyin etməyəcəklərini bildirib.
Qeyd edək ki, son aylar Rusiya Suriyadan 1140 hərbçisini və 30 hərbi təyyarəsini geri çağırıb.
Muxalifet3 - 29-06-2018
DGK-dan yük maşınlarından ödəniş tələbinə - Cavab
İyunun 29-da bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük-sərhəd keçid məntəqələrindən birində ölkənin gömrük ərazisinə daxil olan yük nəqliyyat vasitələrindən park üçün odəniş adı altında qeyri-qanuni vəsait tələb olunması barədə əsassız məlumatlar və təxribat xarakterli video çəkiliş yayılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatında deyilir.Muxalifet3 - 29-06-2018
Ərdoğana çağırış edildi: Bütün siyasi liderləri topla
Türkiyənin Səadət Partiyası Prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib. Muxalifet.az xəbər verir ki, SP Ərdoğana cəmiyyətdə artan gərginliyi azaltmaq üçün bütün siyasi partiya liderlərinin iştirakı ilə toplantı keçirilməsi barədə müraciət edib. SP qeyd edir ki, ən mühüm ehtiyac sülh, əmin-amanlıq və qardaşlıq mühitinin yaradılmasıdır. "İclas birlik və bərabərliyin güclənməsinə müsbət təsirini göstərəcək", - müraciətdə bildirilib.
Muxalifet3 - 29-06-2018
Türkiyə fövqəladə işlər görür, ikinci dəfə... - Merkel
Müqaviləni bütün aspektləri ilə tətbiq etmək istəyirik.
Muxalifet.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.
Türkiyəyə ikinci dəfə 3 milyard avro verəcəklərini deyən Merkel miqrant böhranının AB-nin ən böyük problemi olduğunu söyləyib.
Merkel Türkiyənin sözügedən məsələdə fövqəladə işlər gördüyünü qeyd edib.
Muxalifet3 - 29-06-2018
Avropa parçalanmış vəziyyətdədir - Çipras
Avropa Birliyi iki anlayış arasında dərin şəkildə bölünmüş vəziyyətdədir. Həddindən artıq mühafizəkar, şovinist və miqrasiya əleyhinə olan anlayış.
Muxalifet.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Aleksis Çipras bildirib.
Türkiyə ilə yaxından çalışmağa davam edəcəklərini deyən Çipras qeyd edib ki, ikitərəfli müqavilənin imzalanması lazımdır.
Muxalifet3 - 29-06-2018
Baytarlıq Xidmətinə yeni rəis təyin edildi - Fərman
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan MR Adi Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Vəli Novruzov Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”.
Qeyd edək ki, V. Novruzov bundan əvvəl Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
Muxalifet3 - 29-06-2018
Türkiyə parlamentinin sədri nə vaxt bəlli olacaq?
Türkiyə Böyük Millət Məclisinin spikeri vəzifəsinə seçkilər iyulun 13-də keçiriləcək.
Muxalifet.az xəbər verir ki, bunu AKP sədrinin müavini Mustafa Əlidaş bildirib.
Əlidaş AKP-nin TBMM sədri üçün namizədinin iyulun 10-da bəlli olacağını bəyan edib.
Muxalifet3 - 29-06-2018
Hitlerin yaxın adamının qızı kəşfiyyatda çalışıb
Adolf Hitlerin yaxın adamı Henrix Himmlerin qızı Almaniya kəşfiyyatı üçün çalışıb.
Muxalifet.az xəbər verir ki, Almaniyanın "Bild" qəzeti II Dünya müharibəsindən sonra Himmlerin qızının kəşfiyyatda çalışdığını bildirib.
Ötən ay 88 yaşında Münhendə həyatını itirən Qudrun Burvitzin 1961-1963-ci illərdə Münhen yaxınlığında yerləşən Pullaxda BND qərargahında katib kimi çalışıb. Keçmiş nasist Raynard Qehlenin rəhbərliyi altında çalışan Burvitzin 1963-cü ilə qədər başqa bir adla gizli xidmətdə olub.
Muxalifet3 - 29-06-2018
General açıqladı: Türk ordusu yüzlərlə hədəfi məhv etdi
Terror təşkilatına aid yüzlərlə hədəf məhv edilib.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar bildirib.
Akar YPG-nin Menbiçi tərk etməsinə və silahlarının toplanmasına yönəlik işlərin davam etdirildiyini söyləyib.
Muxalifet3 - 29-06-2018
Həyəcan təbili: Azərbaycanlıların bədbəxtliyinin günahkarı kimdir?
Gürcüstan azərbaycanlılarının icmasının ictimai inkişafının iflası göz önündədir.
Muxalifet.az xəbər verir ki, bunu sputnik -ə Marneuli rayonunun meri Temir Abazovun saxlanmasını şərh edərkən Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov deyib.Muxalifet3 - 29-06-2018
"Без действий армии переговоры с Арменией не будут успешными"
Москва не реагировала на события в Нахчывани - политолог Э.Шаиноглу
***
Muxalifet4 - 30-06-2018
Putin rusiyalıların etibarını itirir – REYTİNQ
Rusiyada Nazirlər Kabinetinin pensiya islahatları elan etməsindən sonra ölkənin lideri Vladimir Putinin reytinqi nə az, nə çox – 15 faiz aşağı düşüb.
Bu barədə newsru.com məlumat yayıb.
İyunun 14-də rusiyalıların 78 faizi Putinin fəaliyyətindən razı idisə, 10 gün sonra bu göstərici 63,4 faizə enib.
Amma Kreml Rusiya prezidentinin reytinq göstəricilərindəki dəyişkənliyə görə heç bir narahatlığa əsas görmür.
Muxalifet4 - 30-06-2018
"Kiminsə qapısını döymək və kiminsə yanına düşmək heç də asan deyil" - NAZİR OĞLU
Baku City Circuit-in icraçı direktoru Arif Rəhimov tam əmindir ki, yaxın günlərdə Azərbaycan Qran-prisinin keçirilməsi ilə bağlı razılaşmanın 2025-ci ilə qədər uzadılması haqda Formula-1-in rəhbərliyi ilə razılığa gəlmək mümkün olacaq.
Virtualaz.org bildirir ki, Arif Rəhimov bunu Həmid Həmidovun "Danışaq?" layihəsinin növbəti buraxılışının qonağı olarkən deyib.
Muxalifet4 - 30-06-2018
İstefası istənilən nazirə Ərdoğandan böyük jest - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada açılış mərasimlərindən birində Daxili İşlər naziri Süleyman Soylu ilə birgə iştirak edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bir müddət öncə CHP və HDP tərəfindən istefası istənilən S. Soylunun Ərdoğanın yanında yer alması diqqətləri çəkib.
Soylunun Ərdoğanın yanında yer alması onu tənqid edərək istefasını istəyənlərə bir növ mesaj olub.
Qeyd edək ki, son günlər S. Soylu CHP və HDP əleyhinə sərt sözlər səsləndirib. Bundan sonra sözügedən partiyalar bəyanat yayıb.Muxalifet4 - 30-06-2018