Axtarış

The search found 105823 results in 0.127 seconds.

Search results

  1. ​Prezident yol tikintisinə 7,1 milyon manat ayırdı

    Prezident İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
     

    Muxalifet4 - 2-07-2018

  2. ​Tatlısəsə gizli zəng: Oğlunu öldürəcəyik...

    Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsi oğlu İdonu öldürməklə hədələyiblər.
    Muxalifet.az xəbər verir ki, müğənniyə gizli nömrədən zəng edən naməlum şəxslər “Oğlun İdo Tatlısəsi öldürəcəyik” deyiblər. Zəngdən dərhal sonra polisə müraciət edən İbrahim Tatlısəs oğlunun can və mülk təhlükəsizliyinin təmin edilməsini istəyib. Müğənninin şikayətindən sonra prokurorluqda məsələ ilə bağlı istintaq başladılıb.
    İbrahim Tatlısəs bundan əvvəl də dəfələrlə oğulları İdo və Əhmədin ölümlə hədələndiyini söyləyib.
     

    Muxalifet3 - 2-07-2018

  3. ​SON DƏQİQƏ: Türkiyəyə hücum edildi – HAVA QÜVVƏLƏRİ HƏRƏKƏTƏ KEÇDİ

    Türkiyənin Şırnak bölgəsinin Cudi dağı mahalının Anılmış kəndində hücum hazırlığında olan PKK-çı terrorçulara qarşı hava əməliyyatı aparılıb.
    Muxalifet.az xəbər verir ki, Türkiyənin hərbi-hava qüvvələri 2 terrorçunu zərərsizləşdirib.
    Bölgədə əməliyyat davam edir.
    Qeyd edək ki, ötən gün də Şırnakın Beytüşəbap mahalında 4 terrorçu öldürülüb.
     

    Muxalifet3 - 2-07-2018

  4. Kraldan Əliyevə: Davamlı tərəqqi...

    Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
    Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir:
    "Zati-aliləri.
    Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

    Muxalifet3 - 2-07-2018

  5. ​Millət vəkili uşaqlarla bağlı çağırış etdi – Foto

    Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd sakinləri ilə görüş keçirib.
    Muxalifet.az xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Millət vəkili həmçinin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb.
    O, seçicilərini narahat edən problemlərin həlli istiqamətində çalışacağını bildirib.
    Millət vəkili sakinləri uşaqların təhsilinə önəm verməyə, zərərli təsirlərdən qorumağa, onların mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.
     

    Muxalifet3 - 2-07-2018

  6. ​Prezident onu tənqid edən səfiri geri çağırdı

    Fransa Prezidenti Emmanuel Makron Fransanın Macarıstan səfiri Erik Fournieri vəzifədən azad edib.
    Muxalifet.az xəbər verir ki, səfir Fransanın siyasətini tənqid etdiyi üçün və Macarıstan Baş naziri Viktor Orbanı dəstəklədiyi üçün vəzifədən geri çağırılıb.
    Fournierin əvəzinə Paskala Andrean təyin edilib.
     

    Muxalifet3 - 2-07-2018

  7. ​Sərkisyanın qardaşına qadağa qoyuldu - 6,8 milyon...

    Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı, xüsusi məsələlər üzrə səfir Levon Sərkisyan və oğlu Narek qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə ittiham edilir.
    Muxalifet.az xəbər verir ki, ittihamla əlaqədar Sərkisyana ölkəni tərk etmək qadağan edilib.
    Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Levon Sərkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.
     

    Muxalifet3 - 2-07-2018

  8. ​Braziliya Meksikaya heç bir şans vermədi - Yeniləndi

    Braziliya Meksikaya 2-0 qalib gələrək 1/4 finala yüksəldi.
     

    Muxalifet3 - 2-07-2018

  9. Bolqarların Qarabağ filmi: Ermənilər hücuma keçdi

    Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş olunub.
    Muxalifet.az xəbər verir ki, İvan Qeorqiyev və Boris Pintevin ərsəyə gətirdiyi "Spomeni ot Karabax" filmində Ermənistanın Azərbaycana qarşı təcavüzü əks olunub.
    Filmdə erməni vəhşiliyi, Xocalı soyqırımı və digər qətliamlar, təmas xəttində mövcud durum və s. obyektiv həqiqətlər bolqar tamaşaçılarına təqdim edilib.

    Muxalifet3 - 2-07-2018

  10. ​Perinçəkdən Ərdoğana: Bu iki ölkədən təhdid var...

    Bu gün Türkiyəyə təhdid ABŞ və İsraildən gəlir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçək söyləyib.
    Perinçək Türkiyəyə qarşı təhdidlərə geni cəbhə yaratmağın lazım olduğunu bildirib:
    "Bu cəbhədə Ərdoğan da var. ABŞ və İsrail təhlükəsinə qarşı Ərdoğanla birləşmək olar".
     

    Muxalifet3 - 2-07-2018

  11. ​Almaniyada arvadı və qızını bıçaqladı: azərbaycanlı ilə bağlı qərar

    Almaniyanın Limburq şəhərində həyat yoldaşını və qızını bıçaqlayan 37 yaçlı azərbaycanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az bildirir ki, bu barədə alman nəşri "Hessenschau" xəbər yayıb.

    Muxalifet3 - 2-07-2018

  12. ​Türkiyənin azad etdiyi şəhərdən son xəbərlər var

    Türkiyənin Suriyanın Afrin şəhərini terrorçulardan azad etməsindən sonra 140 min sakin geri qayıdıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə sputnik-ə danışan türkiyəli səlahiyyətli nümayəndə hazırda 200 min sakinin Afrində yaşadığını bildirib.
    Vətəndaşların əksəriyyətinin geri qayıtdığını deyən səlahiyyətli hələki evləri inşa edilməyənlərin çadırlarda yaşadığını, Cinderesdə xəstəxananın inşa edildiyini və fabriklərin işlək hala gətirilməsi üçün iş getdiyini söyləyib.
     

    Muxalifet3 - 2-07-2018

  13. ​Ordumuz həyəcan siqnalı ilə qaldırıldı: istiqamət... – Video

    Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.
    Təlimin hədəfinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetiriblər.
     

    Muxalifet3 - 2-07-2018

  14. ​Ərdoğan Putinlə yola davam etsə, F-35-lər olmayacaq - Senator

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə tərəfdaşlıq yolunda irəliləməyə davam etsə, Vaşinqtondan F-35 təyyarələrini ala bilməyəcək.
    Muxalifet.az xəbər verir ki, bunu amerikalı Senator Kris Van Hollen bildirib.
    İngiltərənin "Deyli Teleqraf" qəzeti bildirir ki, Türkiyə eyni zamanda S-400 və F-35 alarsa, bu təyyarələrin texnoloji göstəriciləri Rusiyanın əlinə keçə bilər.
     

    Muxalifet3 - 2-07-2018

  15. Türk və ABŞ ordusunun əməliyyatı ilə bağlı yeni məlumat

    Türkiyənin və ABŞ-ın hərbi bölmələrinin Suriyanın Menbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatının səkkizinci hissəsi uğurla başa çatıb.
    Muxalifet.az xəbər verir ki, xüsusi hərbi əməliyyatın aparıldığı Menbiç bölgəsi ABŞ-ın dəstəyi ilə 2016-cı ilin avqustunda İŞİD terrorçu qruplaşmasından təmizlənərək YPG/PKK terrorçu qruplaşmasının əlinə keçib. Türkiyə YPG/PKK terrorçu qruplaşmasının bölgədə mövcudluğunu yolverilməz hesab edir.
    Qeyd edək ki, Menbiç əhalisinin 90 faizini ərəblər təşkil edir.
     

    Muxalifet3 - 2-07-2018

  16. ​Formula 1-in yeni mövsümünün tarixi açıqlandı

    2019-cu ildə Formula 1-in ilk mərhələsi olacaq Avstraliya Qran-Prisinin təşkilatçıları Melburnda keçiriləcək yarışların ilkin tarixini açıqlayıblar. Dünya Avtomobil İdmanı Şurası onların bu qərarını təsdiqləyərsə, yürüşlər martın 14-dən 17-dək keçiriləcək.

    Muxalifet3 - 2-07-2018

  17. SON DƏQİQƏ: Ermənistan ordusu Naxçıvana hücuma hazırlaşır - AÇIQLAMA

    Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.
    Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək. O təklif edir ki, Ermənistan Naxçıvana hücuma keçsin.

    Muxalifet3 - 2-07-2018

  18. ​Bakının mərkəzində nadir əbabil quşu tapıldı

    Bakıda nadir quşlardan biri tapılıb. Bu barədə Bakı şəhər sakini Orxan Quliyev məlumat verib. O.Quliyevin sözlərinə görə, əbabil quşu adlanan canlı Bakının Nəsimi rayonu ərazisində tapılıb: "Dünən axşam saatlarında paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 ünvanındakı yaşıllıqda gördük. Qəribə quş idi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik". Şəhər sakini bildirib ki, hadisə yerinə gələn nazirlik əməkdaşları quşu təhvil alıblar: "Nazirlikdən bildirdilər ki, həmin quşu Xızı rayonunda reabilitasiya mərkəzinə təhvil verəcəklər".

    Muxalifet3 - 2-07-2018

  19. ​4 ölkə Türkiyəyə qarşı hərbi təlimlər keçirir - Perinçək

    ABŞ, İsrail, Yunanıstan və Cənubi Kipr Türkiyə ordusunu hədəf alan hərbi təlimlər keçir.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək bildirib.
    Perinçək artıq Türkiyənin NATO ölkəsi sayılmadığını, alyansın da Türkiyəni kənarlaşdırmaq istədiyini söyləyib:
    "Xatırlayarsınızsa, Norveçdə keçirilən hərbi təlimdə NATO-nun hədəfində birbaşa Atatürk və Türkiyə prezidenti var idi. Sonuncu dəfə də 19-29 mart tarixlərində 4 ölkənin keçirdiyi təlimdə gəmilərin lülələri Türkiyəyə doğru çevrilmişdi".
     

    Muxalifet3 - 2-07-2018

  20. ​MTN-nin "Maqa" ləqəbli zabiti ilə bağlı QƏRAR

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xuliqanlıqda təqsirləndirilən zabiti azadlığa buraxılıb.
    Bu barədə trend-ə təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib.
    A.Məmmədovun sözlərinə görə, təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin qərarı ilə bəraət alıb.
    Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə qərarı elan olunub.
    Məhkəmə təqsirləndirilən şəxsin günahsız olduğunu üzə çıxarıb və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

    Muxalifet3 - 2-07-2018

Pages