Axtarış
The search found 105823 results in 0.082 seconds.
Search results
Almaniya hökumətində böhran: MERKEL GEDƏCƏK
Almaniyanın koalisiya hökumətində böhran yaranıb. Kansler Angela Merkellə anlaşmayan Horst Şehofer daxili işlər naziri postunda istefa verəcəyini açıqlayıb.
Muxalifət.az-ın məlumatına görə, Horst Şehofer eyni zamanda sədrlik etdiyi Xristian Sosial Birlik Partiyasının liderliyindən də gedəcəyini bəyan edib.
Qeyd edək ki, Almaniyada əsas koalisiya ortağı Xristian Demokrat və Xristian Sosial Birlik partiyalarıdır. Məhz bu ittifaq Sosial Demokrat Partiyası ilə danışığa gedərək koalisiya hökuməti yaratmağa nail olub.
Muxalifet2 - 2-07-2018
Kanadadan ABŞ-a SƏRT CAVAB - İki qat vergi tətbiq olunacaq
ABŞ Prezidenti Donald Trampın vergi siyasətinə qarşı Kanadadan sərt cavab gəlib. ABŞ-a 12.5 milyard dollarlıq gömrük vergisi tətbiq ediləcək.
Muxalifət.az xəbər verir ki, bu barədə Kanadanın Baş Naziri Castin Trüdo məlumat verib.
Muxalifet2 - 2-07-2018
Türkiyə Prezidentinin inauqurasiya mərasiminin VAXTI AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi iyulun 9-da keçiriləcək. Trend-in məlumatına görə, 1 gün öncə isə Türkiyə Parlamenti deputatlarının andiçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə parlament və prezident seçkiləri keçirilib.
Seçicilərin 87 faizi səsvermədə iştirak edib.
R.T.Ərdoğan prezident seçkilərində seçicilərin səslərinin 52,82 faizini toplayaraq yenidən Türkiyə Prezidenti seçilib.
Muxalifet2 - 2-07-2018
ABŞ polkovniki: “İncirlik bazasından çıxmayacağıq"
"ABŞ-ın İncirlikdən çıxmaq kimi bir planı yoxdur".
Musavat.com xəbər verir ki, bunu Türkiyənin "Habertürk" saytına müsahibə verən İncirlik bölgəsindəki hərbi bazasının komandanı, polkovnik David S.Eaglin bildirib.
Onun sözlərinə görə, ABŞ Türkiyə ilə illərdir hərbi tərəfdaşlıq edir və buna görə də ölkəsinin İncirlik hərbi bazasından çıxmaq kimi bir niyyəti yoxdur:
Muxalifet2 - 2-07-2018
Bakıda dəhşətli isti: 69 NƏFƏRİ GÜN VURDU
Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu 49 nəfər ilə müraciət edib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Muxalifet2 - 2-07-2018
“İranlılar dollar üçün kütləvi şəkildə bura gəlsə, məzənnəni saxlaya bilməyəcəyik” – EKSPERT ŞƏRHİ
ABŞ-ın İrana qarşı sanksiyaları dərinləşdikcə, qonşu dövlətin iqtisadiyyatındakı problemlər artır. Yayılan məlumatlara görə, artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır. Eyni zamanda İranın milli valyutası da ucuzlaşmaqda davam edir.
Muxalifet2 - 2-07-2018
“Bordo bereli”lərdən Şimali İraqda STRATEJİ QƏLƏBƏ
Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatlara ara verməyən “Mehmetçik” sərhədlərinin terrordan təmizlənməsində önəmli addım atıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Türkiyə-İran-İraq üçbucağında yerləşən Zaqros dağlarını mühasirəyə alıb.
Əməliyyata Xüsusi Qüvvələr Komandirliyinə bağlı “Bordo bereli” xüsusi təyinatlıları da qatılıb. Qeyd edək ki, Zaqros dağları PKK-nın Şimali İraqda əsas sığınacaqlarından sayılır.
Muxalifet2 - 2-07-2018
Türkiyə şirkətlərinin borcu 245 MİLYARDI KEÇDİ
Türkiyə şirkətlərinin xarici borcu 245,2 milyard dollara çatıb.
Muxalifət.az xəbər verir ki, şirkətlərin ümumi borcunun 225,1 milyard dolları uzun müddətli kreditlər, 20,1 milyard dollarını isə qısa müddətli kreditlər təşkil edib.
Ölkənin şirkətlərinin iyul ayında ödəməli olduğu kredit borcu 6,6 milyard dollar olacaq. 2019-cu ilin aprelinə qədər qapadılması gərəkən kredit borcu 70,3 milyard dollar təşkil edəcək.
Muxalifet2 - 2-07-2018
İranda hakimiyyət bu tarixdə DEVRİLƏCƏK – Trampın adamı dəqiq TARİXİ AÇIQLADI
ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.
O, İrana qarşı sanksiyaların artacağını bildirib.
Muxalifet2 - 2-07-2018
Sabahdan yenidən rekord hava temperaturu gözlənilir –XƏBƏRDARLIQ
İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək.
Muxalifet2 - 2-07-2018
DMX və DTX birgə əməliyyat keçirdi: 13 ƏCNƏBİ SAXLANILDI
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümumilikdə 13 əcnəbi aşkar edilib.
Bu barədə DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Muxalifet2 - 2-07-2018
Yol qəzasına görə sığorta ödənişləri niyə gecikir?
zərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Agentlik) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü baş tutub.
Birlikdən verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Agentliyin sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin İcraçı direktoru Rəşad Əhmədov iştirak edib.
Muxalifet2 - 2-07-2018
Türkiyə ordusunun MÖHTƏŞƏM UĞURU - Terrorçuların məskunlaşdığı yerdə...
PKK terror təşkilatından təmizlənən, Türkiyənin İraqla sərhədində yerləşən Hakkari bölgəsindəki Cilo Dağlarının arasında olan Sat Buz Göllərində “1-ci Təbiət İdmanları Festivalı” keçirilib.
Muxalifət.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin xüsusilə son zamanlarda həyata keçirdiyi uğurlu əməliyyatlarla terrordan təmizlənən yaylaq və təbii gözəlliklərin olduğu sahələr uzun müddətdən sonra turistlərə açıq elan edilib.
Muxalifet2 - 2-07-2018
Daha 73 dövlət əmlakı hərraca çıxarılacaq – ASTARA ÇAY FABRİKİ SATILIR
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 31-də keçiriləcək.
Komitədən verilən xəbərə görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Muxalifet2 - 2-07-2018
Məktəbdə təmir başladı: QONŞULARIN HƏYƏTİ UÇDU - Video
Sabunçu rayonun Maştağa qəsəbəsində yerləşən 187 nömrəli məktəbdə aparılan təmir işləri ətrafda yaşayan sakinlərə problem yaradıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, işdən evə qayıdan qonşular evlərinin hasarının dağıdıldığını görüblər. Redaksiyaya müraciət edən sakinlərin sözlərinə görə, onlara hər hansı söküntü barədə xəbərdarlıq edilməyib, ümumiyyətlə, bu təmirin onlara hər hansı aidiyyəti haqda rəsmi, yaxud qeyri-rəsmi heç bir bildiriş almayıblar.
Muxalifet2 - 2-07-2018
Sürücülərin DİQQƏTİNƏ - Bu yollarda rənglənmə işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, Vaz dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Muxalifət.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
Muxalifet2 - 2-07-2018
ABŞ Konqresinin nümayəndələri Rusiyadadır – Senator münasibətlərin düzəlməsinin çox vacib olduğunu deyir
ABŞ Konqresinin nümayəndə heyəti ümid edir ki, ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşü müsbət nəticələr verəcək. TASS agentliyinin yaydığı məlumata görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri, senator Riçard Şelby Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko ilə görüşdə deyib. O, qeyd edib ki, Rusiya ilə ABŞ ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar. “Hesab edirəm ki, dah yaxşı münasibətlər bizim üçün vacibdir. Prezident Donald Tramp da bu fikirdədir”, Şelby vurğulayıb. Senatoq qeyd edib ki, Rusiya ilə ABŞ müxtəlif maraqlı böyük ölkələrdir.
Muxalifet2 - 2-07-2018
Paşinyandan Qarabağla bağlı ŞOK BƏYANAT: "Bu, mənim əmrimdir”
Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb.
Muxalifət.az xəbər verir ki, Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən səsləndirib.
O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib.Muxalifet2 - 2-07-2018
Ordumuzun genişmiqyaslı təlimləri başladı - VİDEO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Muxalifət.az-a verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Muxalifet2 - 2-07-2018
Meyvə-tərəvəz ixrac edən SAHİBKARLAR NARAZIDIR: ““Azəriqaz”ın keyfiyyəti bizi qane etmir”
Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyası SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin göstərdiyi xidmətdən və verilən təbii qazın keyfiyyətindən narazıdır”.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirdə bildirib.
Muxalifet2 - 2-07-2018