Axtarış

The search found 105823 results in 0.076 seconds.

Search results

  1. İVANİŞVİLİ CASUSU ORDUNUN İÇİNƏ BURAXIR

    Rusiya Milli Təhlükəsizlik Şurası ordu bölmələrinin müxtəlif sursatlarla təchizi üçün təşkil edilən tenderə Pyotr Devrişadzenin şirkətinin buraxılması məsələsini müzakirəyə çıxaracaq.

    Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili yayıb. Rakviaşvili şuranın iclasının NATO-nun Brüssel sammitindən az öncə keçiriləcəyini bildirib.

    Muxalifet2 - 4-07-2018

  2. ​Qubada traktor aşıb, sürücü öldü

    Qubada traktor aşıb.
    APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Quba rayonunun Qımılqazma kəndində “Belarus” markalı traktor aşıb. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri sürücü, 1953-cü il təvəllüdlü Nadirli Hafiz Müslüm oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 4-07-2018

  3. ​Gömrük məntəqələrində durum necədir?

    Dövlət Gömrük Komitəsi gömrük postlarında gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Muxalifet - 4-07-2018

  4. ​Əfsanəvi türkiyəli atletin məzarı açılır – ŞOK SƏBƏB

    Əfsanəvi türkiyəli atlet, üçqat olimpiya çempionu Naim Süleymanoğlunun bu gün məzarı açılacaq.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, məzarın açılması üçün hazırlıqlar başladılıb, polis məzarın ətrafını mühasirəyə alıb.
    Məzarın açılması məhkəmə qərarı əsasında keçirilir. Belə ki, Süleymanoğlunun yapon qadın Kyoko Moridən olan qızı atalıq iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmə atalığın müəyyən edilməsi məqsədilə Süleymanoğlunun cənazəsindən DNT nümunəsi götürülməsi barədə qərar çıxarıb.
     

    Muxalifet - 4-07-2018

  5. ​Sabahın hava proqnozu

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 5-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, günün birinci yarısında 39-41, ikinci yarısında 34-37, Bakıda gecə 25-27, günün birinci yarısında 41 dərəcəyədək, ikinci yarısında isə 34-36 dərəcə isti olacağı gözlənilir.
    Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.

    Muxalifet - 4-07-2018

  6. ​"Qarabağ" Kiyev "Dinamo"suna qarşı

    Avstriyada təlim-məşq toplamışında olan "Qarabağ" sabah sonuncu yoxlama oyununu keçirəcək.
    Muxalifet.az xəbər verir ki, Ağdam klubu Ukraynanın "Dinamo" (Kiev) komandası ilə qarşılaşacaq.
    Matç Bakı vaxtıilə saat 20:00-da başlayacaq və klubun rəsmi Yutub kanalından canlı yayımlanacaq.

    Muxalifet - 4-07-2018

  7. ​Bakı Metropoliteni fəaliyyətini bərpa edib

    “Bakı Metropoliteni” QSC bir qədər əvvəl fəaliyyətini bərpa edib.
    Bu barədə Muxalifet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    Muxalifet - 4-07-2018

  8. ​“Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk” - Nikol Paşinyan

    “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, bölgədə sülh və sabitliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın roluna çox yüksək qiymət veririk”.
    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər ölkənin baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda əksini tapıb.

    Muxalifet - 4-07-2018

  9. ​Körpə qatili İrəvan: Zəhranın ölümü… - Foto

    Bu gün erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində öldürülən 2 yaşlı Zəhranın ölümündən bir il ötür.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, ötən ilin bu günü axşam saat 20:40 radələrində Füzuli rayonunun Alxanlı kəndinə ermənilərin mərmilər atması nəticəsində 2 yaşlı Z.Quliyeva və nənəsi Sahibə Quliyeva dünyasını dəyişmişdi.
    Hadisə baş verən zaman 2 yaşlı Zəhra nənəsinin nəzarəti ilə həyətlərində oynayırmış.

    Muxalifet - 4-07-2018

  10. 265 yol qəzası oldu, 100-ə yaxın insan həyatını itirdi - Vaqif Əsədov AÇIQLADI

    “İlin əvvəlindən bu günə qədər 265 yol qəzasında 94 nəfər ölüb”.

    Bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, 2018-ci ilin əvvəlindən bu günə qədər ölkədə 265 müxtəlif dərəcəli yol qəzası qeydə alınıb:

    Muxalifet2 - 4-07-2018

  11. Rusiyada “xarici agent” axtarışına start verilir – Duma qanun layihəsini təsdiqlədi, beynəlxalq təşkilat hökuməti İTTİHAM EDİR

    Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi bildirir ki, Rusiyanın bir sıra jurnalistlər və bloqqerlərə “xarici agent” damğası vurması, azad informasiya axınının qarşısının alınması yönündə hakimiyyətin yeritdiyi “müntəzəm siyasətdə” sonuncu addımdır.

    Muxalifet2 - 4-07-2018

  12. Baş nazir hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar SƏRƏNCAM İMZALADI

    Baş nazir Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

    Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 4-07-2018

  13. TRAMP BU ÖLKƏNI İŞĞAL ETMƏK İSTƏYİB

    ABŞ Prezidenti Donald Tramp Venesuelaya hərbi müdaxilə variantını yaxın ətrafına təklif edib.

    Muxalifət.az xəbər verir ki, “Assoşeyted Press” agentliyi Trampın belə bir təklifi 2017-ci ilin avqustunda səsləndirdiyini iddia edib.

    Trampın istəyinə qarşı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster və Dövlət katibi Reks Tillerson çıxıb. Hazırda istefada olan hər iki siyasətçi Trampı bu hücumun neqativ təsirləri barədə xəbərdar ediblər.

    Bundan sonra Tramp məsələni Kolumbiya lideri ilə müzakirə edib.

    Muxalifet2 - 4-07-2018

  14. MERKELDƏN ANONS: Avropa ABŞ-a savaş elan edəcək

    Almaniya kansleri Angela Merkel ABŞ-ın, başda Almaniya olmaqla, Avropa ölkələrinə qarşı gömrük vergisi təhdidinə cavab olaraq ticarət müharibəsi başladılacağı barədə xəbərdarlıq edib.

    Muxalifət.az xəbər verir ki, bu barədə “Frans Press” yazıb.

    Qeyd edək ki, Virciniya ştatında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp ölkəsinin bundan sonra “dünyanın pul qutusu” rolunu oynamayacağını bildirib.

    Muxalifet2 - 4-07-2018

  15. Metrostansiyaların qarşısına xüsusi briqadalar yerləşdirilib – SƏHİYYƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

    İyulun 3-dən etibarən metrostansiyaların fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliten stansiyaların qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

    Muxalifət.az-ın verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında deyilir.

    Muxalifet2 - 4-07-2018

  16. İran nüvə sazişində qalmaq üçün ŞƏRTİ AÇIQLADI

    Ölkə nüvə sazişindən xeyir alarsa, Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından (SVPD) çıxmayacaq.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İran prezidenti Həsən Ruhani bildirib.

    O qeyd edir ki, razılaşmanın başqa iştirakçıları Tehranın maraqlarını təmin edə bilərsə, ABŞ-sız razılaşmada qalacaq. Ruhani həmçinin vurğulayıb ki, SVPD-nin bütün qalan iştirakçıları güclü siyasi iradə nümayiş etdirdilər.

    Muxalifet2 - 4-07-2018

  17. AMEA: AY TUTULMASI BAŞ VERƏCƏK

    “Bu il iyulun 27-dən 28-ə keçən gecə Ay tutulması baş verəcək”.

    Bunu APA-ya Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib.

    O bildirib ki, Ay tutulması Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb, saat 00:21:44-də maksimumda olacaq və saat 02:19:00-da sona çatacaq.

    Direktor müavininin sözlərinə görə, Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq və həmin tarixdə Mars-Yer qarşıdurması hadisəsi də baş verəcək.

    Muxalifet2 - 4-07-2018

  18. “Spar” marketlər şəbəkəsi qiyməti qaldırdı? - CAVAB

    “Ərikli” suyunun qiymətinin artması xəbəri yalandır. Hazırda onun satış qiymətində heç bir artım yoxdur.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a “Spar” marketlər şəbəkəsində “Ərikli” suyunun qiymətinin süni şəkildə artırılması haqqında yayılan məlumatlara münasibət bildirən “Veysəloğlu” şirkətinin mətbuat katibi İlham Məmmədzadə deyib. O bildirib ki, sözügedən suyun qiymətində son 1 ay ərzində artım müşahidə olunmayıb.

    Muxalifet2 - 4-07-2018

  19. Gürcüstanda hökumət başçısı İSTEFA VERİB - Pataradze hakim partiyanı tərk etməyəcək

    Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı Zurab Pataradze istefa verib.

    APA-nın yerli bürosunun məlumatına görə, bu barədə o keçirdiyi brifinqdə bildirib.

    Z. Pataradze istefası ilə bağlı qərarın hakim komandada qəbul edildiyini deyib. O, hakim “Gürcü arzusu” partiyasında qalacağını qeyd edib.

    Hökumət başçısının vəzifəsini tərk etməsi səbəbindən Acarıstan MR-in nazirlər kabineti avtomatik olaraq istefaya göndərilib.

    Muxalifet2 - 4-07-2018

  20. İncədən Türkiyəni silkələyən KILIÇDAROĞLU AÇIQLAMASI

    Məğlub olduğunu qəbul etməyən qələbə qazana bilməz.

    Muxalifət.az xəbər verir ki, bu sözləri CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə Ərzurumda partiya üzvləri ilə görüşü zamanı deyib.

    “Məğlub olmusansa, geri çəkilməlisən. Bəhanə axtarmaq deyil, hazırlıqlar aparmaq lazımdır”, - İncə bildirib.

    Muxalifet2 - 4-07-2018

Pages