Axtarış

The search found 105823 results in 0.076 seconds.

Search results

  1. Burada İŞİD-çilər öz ölümlərini gözləyir - “AZƏRBAYCANLI QADINLAR DA BURADA OLUB...”

    Britanianın “Daily Mail” qəzetinin reportyoru İraqda, Bağdad həbsxanasında asılmağı gözləyən yüzlərlə İŞİD-çinin saxlanıldığı ölüm kamerasına baş çəkib. İlk dəfədir İraq hakimiyyəti bu həbsxanaya jurnalistin keçməsinə icazə verir. Virtualaz.org xəbər verir ki, britaniyalı jurnalist hazırda həmin kamerada 250-dən çox İŞİD üzvünün asılmaq üçün növbə gözlədiyini yazıb.

    Muxalifet4 - 1-07-2018

  2. ​HÖKUMƏTDƏN ŞOK AÇIQLAMA - Türkiyədə uşaq təcavüzçüləri xədim ediləcək

    Bir müddətdir Türkiyədə gündəmdə olan uşaq təcavüzçülərinin xədim edilməsi məsələsi bu yaxınlarda qanuniləşə bilər.
     
    Muxalifet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.
     
    Uşaqların təcavüzə uğramasını vəhşilik adlandıran B.Bozdağ bildirib ki, təöcavüzçülərə kimyəvi xədimetmə tətbiq olunacaq:
     
    "Bu zamana qədər müxtəlif tədbirlə göğrdük. Qarşıdakı zamanda bunları yenidən nəzərdən keçirəcəyik və cəzaları ağırlaşdıracağıq. Kimyəvi xədim üsulu da icra ediləcək".
     

    Muxalifet4 - 1-07-2018

  3. Qobustan sakinlərindən PREZİDENTƏ MÜRACİƏT – Saxta diplomlu bələdiyyə sədri Əkbər Musayevin ŞOK ƏMƏLLƏRİ...

    Qobustan rayonu, Qaracüzlü kənd sakinlərindən Kamilov Kamal Nəbi oğlu, Mirzəməmmədov Mehdibala Heybət oğlu, Məcidov Sakit Mirbala oğlu, Muradaov Oktay Muradxan oğlu Abdullayev Soltan Abdulla oğlu  Xalıqov Təbriz Babazadə oğlu, Hüseynov İbrahim Məhəmmədəli oğlu, Yusifov Əzim və digəri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Surəti prezident İlham Əliyevə və difər səlahiyyətli şəxslərə göndərilən məktubda şikayətçilər yazırlar:

    Muxalifet4 - 1-07-2018

  4. Məcburi köçkün özünü ağacdan asdı – QAÇQIN DÜŞƏRGƏSİNDƏ

    Bu gün 3 saylı Cəbrayıl qaçqın düşərgəsində 68 yaşlı kişi özünü asaraq intihar edib.
     
    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli və Biləsuvar rayonlarının inzibati sərhədində yerləşən 3 saylı Cəbrayıl qaçqın düşərgəsində intihar hadisəsi baş verib.
     
    Həmin düşərgəyə oğlugilə qonaq gələn 1950-ci il təvəllüdlü Cəbrayıl rayon sakini, Quliyev Sahib İmanqulu oğlu özünü həyətdəki ağacdan asaraq intihar edib. Səhər saatlarında onu asılmış vəziyyətdə yaxınları aşkar ediblər.
     

    Muxalifet4 - 1-07-2018

  5. DƏHŞƏTLİ YANĞIN MEŞƏ SAHƏSİNƏ KEÇDİ – İsti hava və...

    Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin və FHN-nin Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

    Muxalifet4 - 1-07-2018

  6. ​Maksim Şevçenko: “Paşinyan Putini qıcıqlandırır”

    Qafqaz siyasəti olmadan Rusiya marginallaşar. Qafqaz siyasəti Rusiya üçün çox vacibdir. Rusiya və Azərbaycan bir yerdə olmağa məhkumdurlar. Xalqların tarixi həmişə ağırdır. Lakin biz hazırkı zamanı fikirləşirik və gələcəyə baxırıq. Bunları rusiyalı politoloq Maksim Şevçenko “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransında deyib.
     

    Muxalifet4 - 1-07-2018

  7. ​Türkiyədə edam cəzası rəsmiləşir – Qanun layihəsi

    Türkiyənin Böyük Birlik Partiyası edam cəzasının qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsini TBMM-ə təqdim etməyə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu barədə partiya sədri Mustafa Destici danışıb.
    “Bunun tədbirlərinin həmişəlik alınması və bununla bağlı cəzaların təkrar nəzərdən keçirilməsi lazımdır. Nə xədim, nə də həbs cəzası, yeganə seçim edam olmalıdır”, - Destici bildirib.
    Qeyd edək ki, bir qədər əvvəl Türkiyədə azyaşlı qızın zorlanaraq öldürülməsi xəbəri ölkədə qəzəb doğurmuşdu.
     

    Muxalifet3 - 1-07-2018

  8. ​Misir İsrailə sərt cavab: Qaz yatağı bizimdir....

    Misir hökuməti Aralıq dənizində tapılan qaz yatağının yalnız özlərinə aid olduğunu bəyan edib.
    Muxalifet.az xəbər verir ki, bəyanatda rəsmi Tel-Əvivin qaz yatağına iddiasının əsassız olduğu bildirilib.
    “Qaz yatağının tapıldığı ərazi Misirə aiddir”, - deyə vurğulanıb.
    Qeyd edək ki, bir neçə gün öncə Misir Aralıqda dünyanın ən böyük qaz yatağının tapdığını bəyan etmişdi. İsrail isə yatağın Misirlə birgə aşkar edildiyi iddiası ilə çıxış edir.
     

    Muxalifet3 - 1-07-2018

  9. ​Prezident şəhərə gəldi, terakt oldu: 15 ölü, 20 yaralı

    Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində kamikadzenin törətdiyi partlayış nəticəsində 15 nəfər həlak olub.
    Muxalifet.az xəbər verir ki, şəhər sözçüsü Attaullah Xoqyani hadisə zamanı 20 nəfərin yaralandığını bildirib. Hücum Əfqanıstan Prezidenti Əşrəf Qaninin şəhərə səfəri əsnasında baş verib.
    Hələ ki, teraktın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
     

    Muxalifet3 - 1-07-2018

  10. ​Şad xəbər: bu tarixlərdə temperatur düşəcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə iyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.
    Departamentdən  bildirilib ki, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlimin norma göstəricilərinə yaxınlaşacaq.
     

    Muxalifet3 - 1-07-2018

  11. ​Ərdoğana qarşı kampaniya başlatdılar, lakin... - Nazir

    Türkiyənin inkişafını istəməyənlər prezident Rəcəb Tayyib Ərdoğana qarşı kampaniya başlatdılar. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib. “Bu əli öpüləsi millət öz qəlbi ilə seçkiyə getdi və məğrurcasına Ərdoğanın yanında durdu. 24 iyunda bu millət yeni bir sistemə keçid etdi”, - deyə nazir bildirib.

    Muxalifet3 - 1-07-2018

  12. ​Ordumuz Türkiyədə: Böyük təlimlər başladı - Foto

    "Anadolu Ankası-2018" təlimləri Azərbaycan, Şimali Kipr Türk Respublikası və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin iştirakı ilə Konya şəhərində başlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
    "Dosta güvən, düşmənə göz dağı" sərlövhəli xəbərlərdə təlimlərin iyulun 6-a qədər davam edəcəyi qeyd edilib.
     

    Muxalifet3 - 1-07-2018

  13. ​Təcavüzə qarşı həmlə: Türkiyə bu üsuldan istifadə edəcək

    Türkiyədə cinsi istismar və təcavüz ittihamları ilə saxlanılan şəxslər kimyəvi yolla xədim edilə bilər.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Baş nazir müavini Bəkir Bozdağ danışıb.
    “Cinsi kastrasiya (axtalama) dediyimiz tədbir də bütün istiqamətləri ilə yeni dövrdə qüvvəyə mindiriləcək”, - Bozdağ bildirib.
     

    Muxalifet3 - 1-07-2018

  14. ​Tramp Avropanı "yıxıb-sürüdü": Onlar pis əməllər törədir...

    Avropa Birliyi (AB) ticarətdə özünü Çindən pis aparır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
    “İttifaq olduqca pis əməllər törədir. Avtomobillərlə bağlı vəziyyətə baxın. Onlar bizə “Mersedes” göndərirlər, lakin biz göndərə bilmirik. Baxın, onlar bizim fermerlərlə nə edirlər. Onlar (AB) bizim kənd təsərrüfatı məhsullarını istəmir”, - Ağ Ev rəhbəri bildirib.
    O vurğulayıb ki, il ərzində AB ilə ABŞ-ın ticarət profisiti 150 milyard dollara çatır.
    D.Tramp əlavə edib ki, bütün bunlara baxmyaraq o, Avropa Birliyini sevir.
     

    Muxalifet3 - 1-07-2018

  15. ​Rusiyalı deputatlar və ekspertlər Lələtəpədə - Foto

    Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş "Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir" mövzusunda konfransın iştirakçıları cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət ediblər.

    Muxalifet3 - 1-07-2018

  16. ​Rusiya-2018-də sensasiya: İspaniya məğlub oldu

    Muxalifet.az xəbər verir ki, saat 18:00-da ev sahibi Rusiya ilə İspaniya yığmaları qarşılaşacaq. Görüş Moskvanın “Lujniki” stadionunda baş tutacaq.
    Günün digər oyununda Xorvatiya və Danimarka yığmaları üz-üzə gələcək. Bu görüş saat 22:00-da Nijni-Novqorodda keçiriləcək.
    12-ci dəqiqədə İqnaşeviçin avtoqolu sayəsində İspaniya hesabı açıb: 1 - 0
    Artem Dzyüba 41-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib: 1 - 1

    Muxalifet3 - 1-07-2018

  17. ​ABŞ nüvə bombasını sınaqdan keçirdi

    ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə idarə ediləbilən B61-12 nüvə bombasını sınaqdan keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Military.com” saytı məlumat yayıb.
    Sınaq zamanı gözəgörünməz B-2 bombardmançılarından istifadə edilib.
    Bildirilib ki, sınaqlar 9 iyunda Nevada ştatının Edvards hərbi bazasında baş tutub.
     

    Muxalifet3 - 1-07-2018

  18. ​Türkiyədən Kərkük reaksiyası: Ümid edirik ki...

    Kərkükdə səsvermə qutularının olduğu anbara təşkil edilmiş hücumu şiddətlə qınayırıq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
    "Olayda həlak olan iraqlı qardaşlarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. İraqın rəsmi dairlərinin sözügedən olayla bağlı lazımi addımları atacağına ümid edirik", - açıqlamada bildirilib.
    Qeyd edək ki, Kərkükdə seçki bülletenlərinin saxlanıldığı anbar yaxınlığında 3 partlayış baş verib. Partlayışlar zamanı ən azı 14 nəfər yaralanıb.
     

    Muxalifet3 - 1-07-2018

  19. "Rusiya Azərbaycana dəstək verməyə çalışır..." - Millət vəkili

    Bu gün Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən “Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir” adlı konfrans hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir.
    Muxalifet.az trend-ə istinadla xəbər verir ki, bunu konfransda iştirak edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

    Muxalifet3 - 1-07-2018

  20. ​Fransız oğru türmədən helikopterlə qaçıb

    Fransadakı həbsxanalardan birindəki oğru müasir müdafiə sistemləri ilə təchiz olunmuş türmədən helikopter vasitəsilə qaça bilib.
    Muxalifet.az lenta.ru-ya istinadla xəbər verir ki, həbsxana Parisdən 45 kilomert aralıda yerləşdir.  
    46 yaşlı Reduan Faid səhər saat 11.30-da qaça bilib. Ona üç silahlı şəxs kömək edib.
    Silahlılar cinayətkarı daimi görüş kamerasından qaçırıblar. Belə ki, burada ailənin yaxın üzvləri ilə görüş nəzərədə tutulduğundan gözətçi olmur.
     

    Muxalifet3 - 1-07-2018

Pages