Axtarış
The search found 105823 results in 0.071 seconds.
Search results
Məşhur aktrisa Trampa qarşı etiraz aksiyasında saxlanıldı
Məşhur amerikalı aktrisa, 71 yaşlı Suzan Sarandon polis tərəfindən saxlanılıb.Muxalifet.az-ın “The Guardian”a istinadən verdiyi xəbərə görə, S. Sarandon iyunun 28-də Vaşinqtonda Trampın antimiqrasiya siyasətinə qarşı keçirilmiş etiraz aksiyası zamanı qanunu pozmaqda ittiham olunur. “Həbs edildim. Güclü olun və mübarizəyə davam edin”, - deyə aktrisa şəxsi “Twitter” səhifəsində yazıb.Muxalifet - 29-06-2018
İngiltərəni qarışdıran kitab - ŞAHZADƏNİN İNTİM HƏYATI ÜZƏ ÇIXDI
İngiltərədə yeni çap olunan kitabda kraliça II Yelizaveta və şahzadə Filipin intim həyatına dair məlumatlar yer alıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, böyük qalmaqal yaradan kitabın müəllifi məlumatların həqiqət olduğunda israr edir. Kral ailəsi isə bununla bağlı şərh verməyib.
“The Quenn`s Marriage” adlı kitabın yazarı Leydi Colin Cambelldor detalları etibarlı mənbələrdən əldə etdiyini açıqlayıb. O mənbələrinin bəzilərinin kral ailəsinin üzvləti olduğunu deyib.
Muxalifet2 - 29-06-2018
Erməni polkovnik müharibənin vaxtını dedi - Qumşyan paradı izlədi və ŞOKA DÜŞDÜ
Ermənistan Müdafiə Nazirliyinin polkovniki, “Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın “ildırım sürəti ilə öz silahlarını yeniləməli olduğunu” deyib. Bildirib ki, əks halda gec olacaq.Muxalifet - 29-06-2018
ŞAD XƏBƏR: 20 Yanvarda sıxlıq aradan qalxır
Bakı-Sumqayıt yolunda aparılan təmir işlərinin bir hissəsi sabah yekunlaşacaq.
Muxalifət.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinin mətbuat katibi Anar Nəcəfli yolda aparılan təmirin canlı yayımı zamanı bildirib.
Nəcəfli bildirib ki, sabahdan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından “Azadlıq körpüsü” deyilən əraziyə qədər olan hissə avtomobil tuneli ilə birgə istifadəyə veriləcək:
“Sabahdan bu hissə istifadəyə verilir. “20 Yanvar” metrostansiyası tərəfdə sıxlıq aradan qalxacaq”.
Muxalifet2 - 29-06-2018
Vergilər Nazirliyində YENİ STRUKTUR - İyulun 1-dən fəaliyyətdə olacaq
Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.
Muxalifet2 - 29-06-2018
DÇ-2018: 1/8 final: KİMİN NƏ ŞANSI VAR?
Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.
İyunun 14-dən Rusiyada keçirilən çempionatda qrup turniri başa çatıb, 16 komanda 1/8 finala adlayıb.
Fransa – Argentina
Son 7 matçında məğlub olmayan Fransa millisi 5 görüşdə qələbə qazansa da, bu mundialda oyunu ilə müsbət mənada fərqlənmir. Fransızlar aşkar cinah hücumlarına üstünlük vermələri və hava mübarizələrinin çoxunda qalib gəlmələri ilə diqqət çəkirlər.
Muxalifet2 - 29-06-2018
Gürcüstanda daşınmaz əmlak alanların 5%-i Azərbaycan vətəndaşlarıdır
2012-2016-cı illərdə Gürcüstanda ölkədə daşınmaz əmlakla bağlı 34 024 əməliyyat həyata keçirilib.Muxalifet.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunun 53%-i Rusiya vətəndaşların payına düşür.
Ruslardan sonra Gürcüstanda ən çox mənzil alanların siyahısında Azərbaycan, Ukrayna və Ermənistan (hərəsi 5%), İsrail (4%), ABŞ, Yunanıstan (hərəsi 3%) və Almaniya (2%) vətəndaşlarıMuxalifet - 29-06-2018
33 qəzetə maliyyə yardımı ayrıldı - SİYAHI
İyunun 29-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Hurriyyet.org-un məlumatına görə, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
Muxalifet2 - 29-06-2018
“Boinq” 7 saatlıq yolu 1 saata gedəcək - Foto
Səyahət müddətini qısaltmaq üçün çalışan “Boinq” şirkəti səsdən 5 dəfə sürətli təyyarə hazırlayır.Muxalifet.az xəbər verir ki, bu barədə planlarını şirkət Atlanta Aviasiya Konfransında mətbuat nümayəndələrinə açıqlayıb.
Məlumata görə, “Boinq”in istehsalına başlamağı planlaşdırdığı hipersonik təyyarələr Mak5 sürətinə, yəni saatda 6 min 276 kilometr sürətə çata biləcək.
Qeyd edək ki, layihə reallaşacağı halda Nyu Yorkla London arasındakı 7 saatlıq uçuş məsafəsi 50 dəqiqəyə qədər enəcək.Muxalifet - 29-06-2018
Dolların qarşıdakı 3 gün üçün rəsmi məzənnəsi – MƏRKƏZİ BANK
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 2-nə USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.
Muxalifet2 - 29-06-2018
İvanişvili səfirlərlə gizli görüş keçirdi
Gürcü Arzusu Hərəkatının lideri Bidzina İvanişvili Tiflisdəki “Vinotel” otelində xarici ölkələrin səfirləri ilə gizli görüş keçirib.Muxalifet.az xəbər verir ki, “Kuryer” qəzeti görüşün Mamuka Baxtadzenin baş nazir kimi təsdiqlənməsindən bir gün sonra baş tutduğunu yazıb. Görüşdə İvanişvili səfirlərə Georgi Kvirikaşvilinin istefaya getmə səbəblərini açıqlayıb.Muxalifet - 29-06-2018
Ramil Usubov və müavinləri mükafatlandırıldı - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet2 - 29-06-2018
MƏMURLARIN BARAMA PLANI “YANIR” - 30 manata alıb dövlətə 9 manata təhvil verirlər
Artıq bir neçə ildir ki, Azərbaycanda ipəkçiliyin inkişafına dövlət dəstəyi barədə sərəncama uyğun olaraq, rayonlarımızda baramaçılığın inkişafı istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Sovet hakimiyyəti dövründə kənd təsərrüfatımızın önəmli sahələrindən olan barama istehsalının hazırkı səviyyəsi həcminə və miqyasına görə, sözsüz ki, həmin dövrlərlə müqayisə edilə bilməz. Elə baramanın dövlət tərəfindən alış qiyməti də SSRİ dövrü ilə müqayisədə əhalini qane etmir.
Muxalifet2 - 29-06-2018
"Deputatlar arasında və Prezident Aparatında Gülənçilər var" - PARTİYA SƏDRİ
"Seçkilərin nəticəsi onu göstərir ki, Azərbaycan FETÖ-çülərin və PKK kürdlərinin azad şəkildə fəaliyyət göstərdikləri ərazilərdən biridir"
"Azərbaycan hökuməti bunu araşdırmalı, türk siyasətində daha radikal dəyişikliklər etməlidir. Bunun üçün isə mütləq türk konfederasiyası yaradılmalıdır"
Muxalifet4 - 29-06-2018
Misir bu səbəbdən Dünya Çempionatında qalib gələ bilmir - PREZİDENT AÇIQLADI
Dünya Çempionatında bir maçtda belə qalib gələ bilməyən Misir millisinin performansının aşağı olmasının səbəbi açıqlanıb.
Muxalifət.az xəbər verir ki, Misir Futbol Federasiyasının prezidenti Xani Əbu Rida futbolçuların Dünya Çempionatından öncə oruc tutduqlarına görə yaxşı oynaya bilmədiklərini deyib.
Muxalifet2 - 29-06-2018
AMEA-da yeni şura yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyası professorların koordinasiya şurası yaradılıb.
Muxalifət.az xəbər verir ki, məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclasında qəbul edilib.
AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır
Muxalifet2 - 29-06-2018
Hulusi Akar Suriya sərhədinə getdi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar sərhəddə yoxlamalar aparıb.Muxalifet.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.
Məlumata görə, Akar yanındakı qoşun komandanları ilə birlikdə Suriya sərhədindəki hərbi birləşmələrin fəaliyyətini yoxlayıb.Muxalifet - 29-06-2018
Bu ölkədə 70 yaşdan yuxarı insanlar üçün İŞ YERLƏRİ YARADILIR – Uşaq doğumu azalır, yaşlıların sayı artır, hökumət çıxış yolu tapıb
Tokio 70 yaşdan yuxarı insanlar üçün iş yerlərini saxlamağı planlaşdırır.
Ölkədə yaşlı insanların sayı xeyli artıb. Bununla müqayisədə uşaq doğumu çox azdır. Hazırda Yaponiyada 65 yaşdan yuxarı vətəndaşlar demək olar ki, əhalinin 27 faizini təşkil edir və onların sayının artmaqda davam edəcəyi gözlənilir.
Muxalifet2 - 29-06-2018
CHP-də istefa dalğası BAŞLADI
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sıralarında seçki məğlubiyyəti sonrası ilk istefalar baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, CHP-nin Ərzurum mahal İdarə Şurasının üzvü olan 10 nəfər partiya sıralarından istefa verib.
Muxalifet2 - 29-06-2018
Tramp ABŞ-ı ÜTT-dən çıxarmağı planlaşdırır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonu Ümumdünya Ticarət Təşkilatından çıxarmağı düşünür.Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı yayıb. Trampın özünün Ağ Evdəki adamlarına dəfələrlə bu barədə bəhs etdiyi iddia edilib.
“O, dəfələrlə ÜTT-dən çıxmaqla bağlı hədələyib. Bu, bizim ölkəni çox pis vəziyyətə qoyacaq. Tramp dəfələrlə deyib ki, ABŞ-ın niyə bu təşkilata üzv olduğunu bilmir və bu təşkilat ABŞ-ı çökdürür”, – deyə saytın mənbəsi bildirib.Muxalifet - 29-06-2018