Axtarış
The search found 105823 results in 0.209 seconds.
Search results
Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürüb- VİDEO
Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, “DSK” yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi “10-GT-787” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.
Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb. Lakin həkimlər onun yolda öldüyünü bildiriblər.
Sürücünün “Report”a verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.
Muxalifet2 - 3-07-2018
Sərhədi qanunsuz keçməyə cəhd edən 7 NƏFƏR SAXLANILDI
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlərlə, 3 nəfərin özgəsinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıblar.
DSX-dan verilən məlumata görə, iyunun 15-də Bakı–Riqa–Stokholm reysi ilə tranzit uçan İraq vətəndaşı, 1987-ci il təvəllüdlü Omar Ahmed Hasaballahın İsveçin daimi yaşayış kartının özgəsinə məxsus olması müəyyən edilib.
Muxalifet2 - 3-07-2018
Pomidor qeyri-neft ixracatında BİRİNCİ OLDU
Rusiya bazarından asılılıq davam edir 018-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün buraxılışında əksini tapıb. Buraxılışdan məkum olur ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb.
Muxalifet2 - 3-07-2018
68 yaşlı kişi İNTİHAR ETDİ - Şabranda
Şabranda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aygünlü kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Surəddin Cəfərov özünü asıb.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxalifet2 - 3-07-2018
NEYMAR TƏHQİR EDİLDİ: "Futbol kişilərin işidir, təlxəklərin..."
Dünya Çempionatı 1/8 final mərhələsində Braziliya ilə qarşılaşam Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio Neymarın zədələnmə səhnəsindəki davranışlarına görə onu təhqir edib.
Muxalifet.az xəbər verir ki, baş məşqçi Neymarın ünvanına “Futbol kişilərin oyunudur, təlxəklərin deyil” sözlərini deyib.Muxalifet - 3-07-2018
Bu ölkə Azərbaycana elektrik verməyə başladı
Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.
APA-nın xəbərinə görə, bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında deyilir.
Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.
Muxalifet2 - 3-07-2018
Kəşfiyyatçını və qızını İKİ NƏFƏR ZƏHƏRLƏYİB – Britaniya polisi onların ölkəni tərk etdiyini açıqladı
Britaniya polisi hesab edir ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın Solsberi şəhərində zəhərlənmələrində iki adamın əli var.
Muxalifet2 - 3-07-2018
“Bu dəfə günahkar məmurlara güzəşt edilməməlidir!” - Deputat enerji qəzasına görə HİDDƏTLƏNDİ
İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Energetika Nazirliyi və “Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar.Muxalifet2 - 3-07-2018
Salyanda "Kamaz" aşdı: ölən var
Salyan rayonunun Xıdırlı kəndində "Kamaz" markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.
FHN-dən Muxalifet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.Muxalifet - 3-07-2018
Bu xidmət özəl sektora verilsin - Qəza mesajı
Elektrik enerjisinin real sektora mənfi təsirlərini azaltmaq, eyni zamanda, istehlakçıların daha keyfiyyətli, səmərəli və fasiləsiz xidmətlər əldə etməsinə nail olmaq üçün mərhələli şəkildə kommunal xidmətlərin idarəetməyə verilməsi vacibdir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, dünən işıqların sönməsi bir mesaj kimi qiymətləndirilməlidir:Muxalifet - 3-07-2018
“İranda rejim dəyişikliyindən söhbət gedə bilməz” - POLİTOLOQ
Natiq Miri: “İran İnqilabını yıxaraq, tamamilə yeni bir demokratik rejimi bərqərar etmək o qədər də asan məsələ deyil”
Muxalifet4 - 3-07-2018
Kılıçdaroğluna dedim ki, yerini mənə verə bilər – Məhərrəm İncə
Dünən Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu ilə CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin arasında baş tutan görüşün detalları bəlli olub.
Muxalifet.az xəbər verir ki, jurnalistlərə açıqlama verən İncə Kılıçdaroğluna görüş zamanı etdiyi təklifi açıqlayıb.Muxalifet - 3-07-2018
DİM kolleclərin ixtisas seçiminə hansı abituriyentlərin buraxıldığına aydınlıq gətirib
On bir illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar.
Bu barədə Muxalifet.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Muxalifet - 3-07-2018
Fransa Misirə silah satışını 30 dəfə artırdı
Fransa Misirə böyük miqdarda silah tədarük edir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Fransanın 4 hüquq müdafiə təşkilatının hesabatında yer alıb. Hesabatda silah tədarükünün dövlətlə bərabər, özəl şirkətlər tərəfindən də gerçəkləşdirildiyi bildirilib:Muxalifet - 3-07-2018
İlham Əliyevdən Azərbaycanı işıqsız qoyan partlayışla bağlı MÜHÜM ADDIM
Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Muxalifet2 - 3-07-2018
İranda anomal istilərdən 5 FƏHLƏ ÖLÜB
İranın paytaxtı Tehrandan 20 km cənub-qərbdə yerləşən kağız fabrikində zəhərli qazın sızması nəticəsində 4 fəhlə ölüb.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, paytaxtdan qərbdə yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində isə 1 fəhlə ölüb, onlarla insan yaralanıb.
Məlumata əsasən, görünməmiş istilik və anomal temperatur İranda çoxsaylı yanğınlara da səbəb olub.
Hazırda İranda havanın temperaturu 40 dərəcədən çoxdur.
Muxalifet2 - 3-07-2018
Avstriya XİN iranlı diplomatları deportasiya etməyə hazırlaşır - TERRORDA ŞÜBHƏLİ BİLİNİRLƏR
Avstriyanın Xarici İşlər Nazirliyi Parisdə İran müxalifətinə qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinən iranlı diplomatı ölkədən deportasiya etməyə hazırlaşır.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirlik diplomatın həbsinə dair Avropa İttifaqının orderi də verilib. Bununla əlaqədar İranın səfiri Avstriyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ondan səfirliyin əməkdaşının diplomatik toxunulmazlığının ləğv edilməsi tələb olunub.
Muxalifet2 - 3-07-2018
120 NƏFƏRƏ 6 SƏRİNKEŞ…Kəskin istilərdə həbsxanalarda durum necə olur?
Azərbaycanda son 120 ildə görülməmiş istilər müşahidə olunur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyir. Sosial mediada yazırlar ki, bu havada həbsxanalardakı məhbuslar üçün istilər daha dözülməzdir, çünki kameralarda soyutma sistemi yoxdur.
Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanan NİDA hərəkatının üzvü Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğlunun istidən əziyyət çəkdiyini deyir.
Muxalifet2 - 3-07-2018
Hakim partiya HƏRƏKƏTƏ KEÇDİ: edam və xədim cəzası gəlir
Türkiyənin Ağrı vilayətində 4 yaşlı Leylanın 18 günlük axtarışlardan sonra ölü halda tapılması ölkəni ayağa qaldırıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, azyaşlının cinsi istismara məruz qalaraq öldürülməsi iddiası Ədalət və İnkişaf Partiyasını hərəkətə keçirib.
Partiyanın mətbuat katibi Mahir Ünal uşaqlara cinsi təcavüz cinayətlərinin qarşısını almaq üçün yeni qurulan hökumətdə edam və xədim cəzasının tətbiq edilə biləcəyini deyib.
Muxalifet2 - 3-07-2018
Türkiyədə Azərbaycana da ixrac olunan pendir SATIŞDAN NİYƏ YIĞIŞDIRILIR?
Türkiyənin məşhur “Muratbey Burgu” pendirləri satışdan yığışdırılır. Buna səbəb isə Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin apardığı yoxlamalar zamanı məhsulların tərkibində natamisin (E-225) qatqı maddəsinin aşkar olunmasıdır.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə qida məcəlləsinə uyğun olmayan məhsulun satışdan çıxarılmayacağı təqdirdə istehsalçıya qarşı cəza tədbirlərinə başlanılacaq.
Muxalifet2 - 3-07-2018