Axtarış

The search found 105823 results in 0.107 seconds.

Search results

  1. NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

    Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib. Mobil operator abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür. Qeyd edək ki, gecə saatlarında elektrik enerjisinin kəsintisinə baxmayaraq, Nar şəbəkəsinin əksər hissəsi abunəçilərə xidmət göstərib. Hazırda paytaxtda xidmətlərin göstərilməsi baxımından vəziyyət qənaətbəxşdir, müəyyən bölgələrdə yaranmış çətinliklərin aradan qaldırılması işləri davam edir.

    Muxalifet4 - 3-07-2018

  2. İŞIĞIMIZI KORRUPSİYA SÖNDÜRÜB – İqtisadçı ekspertlər enerji böhranının səbəbini açıqladılar

    İqtisadçılar  – Natiq Cəfərli və Vüqar Bayramov ölkədə yaranmış enerji böhranını səbəbi barədə fikirlərini açıqlayıblar.

    N.Cəfərli rəsmi məlumatda “temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi nəticəsində həddindən artıq yüklənmə” fikrini qəbuledilməz hesab edir.

    Muxalifet2 - 3-07-2018

  3. “Düşmənlər”in “dostluq” manevrləri: SARSIDICI SİYASİ SÜRPRİZLƏR GÖZLƏNİLİR

    Münasibətlərindəki ərkyanalıq D.Tramp və V.Putini kimsəyə tam aydın olmayan tellərin bir-birinə bağladığını göstərir; Ancaq Tramp-Putin görüşünün uğur qazanmasına çalışanlarla yanaşı, onun pozulmasına can atanlar eyni vaxtda hərəkətə keçiblər

    Muxalifet2 - 3-07-2018

  4. İranda iqtisadi GƏRGİNLİK ARTIR: Bakıya da təsir edəcək?

    İranda vəziyyət stabilləşməsə, bu, Azərbaycanın iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilər.

    Bu sözləri İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlar və bunun Azərbaycana təsirləri haqda danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

    Muxalifet2 - 3-07-2018

  5. Tanrı buludların üzərində - ŞOK VİDEO

    Corciya ştatının Alabama şəhərindəki məhəllədə baş verən güclü qasırğalar, tornadolar ştat ərazisində fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan şəxslərdən birinin külək zamanı səmadakı buludların hərəkətini çəkməsi təşviş yaradıb. Belə ki, görüntülərdə buludlar arasında şəffaf rəngli, günəş şüalarını xatırladan bir obyektin hərəkət etdiyi görülür. Görüntüləri ilk dəfə görən şəxslər, tanrının buludlar üzərində gəzdiyini iddia edirlər.

    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet2 - 3-07-2018

  6. TARMPIN “YEKUN SÜLH” PLANI İLƏ BAĞLI GERÇƏKLƏR ÜZƏ ÇIXIR… –Bölgəni İsrailin nəzrətinə vermə planındakı əsas ölkələr və adamlar... - ARAŞDIRMA

    Prezident Trampın “yekun sülh” (“ultimate peace”) adını verdiyi, İsraillə Fələstin arasında davamlı sülh gətirəcəyini söylədiyi planla əlaqədar Vaşinqtondakı qurumlar son düzəlişlərini edirlər. İsrail, Səudiyyə Ərəbistanı, Misir  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bu plan üçün ABŞ-la birlikdə aktiv formada çalışırlar.

    Muxalifet2 - 3-07-2018

  7. Qobustanda ağır qəza: İKİ NƏFƏR ÖLDÜ

    Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mersedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.

    Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 3-07-2018

  8. Nikol Qarabağa polis göndərdi - MN-DƏN CAVAB

    Müdafiə Nazirliyi dəfələrlə bunu bəyan edib, biz bir daha təsdiqini gördük. Ermənistanda demoqrafik vəziyyət o həddədir ki, işğalçı ölkənin səngərlərə çıxarmağa hərbi qulluqçusu çatmır.
    Muxalifət.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Musavat.com-a açıqlamasında deyib.

    Muxalifet2 - 3-07-2018

  9. Kondisionersiz imtahan otaqları - DİM sözçüsü günəşin qarşısını pərdə ilə kəsdiklərini deyir

    Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakıda və respublikanın 28 rayonunda IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə ərzində davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

    Muxalifet2 - 3-07-2018

  10. Ərdoğan Bakıya iki yeni təkliflə gəlir – Politoloq diplomatik qaynaqlardan əldə etdiyi MƏLUMATI AÇIQLADI

    “Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan gələn həftə Azərbaycana əliboş gəlməyəcək. Ankaradakı diplomatik qaynaqlardan əldə etdiyim məlumata görə, Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə həmişəki mövzuları müzakirə etməklə yanaşı Bakıda iki məsələni də diqqət mərkəzində saxlayacaq”.

    Muxalifet2 - 3-07-2018

  11. Ərəb şahzadələrin birgə həmləsi – MƏSCİDİ-AKSA SATIN ALINIR

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanın İsrailin nəzarətində olan Qüdsdə Məscidi-Aksanın ətrafındakı mülkləri almaq üçün səy göstərdiyi məlum olub.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, məscidin yanındakı binanın alınması və Qüdsdə Səudiyyə-BƏƏ birgə mərkəzi açılması gözlənilir.

    Mərkəz Qüdsdəki İslam Fonduna paralel şəkildə işləyəcək.

    Muxalifet2 - 3-07-2018

  12. Əfqanıstanda ABŞ hərbçilərinə hücum olub, 5 əsgər ölüb

    "Taliban" silahlılarının Əfqanıstanın Pol Elem rayonunun Padhab bölgəsində ABŞ-ın hərbi konvoyuna hücumu nəticəsində 5 əsgər ölüb.
    Muxalifet.az  “Haber7”yə istinadən xəbər verir ki, bunu Loger əyaləti polis idarəsinin sözçüsü Şahpu Arab bildirib.
    Onun sözlərinə görə, bir neçə amerikalı əsgər yaralanıb, 2 zirehli hərbi texnika məhv edilib.

    Muxalifet - 3-07-2018

  13. ​Bakıda dostunu öldürənə hökm oxundu

    Bakıda dostunu ürəyindən vuraraq öldürməkdə təqsirli bilinən Zaur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
    Məhkəmənin hökmü ilə Mahmud Ağalarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 3-07-2018

  14. Bu ölkələr Türkiyəyə qarşı intiqam SSENARİSİNİ İŞƏ SALDI

    Şərqi Aralıq Dənizində 2010-cu ildən İsrail, ABŞ, Yunanıstan və Kipr adasının yunan hissəsi tərəfindən keçirilən birgə hərbi təlimlərin əsl hədəfi ortaya çıxıb.
    Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Nobel Dina” (Tövratda intiqam anlamına gəlir) adı verilən təlimlər Türkiyədən gələcək hər hansı təhlükənin yox edilməsi üzrə ssenariləşdirilib.
    Hərbi təlimlərə ilk olaraq 2010-cu ildə İsrail və ABŞ qatıldı. Sonradan isə təlimlərə Yunanıstan və Cənubi Kipr də cəlb edilib.

    Muxalifet - 3-07-2018

  15. Sərkisyan onkoloji xəstəlikdən öldü

    Sovet müğənnisi, Ermənistanın əməkdar artisti Nadejda Sərkisyan 64 yaşında İrəvanda ölüb.
    Muxalifet.az kult.az-a istinadən xəbər verir ki, bu barədə İrəvan Dövlət Kollecinin saytında informasiya yayılıb. Sərkisyan 2003-2017-ci illərdə sözügedən kollecə rəhbərlik edib.
    Nadejda Sərkisyanın uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

    Muxalifet - 3-07-2018

  16. Ermənistanın sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ

    Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib.

    Trend-in məlumatına görə, o, 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.

    Qeyd olunur ki, o həmçinin konstitusion rejimin devrilməsi cəhdində ittiham olunur.

    M.Arutyunyan 2007-2008-ci illərdə Ermənistan müdafiə naziri işləyib.

    Muxalifet2 - 3-07-2018

  17. Türkiyə ordusu 300 terrorçunu zərərsizləşdirib - İRAQDA

    Türkiyə Hərbi-Hava Qüvvələrinin İraqın şimalında davam etdirdiyi əməliyyat nəticəsində iyun ayında 300 PKK terrorçusu zərərsizləşdirilib.

    Trend-in məlumatına görə, bu əməliyyatlar zamanı 19 Türkiyə hərbçisi həlak olub, 28-i yaralanıb.

    Qeyd olunur ki, bu müddət ərzində Türkiyənin hərbi hissələrinə hücumların təşkilində iştirak etmiş PKK-nın 6 aparıcı fiquru da məhv edilib.

    Muxalifet2 - 3-07-2018

  18. Rusiyadan etiraf: UZAQ ŞƏRQƏ NƏZARƏT İTİRİLİR

    Lazımi qədər maliyyələşmənin olmaması, miqrasiya qanunvericiliyini pozanları Uzaq Şərqdən qovmağa imkan vermir.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev deyib.

    Onun sözlərinə görə, son illər ərzində Uzaq Şərqdən deportasiya edilən miqrantların sayı 10% artıb. O həmçinin Uzaq Şərqdən əhali axınının da dayanmadığını söyləyib.

    Muxalifet2 - 3-07-2018

  19. Poroşenkodan Kremli qəzəbləndirəcək BƏYANAT: 2025-ci ilə qədər…

    Ukrayna 2025-ci ilə qədər Avropa İttifaqının üzvü olmağa çalışır.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Belqradda Serbiya prezidenti Aleksandr Vuçiçlə mətbuat konfransının gedişatında Ukraynanın prezidenti Pyotr Poroşenko bildirib.

    “Bizim ümumi məqsədimiz 2025-ci ilə qədər Avropa İttifaqına girməkdir. İstəyirəm ki, Serbiya bu yolda bütün maneələrin öhdəsindən gəlsin”, - Ukrayna lideri vurğulayıb.

    Xatırladaq ki, Poroşenko daha əvvəl 2030-cu ilə qədər Avropa İttifaqı və NATO-nun üzvü olmaq arzusunu ifadə edib.

    Muxalifet2 - 3-07-2018

  20. FHN:"Mingəçevir İES-də yanğının söndürülməsinə 11 texnika və 50 nəfərdən çox şəxsi heyət cəlb edilib"

    Fövqəladə Hallar Nazirliyi “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza haqqında rəsmi məlumat yayıb.

    APA-nın xəbərinə görə, məlumatda bildirilir:

    Muxalifet2 - 3-07-2018

Pages