Axtarış

The search found 105823 results in 0.172 seconds.

Search results

  1. Bu gün Bakı metrosu sərnişinlər üçün BAĞLI OLACAQ

    3 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

    Muxalifət.az xəbər verir ki, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və “Bakı Metropoliteni” QSC-nin birgə məlumatında öz əksini tapıb.

    Muxalifet2 - 4-07-2018

  2. BAKINI SU BUXARI BÜRÜDÜ - FOTO

    Gecə saatlarında Bakı şəhərinin üzərini su buxarı bürüyüb.

    Report xəbər verir ki, havada duman şəklini alan buxar əsasən, paytaxtın dənizkənarı ərazilərində müşahidə olunub.

    Bu, Neftçilər prospekti, İstiqlaliyyət küçəsi, "Statistika" dairəsi və Nəriman Nərimanov heykəlinə yaxın olan ərazilərdə sürücülərin görmə məhdudiyyətini aşağı salıb.

    Muxalifet2 - 4-07-2018

  3. Azərbaycan Ermənistana “əzələ” nümayiş etdirir:Bakı silahlanma qovğasında İrəvanı xeyli geridə qoyub – TƏHLİL

    Cənubi Qafqazda silahlanma qovğası Bakının açıq üstünlüyü ilə gedir. Bu, İərvanı həm dinc tənzimləməyə tələsdirə, həm də savaşa apara bilər.

    Bakıdakı geniş əhatəli parad Azərbaycan ordusunun nəylə zəngin olduğunu sərgiləyib.

    Muxalifet2 - 4-07-2018

  4. Müsəlman qıza alçaq hücum: BƏDƏNİNƏ XAÇ ÇƏKDİLƏR

    Belçikanın Anderlues qəsəbəsində 2 nəfər, hücum etdikləri 19 yaşlı Müsəlman bir gənc qızın bədəninə kəsici alətlə xaç çəkiblər.
     
    Belçikanın Anderlues qəsəbəsində, irqçi və İslamofobik təcavüzə məruz qalan 19 yaşlı Müsəlman bir gənc qızın bədəninə kəsici alətlə "xaç" çəkildiyi ortaya çıxıb.

    Muxalifet3 - 4-07-2018

  5. PREZİDENT ENERJİ QƏZASINI ARAŞDIRMAĞI XÜSUSİ KOMİSSİYAYA TAPŞIRDI

    3 iyul qaranlığından sonrakı səhər: nələr baş verdi?; Dövlət başçısı İlham Əliyev baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün göstəriş verdi; ölkənin bütün strukturları Mingəçevir İES-də baş vermiş qəzadan sonra yaranmış problemləri aradan qaldırmağa cəlb olunub

    Muxalifet2 - 4-07-2018

  6. PKK-ya ağır zərbə: TERRORÇULAR MƏHV EDİLDİLƏR

    TSQ, Şırnak əyaləti və İraqın şimalındakı Qəndil, Avaşin-Basyan, Qara bölgələrinə, təşkil olunan hava hərəkatında silahlı 11 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
     
    TSQ, Şırnak əyaləti və İraqın şimalındakı Qəndil, Avaşin-Basyan, Qara bölgələrinə, 03-04 iyul 2018-ci il tarixlərində keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatına aid sığınacaq, silah və sursat anbarlarının məhv edildiyini, silahlı 11 terrorçunun isə zərərsizləşdirildiyini bildirib.
    Müxalifət.az

    Muxalifet3 - 4-07-2018

  7. BMT-dən Ərdoğanın bu ölkəyə səfəri öncəsi ÖNƏMLİ ADDIM

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə ziyarəti öncəsi önəmli addım atılıb.

    Muxalifət.az xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş Kipr danışıqlarının yenidən başlanması üçün vasitəçi təyin edib.

    Quterreş Türkiyənin də razılığını alaraq Ceyn Holl Luteni Kiprə xüsusi nümayəndə təyin edib. Lute Kiprdə keçirəcəyi görüşlərdən sonra Ankara və Afinada da danışıqları yenidən başlayacaq./axar/

    Muxalifet2 - 4-07-2018

  8. İcra başçısı ilə birlikdə güllələnən mühafizəçi QASIM AŞBAZOV - FOTOLAR

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı güllələnən mühafizəçi Qasım Aşbazovun fotosunu əldə etmişik.
    Muxalifet.az criminal.az-a isitinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, Q.Aşbazov polis əməkdaşı olub.

    Ağır güllə yarası alan E.Vəliyev bu vertolyotla Bakıya göndərilib.

    Muxalifet4 - 4-07-2018

  9. Gəncənin icra başçısını güllələyən şəxsin FOTOSU yayıldı

    Sosial şəbəkələrdə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədən şəxsin fotosu yayılıb.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, sui-qəsdi törədən 1983-cü il təvəllüdlü Yunis Səfərovdur. O, Rusiya vətəndaşıdır.

    Həmin şəxsin fotosunu təqdim edirik:

    Muxalifet2 - 4-07-2018

  10. Pərdəsi açılmayan SIRR – İranın sərnişin təyyarəsinin vurulmasından 30 il ötür/FOTOLAR

    ABŞ hərbi kreyserinin İranın sərnişin təyyarəsini qırıcı təyyarə zənn edərək məhv etməsinin 30 ili tamam olur. Bu niyə baş verdi, ABŞ hakimiyyəti buna necə reaksiya verdi və bu faciə nələrə gətirib çıxardı kimi suallar 30-cu ilin tamamında da çoxlarını düşündürür.

    Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, həmin hadisələrlə bağlı yazını təqdim edir.

    Muxalifet2 - 4-07-2018

  11. Hansı ərazilərə su hələ də verilməyib? - AÇIQLAMA

    Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.

    Muxalifət.az xəbər verir ki, bunu Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

    O bildirib ki, hazırda bütün su mənbələri tam gücü ilə çalışır. Artıq Yasamal, Binəqədi, Nəsimi, Səbail, Nərimanov rayonları su ilə təmin olunub. Səbail rayonunda yalnız Badamdar ərazisinin su ilə təminatında problem var.

    A.Cəbrayıllı qeyd edib ki, həmçinin Xəzər, Xətai, Sabunçu, Abşeron rayonlarında da suyun verilməsində sabitlik əldə olunub. Tam rejimdə suyun verilməsinə sabahdan başlanılacaq.

    Muxalifet2 - 4-07-2018

  12. Turistlər üçün qadağalar - BUNLARI BİLMƏDƏN SƏYAHƏTƏ ÇIXMAYIN

    Elə ölkə var ki, orada hətta sellofan torbadan istifadə belə qadağan olunub
     

    Dünyada yay turizmi başlanıb. İnsanlar zövqləri, arzuları və imkanları çərçivəsində dünya ölkələrinə səyahət edirlər. İsti ölkələrdə yaşayanlar sərin yerlərə, sərin ölkələrdə yaşayanların dəniz, qum ikilisinin olduğu isti yerlərə getməsi təbiidir. Amma bəzi ölkələr turistlərlə bağlı qadağalar tətbiq edib. Bu qadağaları bilmədən həmin ölkələrə səyahət etmək də məntiqli görünmür.

    Muxalifet2 - 4-07-2018

  13. Neft kəskin bahalaşacaq - PROQNOZ

    Geosiyasi gərginlik və bir sıra ölkələrdə hasilatın aşağı salınması qlobal neft bazarına təsir göstərəcək.

    Muxalifət.az xəbər verir ki, bu iddia ilə “Morqan Stenli” Bankı çıxış edib. Bankın iddiasına görə, 2018-ci ilin ikinci yarısında “Brent” markalı neftin qiyməti 7,5 dollar artaraq, 85 dollara çatacaq.

    Qeyd edək ki, son nəticələrə görə, VTİ neftinin qiyməti 0,45 dollar artaraq 74,59 dollar, “Brent” markalı neftin qiymətin isə 0,38 dollar artaraq 78,14 dollar təşkil edib.

    Muxalifet2 - 4-07-2018

  14. İngiltərədə ikinci KİMYƏVİ ZƏHƏRLƏNMƏ - Skirpaldan 11 km uzaqlıqda...

    İngiltərənin Amesburi qəsəbəsində kimyəvi zəhərlənmə faktı qeydə alınıb.

    Muxalifət.az xəbər verir ki, 40-45 yaşlarında bir kişi və bir qadın cümə günü hüşsuz halda yaşadıqları evdə tapılıb.

    İlkin ehtimallara görə, cütlük narkotik maddədən istifadə edib. Lakin daha sonra onların dəqiq olaraq hansı maddədən zəhərləndikləri təsbit edilməyib.

    Muxalifet2 - 4-07-2018

  15. “Bu gün Bakıda 41, rayonlarda 44 dərəcə isti olacaq” – NAZİRLİKDƏN XƏBƏRDARLIQ

    “Səhər saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın faktiki temperaturu 34-36 dərəcə təşkil edib”.

    Muxalifet2 - 4-07-2018

  16. Deputat icra başçısına sui-qəsdlə bağlı danışdı:"Əlbəttə, yerli məmurların fəaliyyəti hər kəsi razı sala bilməz, ancaq..."

    Millət vəkili Zahid Oruc Gəncədə baş verən qanlı olayla bağlı musavat.com saytına açıqlama verib. Onu təqdim edirik.
     

    Muxalifet2 - 4-07-2018

  17. ABŞ-IN DÜŞMƏNİ XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

    Boliviya Prezidenti Eva Morales xəstəxanaya yerləşdirilib.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Boliviya Prezident Administrasiyası yayıb. Onun əvvəlcədən müəyyən edilmiş tibbi yoxlamalar üçün xəstəxanaya yerləşdirildiyi bildirilib.

    Qeyd edək ki, Morales kəskin antiamerika mövqeyi ilə tanınır.

    Muxalifet2 - 4-07-2018

  18. Vergilər Nazirliyində yeni təyinatlar - ADLAR

    Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

    “APA-Economics”in əldə etdiyi məlumata görə, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

    Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

    Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

    Muxalifet2 - 4-07-2018

  19. Kiyevdəki "Dolma" restoranının qarşısında atışma: BİR AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ

    Kiyevdə Azərbaycan yeməkləri verilən "Dolma" adlı restoranın qarşısında atışma olub.

    "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 5 güllə yarası alan azərbaycanlı Davud Ağayev xəstəxanada dünyasını dəyişib.

    Ukrayna KİV-lərinin xəbərinə görə, D.Ağayevin azərbaycanlı kriminal avtoritet "Lotu Quli" ilə əlaqəli olması ehtimal edilir.

    Muxalifet2 - 4-07-2018

  20. 14 yaşlı oğlan KANALDA BOĞULDU - Saatlıda

    Saatlıda 14 yaşlı oğlan kanalda boğulub.

    APA-nın məlumatına görə, rayonun Soltanabad kənd sakini, 2004-cü il təvəllüdlü Aqşin Allahverən oğlu Xudiyev kənd ərazisindən keçən kanalda çimərtkən boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 4-07-2018

Pages