Axtarış
The search found 105823 results in 0.096 seconds.
Search results
Polis duracağında 50 maşın yandı: GÜNAHKAR KİMDİR?
Paytaxtın Nizami rayonunda, Mikayıl Əliyev küçəsində yerləşən duracaqda baş vermiş yanğın böyük müzakirələrə səbəb oldu. Həs kəs inzibati qərarla və ya normativ aktla "DYP-nin mühafizə olunan duracağı” adlanan cərimə meydançasına aparılan avtomobillərin normalara uyğun mühafizə olunmadığını düşünür.
Ekspertlər də hesab edir ki, duracaqda yanan avtomobillərin məsuliyyətini cərimə meydançasına məsul olan qurumlar daşıyır.
Muxalifet2 - 30-06-2018
“Boeing” yeni sərnişin təyyarəsi hazırlayacaq - SƏSDƏN SÜRƏTLİ OLACAQ
“Boeing” kompaniyası saatda 6 min kilometr sürətlə uçan səsdən sürətli yeni sərnişin təyyarəsi istehsal etmək barədə planlarının olduğunu bəyan edib.
Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni təyyarə Atlantik okeanı üzərindən təxminən 2 saata uça biləcək. İndiyədək bu marşrut üzrə qeydə alınan uçuş sürəti rekordu (2 saat 52 dəqiqə) İngiltərə və Fransanın birgə istehsalı olan “Concorde” təyyarəsinə aiddir. Hazırda səs sürətinə yaxın indiki laynerlər isə Londondan Nyu-Yorka qədər olan məsafəni təxminən 7 saata qət edir.
Muxalifet2 - 30-06-2018
Nardaranlı silahını götürüb POLİSƏ GƏLDİ
Bakının Sabunçu rayonunda silah-sursatın aşkarlanması istiqamətində tədbirlər görülür.
Muxalifət.az xəbər verir ki, aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini İbrahim Bəşirov müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.
Muxalifet2 - 30-06-2018
Trampın neft qiymətlərini endirmək üçün ŞOK PLANI ortaya çıxdı – İrana YENİ HÜCUM SSENARİSİ
İranı bütün cəbhələrdə sıxışdıran ABŞ prezidenti Donald Trampın yeni planı ortaya çıxıb.
Muxalifət.az xəbər verir ki, Trampın müttəfiq ölkələrindən 2018-ci ilin 4 noyabr tarixinə qədər İrandan aldıqları neftin sıfıra endirilməsini istədiyi haqda məlumat yayılıb.
“Röyters” agentliyinin məlumatına görə, Ağ Ev bunun üçün müttəfiq ölkələrində lobbi işinə start verib.
Vaşinqton hesab edir ki, OPEC ölkələri bazara daha az neft çıxarmaqla qiyməti süni şəkildə qaldırır. Ağ Ev OPEC ölkələrinin bazara daha çox neft çıxarmasını tələb edir.
Muxalifet2 - 30-06-2018
ABŞ ikili oyunu davam etdirir: AMERİKANIN SİLAH DOLU KARGO TƏYYARƏSİ BÖLGƏYƏ ENDİ
İkili oyunlarına davam edən ABŞ, daha bir qalmaqal bir həmlə edib. PKK-lı terrorçuları Münbiçdən çıxarma sözü verib, sonra şəhəri Qəndilin terrorçu heyətinə təslim etməyə çalışan ABŞ, Hasəkə-Tel Bəydərədə inşa edilən yeni hava bazasına bir yük təyyarəsi dolu silah gətirib.
Muxalifet3 - 30-06-2018
Taliblər Əfqanıstan - Tacikistan sərhədində yerləşən çay limanını ƏLƏ KEÇİRDİ
“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan-Tacikistan sərhədində yerləşən Ayxanım çay limanını ələ keçiriblər.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, Əfqanıstanın Taxar vilayətində yerləşən Ayxanım bu gecə taliblərin əlinə keçib.
Qarşıdurma nəticəsində iki sərhədçi öldürülüb, daha iki nəfər isə yaralanıb. Eyni zamanda 5 hərbçi əsir düşüb, ABŞ-ın “Humvee” və iki “Ranger” polis maşını məhv edilib.
Muxalifet2 - 30-06-2018
İranda etirazlar dərinləşir: XAMENEİNİ KİM ƏVƏZ EDƏCƏK?
İranda daxili və iqtisadi problemlər müxtəlif siyasi qrupların əlində bir alətə çevrilib.
Bu sözləri İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlarla bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, sözügedən qüvvələr İrandakı iqtisadi böhrandan istifadə edərək ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışacaqlar:
Muxalifet2 - 30-06-2018
Lerikdə meşədən MEYİT TAPILDI
Lerikdə meşədən meyit tapılıb.
Muxalifət.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 29-da Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.
M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Muxalifet2 - 30-06-2018
"Heç kəs istəmir qan tökülsün, amma..." - GENERAL
"Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması istiqamətində hazırlıqlarını davam etdirir".
Muxalifət.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.
Muxalifet2 - 30-06-2018
Sevgilisinin qardaşı tərəfindən ÖLDÜRÜLDÜ
Xırdalan şəhər sakini Pərviz Həbibov qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb. Aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.
Muxalifet2 - 30-06-2018
Sarkisyanın qardaşına cinayət işi açıldı – Saşik qanunsuz varlanmaqda və gəlirləri gizlətməkdə İTTİHAM OLUNUR
Ermənistanın Dövlət Gəlirləri Komitəsi keçmiş prezident Serj Sarkisyanın qardaşı Lev Sarkisyanın ailə üzvlərinə qarşı cinayət işi qaldırıb.
Muxalifət.az-ın verdiyi xəbərə görə, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.
Muxalifet2 - 30-06-2018
Pambıq tarlalarından NÖVBƏTİ ZƏHƏRLƏNMƏ XƏBƏRİ – Yerli məmurlar sakinlərin günvurmadan əziyyət çəkdiyini bildirir
İyunun 29-da Saatlı rayonunun pambıq tarlalarının birində alaq otlarını təmizləyən işçilərin halının pisləşdiyi bildirilir. Bu barədə “Azadlıq” radiosuna yerli sakinlər məlumat verib. Onlar deyiblər ki, rayonun Əliabad, Məmmədabad, Genişkənd və Şirinbəy kəndlərindən olan 24 nəfər işçi günortadan sonra zəhərləndiklərinə görə, tarladan birbaşa rayon xəstəxanasına çatdırılıb. Xəstəxanaya hüquq-mühafizə orqanlarının nümayəndələrinin gəldiyi də bildirilir.
Muxalifet2 - 30-06-2018
Merkelə qarşı savaş: AVROPA NİYƏ PARÇALANIR?
Almaniya kansleri Angela Merkel artıq Avropa üçün xilaskar deyil.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə “Politiko” qəzeti çıxış edib.
“Merkel miqrant böhranına verdiyi reaksiya sayəsində dünyada müasir Janna d`Ark reputasiyası qazandı. Əslində isə Merkel özünün miqrasiya siyasəti ilə davamlı şəkildə Avropa Birliyini dağıdır və bu mənada yaranan parçalanmalara diqqət etmir.
Muxalifet2 - 30-06-2018
Tramp Krımı Rusiya ərazisi kimi tanıya bilər – Rəsmi MÖVQE
ABŞ prezidenti Donald Tramp Krımı Rusiyanın ərazisi kimi tanıya biləcəklərini istisna etməyib.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp jurnalistlərin Krımla bağlı sualına cavabında “bu məsələyə baxa bilərik” deyə bildirib.
Tramp Ukraynanın Krımı itirməsinə görə sələfi Barak Obamanı ittiham edib.
Muxalifet2 - 30-06-2018
"Rusiya çox təhlükəli rəqibdir" - FERNANDO YERRO
“Bilirik Rusiya millisi necə oynayır. Onlar cinahlardan hücumlar qururlar. Bu, da onların çox təhlükəli rəqib olması deməkdir”.
Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro “Maraca”ya açıqlamasında deyib
O, DÇ-2018-in 1/8 finalında Rusiya ilə keçiriləcək görüş barədə fikirlərini bildirib: “Onu da unutmayaq ki, Rusiya öz meydanlarında, çoxsaylı azarkeşlərinin qarşısında oynayacaq. Futbolçularımız çox məşq ediblər. Onlar səbirsizliklə pley-off oyununu gözləyirlər”.Muxalifet2 - 30-06-2018
Abdullah Gül İlham Əliyevi TƏBRİK ETDİ
Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Əziz Qardaşım cənab İlham Əliyev. Sizə və ailənizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə diləyirəm. Ramazan ayını əmin-amanlıq içərisində başa çatdıran qardaş Azərbaycan xalqının daha neçə belə bayramlara qovuşmasını Allah-Təaladan arzu edirəm.
Muxalifet2 - 30-06-2018
Bu gündən TANAP-la Türkiyəyə ilk kommersiya qazının TƏDARÜKÜ BAŞLAYIB
Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.
"Report" xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.
Muxalifet2 - 30-06-2018
Paşinyandan Bakının hərbi paradına REAKSİYA
Bakıda 26 iyunda keçirilən və dünyanın bir çox hərbi ekspertləri tərəfindən həm silah, həm də hərbçilərin və pilotların hazırlığı baxımından möhtəşəm adlandırılan parad Ermənistanda ciddi şəkildə müzakirə olunur.
Muxalifet2 - 30-06-2018
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı
Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən iyunun 29-da reyd keçirilib.
Muxalifet2 - 30-06-2018
Lirəni çökdürən səbəblər: YENİ SİSTEM NƏ EDƏ BİLƏR? – ŞƏRH
Türkiyədə gedən proseslər, xüsusilə türk lirəsinin dəyərdən düşməsi süni proses deyil. Bunun həm iqtisadi, həm siyasi, həm də sosioloji səbəbləri var.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, hazırda Türkiyənin iki böyük problemi mövcuddur:
Muxalifet2 - 30-06-2018