Axtarış
The search found 105823 results in 0.092 seconds.
Search results
Trampdan neftlə bağlı açıqlama: QİYMƏTLƏRİ AŞAĞI SALIN
Neft qiymətlərindəki artım üçün bir daha OPEK ölkəsi üzvlərini günahlandıran ABŞ prezidenti, "Qiymətləri indi aşağı salmalıdırlar" - deyib.
ABŞ prezidenti Donald Tramp, neft qiymətlərindəki artımı tənqid edərək OPEK-dən qiymətlərin düşməsi üçün daha çox şey etməsini istəyib.Muxalifet3 - 5-07-2018
Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası nazir müavininə HƏVALƏ EDİLİB
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir vəzifəsinin icrası təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya həvalə edilib.
Bu barədə APA-ya BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məlumat verib.
O qeyd edib ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub.
1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.
Muxalifet2 - 5-07-2018
Bioresurslara 41 min manat ZİYAN DƏYİB
Bu ilin 6 ayı ərzində balıq və digər su bioresurslarından istifadə zamanı qanunu pozan şəxslərdən 35 üzmə vasitəsi, 11 ədəd asma qayıq mühərriki, 638 ədəd qanunsuz ov aləti tor və 1880 ədəd qarmaq, 2161 ədəd müxtəlif növ balıqlar, su bioresursu olan 1103 ədəd qurbağa və 1341 ədəd krevet götürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Muxalifet2 - 5-07-2018
İKİ TERRORÇU YAXALANDI
Suriyada xidmət edən “Azad Polis” qrupu iki YPG-li terrorçunu yaxalayıb. Terrorçulardan birinin Türkiyə vətəndaşı olduğu müəyyənləşdirilib.
Azad Suriya Ordusuna (ASO) bağlı və Türkiyə tərəfindən təlim verilərək Suriyada terrordan təmizlənilən bölgədə əmin-amanlığı təmin edən "Azad Polis”lər Afrinin şimalındakı Həsən Dərə kəndində iki YPG/PKK-lı terrorçunu yaxalayıb.Muxalifet3 - 5-07-2018
Bağdadinin oğlu da sağdır? – FOTOLARI YAYILDI
İŞİD terror qruplaşması yenidən Yaxın Şərqdə qüvvətlənməyə başlayıb.
Muxalifət.az xəbər verir ki, “İndependent” nəşri İŞİD-lə bağlı sensasiyalı iddia ortaya atıb.
Məlumata görə, ABŞ-ın İŞİD-lə mübarizə adı altında dəstək verdiyi PYD-PKK terrorçuları onlara ayrılan yardımların kəsilməməsi üçün İŞİD-lə mübarizəni arxa plana atıb. Bu zaman isə İŞİD yaranmış boşluqdan istifadə edərək Suriyanın İraqla sərhədində bir sıra xırda mahalları (Suveydan, Kazmur) ələ keçirib.
Muxalifet2 - 5-07-2018
Elmar Vəliyevin mühafizəçisindən yeni xəbər var, özündən isə... - XƏSTƏXANADAN AÇIQLAMA
Hazırda Gəncə Beynəlxalq Hospitalında müalicə alan şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mühafizəçisi Qasım Aşbazovun vəziyyəti normaldır.
Muxalifət.az xəbər verir ki, xəstəxanadan modern.az-a verilən məlumata görə, Q.Aşbazov əməliyyatdan sonra özünü yaxşı hiss edir, yaxın günlərdə evə buraxılacaq: "Normal qidalanır, anlaqlı vəziyyətdədir”.Muxalifet2 - 5-07-2018
TSQ açıqladı: PKK-ya AĞIR ZƏRBƏ
TSQ, İraqın şimalında keçirilən hava hərəkatında 11 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Türk Silahlı Qüvvələri (TSQ), Şırnakın kəndi ilə İraqın şimalındakı Qəndil, Avaşin-Basyan və Qara bölgələrinə dünən və bu gün keçirilən hava hərəkatlarında 11 silahlı terrorçunu zərərsizləşdirib.Muxalifet3 - 5-07-2018
Şirkət rəhbəri selfi çəkərkən ÖLDÜ
Çinin 4-cü böyük şirkəti olan “HNA Group”un idarə heyətinin ikinci sədri Vanq Çian faciəvi şəkildə dünyasını dəyişib.
Muxalifət.az xəbər verir ki, sədr Fransada səfərdə ikən Provins şəhərinin Bonniueks kəndində foto çəkərkən 15 m hündürlükdən yerə yıxılıb və ölüb.
Muxalifet2 - 5-07-2018
Həyat yoldaşının ziyarətinə gedən qadının saçlarında narkotik maddə aşkarlandı – BAKI HƏBSXANASINDA ƏMƏLİYYAT
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Muxalifet2 - 5-07-2018
Tanınmış iş adamı məhkəmədə Aslan İsmayılovun HƏBS EDİLMƏSİNİ TƏLƏB ETDİ
Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan Ismayılov arasında bu gün növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə ilk olaraq çıxış edən A.Ismayılov iş adamını yenə də təhqir edərək, onun ünvanına şər-böhtan yağdırıb.
Muxalifet2 - 5-07-2018
ENERJİ BÖHRANI İLƏ BAĞLI MÜŞAVİRƏNİN SENSASİON VİDEOSU
Məlum olduğu kimi, dünən Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.
Muxalifet.az müşavirənin tam videosunu təqdim edir:Muxalifet4 - 5-07-2018
Bakıda 60 yaşlı kişi GÜNVURMADAN ÖLDÜ
Bakı şəhərində günvurmadan adam ölüb.
APA-nın xəbərinə görə, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rövşən Ziyəddin oğlu Muştaqov günvurma diaqnozu ilə 3 saylı şəhər Klinik Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Muxalifet2 - 5-07-2018
Kikboksinq üzrə dünya çempionu beynəlxalq AXTARIŞA VERİLDİ
Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A.Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, A.Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub.
Muxalifet2 - 5-07-2018
Gürcüstanda nazirlərin sayı azaldılacaq - Büdcəyə 102 milyon dollar qənaət ediləcək
“Gürcüstanda “kiçik hökumət” konsepsiyasının reallaşması nəticəsində dövlət büdcəsinə iki il ərzində 250 milyon lari (102,3 milyon dollara yaxın) qənaət ediləcək”.
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasından olan deputat Levan Qoqiçaişvili bildirib.
Muxalifet2 - 5-07-2018
Tramp bu ölkəni beş saniyə ərzində Rusiyaya sata bilər – ŞOK İDDİA
“Tramp ən müxtəlif sözləri deyə bilər, amma bunların heç bir qiyməti yoxdur. ABŞ-da mövcud olan sistemi nəzərə alsaq, Trampın nə Krımın tanınması, nə də sanksiyaların ləğvi haqqında sözlləri heç bir praktik mənaya malik olmayacaq”.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşü şərh edən Rusiya jurnalisti İqor Yakovenko bildirib.
Muxalifet2 - 5-07-2018
Senator: Türkiyə Suriyada bataqlığa girəcək
Türkiyənin Suriyaya müdaxiləsi dərinləşsə, Ankara bataqlığa düşəcək.
Muxalifət.az xəbər verir ki, bunu “Röyter” agentliyinə açıqlamasında ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Lindsi Qraham deyib. Onun sözlərinə görə, Türkiyə ABŞ-ın Suriyada mövcudluğunu dəstəkləməlidir.
Qeyd edək ki, Qraham bundan öncə Türkiyəyə səfər edib. O, səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Muxalifet2 - 5-07-2018
NAZİR ÖZÜNƏ ÜÇ MÜŞAVİR TƏYİN ETDİ
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Məlumata görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub
Digər əmrlərlə Yaşar Əliyev, Aydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.
Muxalifet2 - 5-07-2018
İranda 4 nəfər dara çəkildi – SƏBƏB
İranda qətl törətməkdə ittiham edilən və barələrində ölüm hökmü çıxarılan daha 4 məhkum edam olunub.
Muxalifət.az xəbər verir ki, iranlı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş Cavad Darabi, Məhəmməd Nurəfkən və Həsən Gümşadi iyulun 4-ü sübh saatlarında Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib.
Eyni ittiham üzrə 52 yaşlı daha bir müttəhim – Məhəmməd Əli isə Təbrizin mərkəzi həbsxanasında dar ağacından asılıb.
Muxalifet2 - 5-07-2018
Ərdoğanı onunla görüşdə TƏHDİD ETDİ: “Bataqlıqda...”
Türkiyə əleyhinə bəyanatları ilə tez-tez gündəmə gələn və PYD/YPG terror təşkilatını dəstəkləyən amerikalı senator Lindsi Qraham Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranı təhdid edib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, senator görüşün detalları barədə “Röyters” agentliyinə danışıb.
Senator Türkiyənin bölgədəki vəziyyətə müdaxilə etməməli olduğunu deyib.
Muxalifet2 - 5-07-2018
NASA-nın Marsdakı “göz”ü yatdı – FOTO
ASA-nın Mars kəşfiyyat aparatı “Opportunity” ilə həftələrdir əlaqəsi kəsilib.
Muxalifət.az xəbər verir ki, buna səbəb Marsı cənginə alan kəskin toz fırtınaları göstərilib.
Məlumata görə, bir neçə həftə keçməsinə baxmayaraq, Marsdakı aparatdan hələ də NASA-ya siqnal daxil olmayıb. Qırmızı planetin təxminən 25 faizində hökm sürən fırtına aparatın enerji ilə yüklənməsi üçün zəruri olan Günəş işığını görməsinə əngəl yaradıb.
Muxalifet2 - 5-07-2018