Axtarış

The search found 105823 results in 0.066 seconds.

Search results

  1. ​Türkiyədə ölüm hökmü bərpa edilir? - Ərdoğan açıqladı

    Türkiyədə ölüm hökmünün tətbiqi elə də asan məsələ deyil.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
    Ərdoğan ilk növbədə konstitusiyanın qərarının olmasının lazımlığını bildirib
     

    Muxalifet3 - 4-07-2018

  2. ​Qəzalar zamanı yol təsərrüfatına nə qədər ziyan dəyib?

    İyulun 3-də respublikanın bir neçə magistral avtomobil yollarında yol nəqliyyat hadisələri zamanı yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

    Muxalifet3 - 4-07-2018

  3. ​Məhərrəm İncədən yekun nəticələrlə bağlı - Mövqe

    Xeyirli, uğurlu olsun vətənə.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvü Məhərrəm İncə seçkilərin yekun nəticəsinə münasibət bildirərkən deyib.
    "Bu seçki bitmişdir. Yaxın vaxtda bələdiyyə seçkiləri var. Hazırlıqlarımızı görüb, nöqsanlarımızı aradan qaldırıb hazırlaşacağıq", - İncə qeyd edib.
     

    Muxalifet3 - 4-07-2018

  4. ​Rəşad Sadıqov "Olimpiya" ilə görüşdən danışdı

    Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirmişik. Hələ ki, qələbə qazana bilmirik. Yoldaşlıq görüşləri olmasına baxmayaraq, hər zaman istəyirik ki, qalib gələk. Hətta məşqlərdə də oyun təşkil olunanda məğlub olmaq istəmirsən. Sadəcə, indi ondan vacib məsələlər var ki, bunlardan biri də komandanın formalaşması və oyunları yüklənmə altında keçirməsidir.
    Bunu report-a açıqlamasında Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov deyib.

    Muxalifet3 - 4-07-2018

  5. Dünya bu tarixdə DAĞILACAQ? - Nyutonun məktubu tapıldı - VİDEO

    Tarixdəki ən böyük riyaziyatçı alimlərdən biri olan, müasir fizikanın və ali riyaziyyatın əsasını qoyan İsaak Nyutonun axirət günü ilə ilə bağlı yazdığı məktub ortaya çıxıb.
    Muxalifet.az bildirir ki, Nyutonun axirət günü ilə bağlı hesablaması dini kitablara söykənir. Alimin 1704-cü ildə yazdığı məktubda deyilir ki, o, Bibliyada yer alan Danielin (müsəlmanlarda Danyal) Kitabı əsasında dünyanın axırının nə vaxta düşdüyünü hesablayıb.
    Sözügedən hadisə ilə bağlı videonu təqdim edirik:
     

    Muxalifet3 - 4-07-2018

  6. ​Ruhani Avropadan səsləndi: Razılaşmaya sadiq qalmaq üçün...

    İranın Qərb dövlətləri ilə imzaladığı nüvə razılaşmasına sadiq qalması üçün iqtisadi maraqları təmin olunmalıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Avstriyada rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhani bildirib.

    Muxalifet3 - 4-07-2018

  7. ​Mingəçevir SES-dəki hadisə ilə bağlı cinayət işi açıldı

    Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.
    Muxalifet.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.

    Muxalifet3 - 4-07-2018

  8. ​Bakıda ABŞ-ın müstəqilliyi qeyd edildi - Foto

    İyulun 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

    Muxalifet3 - 4-07-2018

  9. ​Qərbdən Türkiyədəki suriyalılarla bağlı 500 milyonluq - Qərar

    Avropa Parlamenti Türkiyədəki suriyalı şagirdlərlə bağlı qərar verib.
    Muxalifet.az xəbər verir ki, Strasburqda keçirilən iclasda suriyalı şagirdlərə 500 milyon avroluq yardım edilməsi qərara alınıb.
    AP-nin Rumıniyadan olan üzvü Ziqfrid Mureşan tərəfindən hazırlanan hesabatda Türkiyədə 300 mindən çox suriyalı uşağın təhsilinə davam etməsi üçün 5 min müəllimin maaşını ödəmək məqsədi ilə 500 milyon avro maliyyə yardımı göstərilməsini nəzərdə tutur.
     

    Muxalifet3 - 4-07-2018

  10. ​Türkiyə ilə danışıqlar təxirə salınır: Dəyişiklik yoxdur

    Avropa Parlamenti növbəti dəfə Türkiyənin Avropa Birliyinə üzvlük müzakirələrinin təxirə salınmasını tələb etməyə hazırlaşır.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə AP-nin Türkiyə üzrə hollandiyalı məruzəçisi Kati Piri çıxış edib.
    Türkiyənin AB-yə üzvlüyünün formal şəkildə təxirə salındığını deyən Piri Ankara ilə heç bir dəyişiklik edilmədiyini bildirib.
     

    Muxalifet3 - 4-07-2018

  11. ​Qəza zamanı FHN və DİN necə işlədi? - Prezident

    Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yanarmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim sərəncamımla məsələni araşdırmaq üçün dövlət komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır.

    Muxalifet3 - 4-07-2018

  12. ​"Qarabağ" "Dinamo Kiyev"lə qarşılaşdı

    Avstriyada təlim-məşq toplanışında olan Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb.
    Muxalifet.az-ın məlumatına görə, rəqib Ukraynanın "Dinamo" (Kiyev) klubu olub. Şvats şəhərində keçirilən matçda Ağdam təmsilçisi minimal hesabla məğlub olub.
    Qeyd edək ki, "Qarabağ" bundan əvvəl yoxlama görüşlərində Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.
     

    Muxalifet3 - 4-07-2018

  13. ​SON DƏQİQƏ: İcra başçısı Elmar Vəliyevin vurulduğu an - VİDEO

    Xəbər verdiyimiz kimi dünən axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub. Hadisə nəticəsində içra başçısı və mühavizəçisi yaralanaraq xəstəxanaya yerləşdirilib. Muxalifet.az qaynarinfo-ya istinadən hadisəninin baş vermə anını əks etdirən görüntünü təqdim edir.

    Muxalifet3 - 4-07-2018

  14. ​Almaniya hökm oxumağa hazırlaşır: proses sona yaxınlaşır

    Almaniyada NSU qrupunun üzvü olan və bir çox səs-küylü cinayətlərin, həmçinin onlarca sui-qəsdin törədilməsində təqsirli bilinən neonasistlərin işi üzrə məhkəmə prosesi sona yaxınlaşır.
    Muxalifet.az xəbər verir ki, onların barəsində 2000-ci il sentyabrın 11-dən 2006-cı il aprelin 6-dək 8 türk və bir yunan mənşəli vətəndaşı eyni silahla qətlə yetirmələri ittihamı irəli sürülüb.

    Muxalifet3 - 4-07-2018

  15. ​Türkiyə bunu etsə, bataqlığa düşəcək - Senator

    Əgər Türkiyə Suriyadakı münaqişəyə daxil olarsa, bataqlığa düşəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı senator Lindsey Qraham deyib.
    O bildirib ki, Ankaranın Suriyaya müdaxilə etməsi tamamilə yanlışdır:
    “ABŞ-ın Suriyadakı varlığı müsbət qarşılanır. ABŞ əsgərlərinin Suriyadan çıxması hazırda düzgün addım sayılmaz”
     

    Muxalifet3 - 4-07-2018

  16. ​Tramp mümkünsüzü bacardı: Dostlar ABŞ-a qarşı birləşir

    ABŞ Prezidenti Donald Trampın digər ölkələrə etdiyi hədələr, sanksiyalar, əlavə vergilər və diplomatik təzyiqlər "ABŞ-ı yenidən böyük güc etmək" strategiyasını zədələyib.
    Muxalifet.az xəbər verir ki, bunu "Krimson Alter" blogeri İvan Danilov bildirib.

    Muxalifet - 5-07-2018

  17. ​Xəstəxanaya gedən qadını avtomobil vurdu

    Hadisə 5 saylı Şəhər Klinikasının qarşısında baş verib
    Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, hadisə 5 saylı Şəhər Klinikasının qarşısında qeydə alınıb.
    1987-ci il təvəllüdlü Məmmədova Pərvin Arzu qızı qeyd edilən xəstəxanaya gedərkən onu minik avtomobili vurub. 
    Yaralıya xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 5-07-2018

  18. İrandan növbəti neft təhdidi: HÖRMÜZ BOĞAZINI BAĞLAYARIQ

    İran İnqilab Mühafizəçiləri Komandiri İsmayıl Kövsəri, İran neftinin satışı əngəlləndiyi təqdirdə Hörmüz boğazının neft gəmiləri üçün keçidlərinə icazə verməyəcəklərini bildirib.
     
    İranın "Entekhab" saytına görə, Kövsəri, "Əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünyanın digər nöqtələrinə neft keçidinə icazə verməyəcəyik" deyib.
     
    ABŞ VƏ MÜTTƏFİQLƏRİ, MARAQLARI ARXASINCA QAÇIRLAR
     

    Muxalifet3 - 5-07-2018

  19. ​Kanadada anomal istilər 17 can aldı

    Kanadada anomal istidən ölənlərin sayı 17 nəfərə çatıb.
    Muxalifet.az  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.
    Məlumata görə, 12 nəfər Monreal şəhərində anomal istilərə tab gətirməyib. İyulun 4-də Monrealda havanın temperaturu müsbət 40 dərəcəyə çatıb. Meteoroloqların proqnozlarına əsasən, Kvebek əyalətinin ən iri şəhərində qızmar hava şəraiti iyulun 6-dək davam edəcək.

    Muxalifet - 5-07-2018

  20. ​Merkel müharibədən danışdı

    Biz artıq Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin  cizgilərini görürük.
    APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel bəyan edib.
    “Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsi mümkündür. Belə bir ssenari Vaşinqtonla rüsumlarla bağlı münaqişənin ağırlaşması nəticəsində gerçəkləşə bilər. Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisinin tətbiqi müzakirələri daha da sərtləşdirə bilər. Biz artıq ticarət müharibəsinin  cizgilərini görürük”, deyə A.Merkel qeyd edib.

    Muxalifet - 5-07-2018

Pages