Axtarış
The search found 105823 results in 0.077 seconds.
Search results
Paşinyan Sərkisyanı Bakıya niyə “göndərir”? - ŞƏRH
“Qarabağ klanı”nın devrilməsindən sonra Ermənistanda siyasi situasiya qeyri-müəyyən olaraq qalır. Baş nazir Nikol Paşinyanının keçmiş prezident Serj Sərkisyan rejimi ilə hesablaşması Ermənistanı daha ciddi qarşıdurmalara sürükləyir.
Muxalifət.az-ın xəbrinə görə, bunu teleqraf.coma açıqlamasında politoloq Məhəmməd Əsədullazadə belə deyib.
Politoloq yaxın günlərdə Ermənistanda vəziyyətin daha da gərginləşəcəyini istisna etməyib:
Muxalifet2 - 30-06-2018
Ramil Quliyev 35 illik rekordu qırdı
Türkiyə millisində çıxış edən çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 18-ci Aralıq dənizi Oyunlarında qızıl medal qazanıb.Muxalifet.az xəbər verir ki, 28 yaşlı atlet İspaniyanın Tarraqona şəhərində keçirilən yarışlarda 200 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatıb.
R.Quliyev 20.15 saniyəlik göstəricisi ilə bu yarışda 35 illik rekordu da yeniləyib.
İtalyan idmançı 20.77 ilə ikinci, fransız Mişe-Meba Zeze isə 20,78 saniyə ilə üçüncü olub.Muxalifet - 30-06-2018
Bütün dünyanın gözü Rusiyada: BU GÜN TARİX YAZILACAQ
Bu gün Dünya Çempionatında 1/8 final mərhələsinə start veriləcək.
Muxalifət.az xəbər verir ki, mərhələ çərçivəsində 2 cütlük qarşı-qarşıya gələcək: Uruqvay – Portuqaliya və Fransa – Argentina.
Muxalifet2 - 30-06-2018
ABŞ İranın şah damarını kəsir: PARTLAYIŞ GÖZLƏNİLİR - Ekspert
ABŞ-ın Tehrana qarşı sanksiyalarının dərinləşməsi ilə paralel olaraq İranın daxildəki proseslərin sürəti də artıb.
Bu sözləri Muxalifət.az-a son günlər İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlarla bağlı bəzi suallara aydınlıq gətirən siyasi ekspert Natiq Cəfərli deyib. O, İranda baş verən proseslərin çox maraqlı bir məcraya daxil olduğunu deyib:
Muxalifet2 - 30-06-2018
“GünayBank”dakı “xortumlama” əməliyyatında ELDAR MAHMUDOV SXEMİ
Oğurlanmış pulları qaytarmamaq üçün yeni plan işə düşüb; ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş Zakir Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil
4-5 il əvvəl Azərbaycan Beynəlxalq Bankında baş verən “xortumlama” əməliyyatı Azərbaycanın məşhur banklarından olan “GünayBank”da təkrarlanmaqdadır.
Muxalifet2 - 30-06-2018
Türkiyəyə həyasızcasına təhdid: Münbiçə girərlərsə
Terror təşkilatı YPG/PKK-nın Münbiç sözçüsü Türkiyəni hədələyib. Sözçü, “Türk əsgəri Münbiçə girərsə, cavab verəcəyik” deyib.
Münbiç sərhədində 6-ci Patrul-keşik xidmətini davam etdirən Türk ordusunun, sonrakı dövrdə Münbiçin içinə girəcəyi haqda fikrə YPG/PKK-lı Xelil Pozu münasibət bildirərək, Türk əsgərlərinə Münbicə girdikləri təqdirdə qarşılıq verəcəklərini söyləyib.Muxalifet3 - 30-06-2018
YEVLAXDA ZƏLZƏLƏ BAŞ VERDİ
Azərbaycanda zəlzələ baş verib.
Muxalifət.az-ın xəbərinə görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 04:54-də Mingəçevirdən 24 km cənubda Yevlax ərazisində zəlzələ qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,3, dərinliyi 31 km olub. Zəlzələ hiss olunmayıb.
Muxalifet2 - 30-06-2018
Azərbaycan neftinin SON QİYMƏTİ
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 78,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar dollar/barel azdır. Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin ne
Muxalifet2 - 30-06-2018
Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb - AZƏRBAYCAN, QARABAĞ...
Erməni baş nazir həm qorxur, həm də qorxudur, çünki...; İrəvan üçün SOS siqnalı gəldi: “Qarabağ problemi həll olunmasa, ermənilər yenidən küçələrə töküləcək”; erməni nəşri: “Azərbaycan “müharibə siyasəti”nə keçidi tamamladı...”
Muxalifet2 - 30-06-2018
Terrorçubaşından seçkiyə 3 GÜN QALMIŞ ALÇAQ TƏLİMAT
Xaos yaratmaq istəyən Fətullah Gülənin 24 iyun seçkiərinə 3 gün qalmış "Türkiyəni ayağa qaldırın, xalqı küçəyə tökün” təlimatı verdiyi ortaya çıxıb.
Son ümidini 24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə itirən Pensilvaniyadakı FETÖ başçısı Fətullah Gülənin seçkidən öncə sorğu keçirtdirib və nəticə onu dəhşətə gətirib. FETÖ-nun anket nəticələrinə görə Ərdoğan, 54 faiz səslə seçkini çox rahatlıqla qazanacağı görünüb.
TƏLİMAT: XALQ AYAĞA QALDIRIN
Muxalifet3 - 30-06-2018
Makron əfsanəsi bitir: FRANSIZ LİDER...
Fransa Prezidenti Emmanuel Makronun ictimaiyyət arasında reytinqi sürətlə azalmağa başlayıb.
Muxalifət.az xəbər verir ki, bu nəticə “Harris İnteraktiv” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Belə ki, bir ay ərzində Makronu dəstəkləyənlərin sayı 7%, Baş nazir Eduar Filipi dəstəkləyənlərin sayı isə 5% azalıb. Nəticədə hər iki siyasətçini müdafiə edən fransızların sayı əhalinin 40%-ni təşkil edib.
Muxalifet2 - 30-06-2018
Tramp-Putin görüşünün ciddi nəticələrinin olacağı şübhəsizdir – ŞƏRH
Vladimir Putin-Donald Tramp görüşü hazırda dünyada hər kəs tərəfindən maraqla gözlənilir. Əlbəttə, biri superdövlət, digəri isə hərbi-sənaye və müdafiə imkanları baxımdan çox güclü olan iki dövlətin rəhbərinin görüşündən təbii heç nə ola bilməz.
Bunu ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşündən gözləntilərini teleqraf.com-la bölüşən Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.
O qeyd edib ki, D.Tramp indiyədək ABŞ-ın ənənəvi xarici siyasət kursuna sürpriz dəyişiklik etməklə məşğuldur:
Muxalifet2 - 30-06-2018
ABŞ ordusu 70 il sonra o qərarı verdi
Cənubi Koreyada yeni hərbi qərargah quran ABŞ paytaxt Seulda 70 illik hərbi varlığını rəsmən sonlandırıb.
Muxalifət.az xəbər verir ki, yeni qərargaha köçmək qərarı Şimali Koreya ilə Koreya yarımadasındakı gərginliyi azaldan razılaşmadan sonra verilsə də, əslində, çox daha əvvəl planlaşdırılmışdı.
ABŞ qoşunları İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Seulun mərkəzində Yongsan şəhərində yerləşdiriliblər. ABŞ-Cənubi Koreya ittifaqının simvolu olan Yongsan qərargahı şəxsi mülkiyyət daxilində idi. Və bu, uzun müddətdir müzakirə edilirdi.
Muxalifet2 - 30-06-2018
Cəbhədə gərginlik: ATƏŞKƏS 86 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.
Bu barədə Muxalifət.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 30-06-2018
ŞOK İDDİA: “USAMƏ BİN LADENİ QARĞALAR TAPIB”
Cinayətkarların tutulmasında fəal rol oynayan itlər, atlar, qatırlar, həşəratlar, milçəklər kimi bir çox heyvan criminal hadisələrin açılmasında istifadə edilir. Arılardan narkotik aramada, milçəklərdən cəsədin tapılmasında istifadə olunur.
“USAMƏ BİN LADENİ QARĞALAR TAPDI” İDDİASI
Muxalifet3 - 30-06-2018
Şəkidə 48 yaşlı kişi BIÇAQLANDI
Şəkidə 48 yaşlı kişi mübahisə zəmnin həmkəndlisi tərəfindən bıçaqlanıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 3 radələrində rayonun Baltalı kənd sakini, 1970-ci il təvəllüdlü Xəlil Bəhram oğlu Xəlilov bıçaqlanma xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Muxalifet2 - 30-06-2018
Qarabağ ətrafında kritik situasiya – Azərbaycan ordusu vəziyyəti hər an dəyişə bilər
İlin 6 ayı heç bir diplomatik fəallıqla yadda qalmadı; İrəvan müharibəni günbəgün yaxınlaşdırır; rusiyalı politoloq: “Bakı paradı Ermənistana ciddi siqnal olmalıdır...”
Muxalifet2 - 30-06-2018
DÇ-2018: Bu gün 1/8 final mərhələsi START GÖTÜRƏCƏK
Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək.
Muxalifət.az xəbər verir ki, ilk oyun günündə iki cütlük meydana çıxacaq.
Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir dünya futbolunun ən güclü oyunçularını qarşı-qarşıya gətirəcək matç gərgin mübarizə və maraqlı oyun vəd edir.
Muxalifet2 - 30-06-2018
ABŞ-dan növbəti təhdid: QOŞUNLAR ALMANİYADAN ÇIXARILIR
ABŞ Müdafiə Nazirliyi Almaniyada yerləşən ABŞ bazalarının ölkədən çıxarılmasının dəyəri və nəticələri barədə analiz aparır.
Muxalifət.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat qəzeti yayıb. Qəzet Pentaqonun belə analiz aparmasına əsas səbəbin ABŞ Prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkel arasında münasibətlərin gərginləşməsi olduğunu bildirib. Belə ki, Tramp özünün müşavirləri ilə müzakirələr zamanı Almaniyadakı ABŞ kontingentinin həcmindən heyrətə gəlib və digər ölkələrin öz müdafiələrinə lazımi xərclər ayırmamasından şikayətlənib.
Muxalifet2 - 30-06-2018
Qarabağda erməni ƏSGƏRİ ÖLDÜ
Dağlıq Qarabağda daha bir erməni hərbçi ölüb.
Muxalifət.az xəbər verir ki, dünən saat 20:30 radələrində 1973-cü il təvəllüdlü hərbi qulluqçu Armen Şahmari Atanesyan xəstəlikdən ölüb. Onun qaraciyər çatışmazlığından öldüyü bildirilir.
Muxalifet2 - 30-06-2018